azerbaycanliyam.com

Saturday
Sep 04th
    welcome to my site:
    www.azerbaycanliyam.com
  • Login
  • Sign up
    Registration
    *
    *
    *
    *
    *
    REGISTER_REQUIRED
  • 2121kg
  • Search

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size
Home İncəsənət İncəsənət Yelena Lenina: «Kitabımda üç azərbaycanlı milyarderdən bəhs etmişəm»

Yelena Lenina: «Kitabımda üç azərbaycanlı milyarderdən bəhs etmişəm»

E-mail Print PDF

   
Rusiya şou-biznesinin ən qalmaqallı xanımı nələr danışdı?

Yelena Lenina adı Rusiyada bir neçə il əvvəl tanınmağa başladı. Rusiyada doğulub, Fransa vətəndaşlığını daşıyan bu xanım insanlara Rusiyanın Mərkəzi Televiziyasından daha çox tanışdır. Beləliklə, müsahibimiz məşhur rus modelyer, müğənni, jurnalist, teleaparıcı və nəhayət, yazıçı Elena Leninadır.

 - Niyə siz öz doğru adınızı, doğulduğunuz ili və yeri gizlədirsiz? Bəziləri deyir ki, siz Maşa Maşikova, Sveta Svetikova olmusuz. Bəzi mənbələr sizin 1971-ci ildə, digəri isə 1977-ci ildə anadan olduğunuzu iddia edir. Bəlkə ilk dəfə bizə bütün həqiqəti danışasız?
- Kim ki, birbaşa sual verir, ona məmnuniyyətlə bütün həqiqəti danışıram. Mənim adım Yelena Lenina, doğum tarixim 1977-ci ildir. Rəsmi saytım www.elenalenina.com-da barəmdə hər şey yazılıb. İnternetdə mənim haqqımda olan digər məlumatlar isə doğru deyil, zibil, yalan və bəzənsə böhtandır.
- Hazırda harada yaşayırsız və nə işlə məşğulsuz?
- Son bir neçə ildir ki, Fransada, Parisdə yaşayıram. Kitab yazmaqla məşğulam. Onların sayı artıq 17-dir, rus və fransız dillərində dərc ediliblər.
- Siz modelyer, müğənni, jurnalist, teleaparıcı və yazıçısınız. Bütün bu peşələri necə çatdırırsız?
- Musiqi və paltarların dizaynı – bu, mənim xobbimdir. Peşəkarcasına yalnız yazıçı, televizizyonçu jurnalistəm.
- Bu peşələrdən hansı sizə yaxındır və özünə çəkir?
- Kitablar yazmaq və televiziya verilişlərini aparmaq xoşuma gəlir. Həmçinin filmə çəkilmək də xoşuma gəlib (2003-cü ildə çəkilən və bəstəkar İohann Sebastyan Baxın həyat və yaradıcılığından bəhs edən fransız filmində Yelena Lenina Baxın arvadı - Anna Maqdalena rolunu oynayıb- red.). Ona görə də gələcəkdə bu sahədə alacağım peşəkar dəvətlərdən imtina etməyəcəm.
- Siyasət sizin üçün nədir? Nə vaxtsa onunla məşgul olmağı arzulamısınız?
- Mənə öz partiyamı yaratmaq təklif edilib. Tez-tez də müxtəlif feminist təşkilatlarına qoşulmağa dəvət edirlər. Ancaq mənə elə gəlir ki, sarışınların yeri siyasət deyil. Şou-biznes çərçivəsindən kənara çıxmamağı və yaradıcılıqla məşğul olmağı daha üstün tuturam. Bu həm xoşdur, həm də təhlükəsiz.
- Bəs deputat olmaq da istəmirsiniz?
- Əgər nə vaxtsa ictimai fəaliyyətlə ciddi məşğul olaramsa, onda yəqin ki, biotexnologiya və qida məhsullarında kimyəvi maddələrə qarşı mübarizə fondundan başlayaram. İnsanlarda, heyvanlarda, bitkilərdə genetik dəyişikliklərin aparılmasına qarşı çıxaram.
- Niyə siz ancaq biznes və seks haqqında yazırsınız? Başqa mövzular secmək mümkün deyilmi?
- 17 kitab yazmışam ki, onlardan yalnız ikisi bestsellerdi - milyarderlər və seks haqqındadır. Deməli, insanlar özləri oxumaq üçün sevimli mövzularını seçirlər. Xalq necədirsə, yazıcı da odur, əksinə deyil.
- Bilirsinizmi ki, hazırda dünyada nə qədər insan kasıb yaşayır, haqları tapdanır? Bu məsələyə necə yanaşırsız?
- Mənim bütün tanışlarım milyarderlərdi. Yüzdən çox varlı və tanınmış insanlardan müsahibə almışam. Onlar nə vaxtsa kasıb olublar. Bu, onları təngə gətirəndə varlı olublar. Necə? «MultiMillionaires» seriyamı oxuyun, onda bilərsiz. İnsan öz taleyinin sahibidir.
- Hazırda dünyada maliyyə böhranı tüğyan edir. Krizis yaradıcılığınıza toxunubmu?
- Böhran hamıya toxunub. Reklam müqavilələrim iki dəfə ixtisar edilib. Biz hamımız az qazanırıq. Eybi yoxdur, çox işləyəcəyik. Mən işləməyi sevirəm. Lena Lenina işləməyə ərinmir.
- Niyə Fransada daha çox məşhursunuz, nəinki Rusiyada?
- Uğurun sirri sadədir - böyük enerji, müvəqqəti və intellektual investisiya böyük uğur gətirir. Mən artıq Fransada yaşayıram, ona görə də artıq burada işləyirəm. Uyğun olaraq nəticə də var. Hərçənd onlar azdı. Başqa ölkədə bizə yad mənşəli cisimlər kimi baxırlar. Bu cisimlərinsə bioloji qanunlarına görə orqanizmdən özünüxaric xüsusiyyətləri var. Ona görə də bizə burda doğulduğumuz məkandan fərqli olaraq daha az inanırlar.
- Bernar Fasye kimdir?
- Bilmirəm.
- Azərbaycanda olmusunuzmu?
- Heç vaxt olmamışam. Ancaq çox istərdim ki, gəlim və sizin zəngin mədəniyyətinizə baxım, gözəl milli mətbəxinizdən dadım. Mətbəxinizi uşaqlıqdan sevmişəm. Ümid edirəm ki, Azərbaycandan hansısa marka mənə reklam müqaviləsi təklif edəcək və mən məmnuniyyətlə sizə qonaq gələcəm.
- Azərbaycanlılara qarşı hansı fikirdəsiniz?
- Sizin gözəl mədəniyyətinizdə çox şey xoşuma gəlir. Sizdə böyüklərə qarşı hörməti biz hamımız öyrənməliyik. Birinci kitabım “MultiMillionaires”-də dünya üzrə məşhur iki azəri biznesmenin - Vahid Ələkbərov və Araz Ağalarovun qəribə uğur hekayəsindən danışıram. Onların biznesini yüksəklərə qaldırıram. İkinci kitabım “MultiMillionaires-2”-nin qəhrəmanı Vüqar İsayev də azərbaycanlıdı, Bakıda doğulub. Bu son dərəcə gözəl insanlara böyük hörmətim var.
- Bir dəfə demisiz ki, qardaşınız açıq-saçıqlığa ciddi və sərt reaksiya verir. Amma buna baxmayaraq, siz erotik filmə çəkilmisiniz, çoxlu açıq-saçıq şəkilləriniz var...
- Erotik filmə çəkilməmişəm. Ancaq erotik fotosessiya kifayət qədər tez-tez olur. Erotik şəkillər incəsənətin xüsusi növüdür və çox estetik ola bilər. Mən isə böyük estetəm. Amma heç zaman özümə elə şəkilləri icazə vermirəm ki, mənə və qohumlarıma utanc olsun. Anam həmişə senzura tətbiq edir və çap edilənə qədər bütün şəkillərimə baxır. Anamın təsdiqlədiyi və razılıq verdiyi şəkilləri nəşr edirəm. O mənimlə razıdır ki, çılpaq insan bədənindən utanmaq lazım deyil. Bayağı insanlar hətta geyimli də ola bilər. Onun fikirincə, bayağılıq bədəndə deyil, baxışda və əxlaqdadır.
- Nəyə görə yaxşı işləmək, çalışmaq istəmədiniz, məşhur olmaq üçün qısa yolu seçdiniz - soyundunuz. Fikirləşmirsiz ki, çılpaq məşhurluğun ömrü qısa olacaq?
- Zaman doğrudan da tez uçub gedir. İndi elə gözəl şəkillər çəkdirmək istəyirəm ki, sonra onu özümə icazə verməyəcəm. Ancaq onlarla həmişə fəxr edəcəm.
- Sizcə, Qarabağ kimin ərazisidir?
- Siyasətdən çox da baş çıxarmıram və buna görə şadam ki, sarışınları çətin siyasi suallarda bağışlayırlar.
- Bəziləri deyir ki, sizin haqqınızda yazmaq və danışmaq üçün ya pul ödəmək lazımdı, ya da... Nə dərəcədə doğrudur bu?
- İctimai fikrin təsiri incəsənət və elmdir, hansı ki, öyrənmək və mənimsəmək olar. Məşhur olmaq çətin olduğu kimi, onu saxlamaq da çətindir. Yaşadığım Fransada sənin haqqında danışılsın deyə, hansısa ictimai məhsul istehsal etməlisən. Məsələn, kitab, film, musiqi diski və s. Onda səni efirə dəvət edib musahibə alacaqlar. Rusiyada hər şey təəcüblü şəkildə kommersiyalaşıb. Nə vaxt kitab çap edirsənsə, sənə icazə verilmir ki, onun haqqında efirə çıxıb danışasan. Hesab edirlər ki, bu reklamdır və ona görə də kommersiya şöbəsindən keçməyi təklif edirlər. Mən müsahibəyə görə heç vaxt heç kimə ödəməmişəm. Hətta əksinə, Fransada fotosessiyaya və üz qabığındakı şəklə görə mənə pul ödəyirlər.
- Sponsorunuz varmı?
- Peşəkar fəaliyyətimdə o, mənə lazım deyil. Belə ki, xərcləri mən çəkmirəm. Kitab yazanda, reklama çəkiləndə mənə pul ödəyirlər. Şəxsi həyatımda kişini insani keyfiyyətlərinə görə seçməyi üstün tuturam, pul kisəsinin qalınlığına görə yox. Özüm yaxşı qazanıram.
- Biznesmenlər, oliqarxlar haqqında yazmısız. Onlardan hansısa hörmət əlaməti olaraq sizə pul və ya hədiyyə veribmi?
- Heç kim təklif etməyib, mən də istəməmişəm. Bayağı olardı ki, bu ağıllı, güclü insanlarla yalnız pul qarşılığında işləyim. Onlar biznesdə xeyirli və maraqlı müəllim ola bilərlər.
- Rusiya internet qəzetlərindən biri yazırdı ki, “Yelena Lenina çox məşhur modeldir, ancaq bizdə yox. Onu Parisdə hər bir it tanıyır”. Sizcə, bu nə deməkdir?
- İndi internet böyük zibil vedrəsini xatırladır. Burda rəqiblərə qarşı kompromatdan tutmuş hər cür zəhər-zəqqutuma qədər hansı tullantılar desən, görmək mümkündür. Burda müxtəlif komplekslərə düçar olmuş uğursuzlar öz hikkələrini kütlədən fərqlənməyə az-çox nail olmuş adamların üstünə tökməyə calışırlar. Təbii ki, gözləri götürmədiyinə görə. Görünür, bu, insan təbiətinə xas olan amildir və buna fikir vermək lazım deyil. Açıq insan nə qədər populyardırsa, bir o qədər onu gözü götürməyənlər, ona paxıllıq edənlər var.
- Sarbonna Universitetinin tələbələri isə sizin haqqınızda belə demişlər: “Lena Lenina beyin deyil, Fransada rusların rüsvayçılığıdır”. Niyə rusların sizə qarşı münasibəti bu cür sərtdir?
- Ünvanıma ən başadüşülməyən tənqid həmişə doğma şəhərim Sibirdən və bir də Parisdə yaşayan rus qızları tərəfindən söylənilir. Bu sadəcə paxıllıqdır. Yəqin onlara elə gəlir ki, efirdə məndən yaxşı görünərlər. Şərqdə necə deyirlər - it hürər, karvan keçər.
- Bizim vasitəsilə azərbaycanlılara nə demək istərdiniz?
- Hamıya xoşbəxtlik, sevgi, yazıçılara yaradıcılıq uğurları arzulayıram. Xatırladım ki, bu il ağıllı və sağlam insanlar dəbdədir.

Seymur ƏLİOĞLU

 

Köşə yazısı

Babək Göyüş

  

babekaztv@yahoo.com 

31 avqust 2010-cu il  Dünyanın prezidenti

...Söhbət biz yaşadığımız planetdən gedir. Belə baxanda istər bu planetin, istərsə də yad cisimlərin yek prezidenti Tanrının özüdür, çünki bizim görüb duya bildiyimiz və görüb duya bilmədiyimiz qalaktikanı ondan başqa heç kəs və heç bir qüvvə yarada bilməzdi. Ancaq yaşadığımız bu yer kürəsində elə qanunauyğunluqlar var ki, ondan yan qaça bilməzsən....

Arxiv    

2010  Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust

2009  Dekabr Noyabr Oktyabr Sentyabr Avqust İyul  İyun May Aprel Mart Fevral 

Azərbaycanda UZMANLAR CAM BALKON   ®                             

Yanlara yığılan "Şüşəbənd" sistemləri  - Texnologiya ilə birlikdə addımlayın 
 
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74,  iş - (+994 12) 418 82 12
 

    

NOSTALJİ

Günel Mövlud yazır  Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj

Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm  Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...

Aqşin Yeniseyin yeni şeirləri Günel üçün 

Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur... 

 


Adil Mirseyid. Bayyo qobeleni    Azad insan, sən hər zaman dənizi sevəcəksən

Böyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:


Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.


Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.

Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.


Cavidan Sadəcə bu…
 
   O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…

   Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa… 

Kodbanks

www.news.qaynar.info

SON DƏQİQƏ:

Новости на русском языке

İsti xəbər

 

Araz Agalarov & Babak Goyush

 Crocus City  & "I am Azerbaijanian" journal...

 

Qan Yaddaşımız

Bunları unutma!!!  

 

2121kg - Babak Goyush

 Editor-in-chief of the "I am Azerbaijanian" journal www.az.wikipedia.org/wiki/Babək GöyüşƏsə...

 

Gözəllik

Hələ yaşamağa dəyər...  Babi Qoqa...

 

Populyar

 Ədalət Şükürov, Azərbaycanın əməkdar artisti...
Babak Goyush

Azərbaycanı sevənlər üçün...

Əziz oxucular! "Azərbaycanlıyam" jurnalı özünün yeni layihəsinə start verib.  Redaksiyanın yaradıcı qrupu Azərbaycanın adını çalışdığı hər sahədə yüksəklərə qaldıran dünya azərbaycanlıları və şirkətlər haqqında xüsusi buraxılışlar hazırlayır. Müraciət etsəniz, siz də Azərbaycanı sevənlərin cərgəsinə qoşula bilərsiniz. Sağ olun.  babekaztv@yahoo.com 
Thank you!!!

Sorğu

Istərdinizmi torpaqlarımız yalnız müharibə yolu ilə alınsın?
 

Canım, gözüm Türkiyə

Neft

Manatın (AZN) məzənnələri:

Ölkə valyutaları

Türk lirəsinin (TL) məzənnələri:

Bakıda hər havanın öz havası var...

Pimsler metodu ilə

Azərbaycan himni

Dost saytlar

www.avirtel.az
Texnologiya ilə birlikdə addımlayın. Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS   
www.news.qaynar.info 
Milli xəbər portalı
www.kultaz.com 
Azərbaycan mədəniyyət portalı
www.adyazar.az 
Azərbaycanın ədəbiyyat portalı
www.canaz.tv 
Can Azerbaycan Televizionu 
www.serfeli.az
Əyləncə portalı
Dünya Azərbaycanlı Yazarlar Qurumu 
www.ucnoqta.az
Üç nöqtə qəzeti
www.futbol24.com
Canlı futbol!!! 

Yuxu məni gic edib...

Borcunuzu öyrənin!

1. Telefon: ev, iş
2. Elektrik enerjisi
3. Qaz
   

Online

Авиарейсов в Баку:

Find a Flight

Compare Prices Fast
Iglobe.ru

Shakira

shakira

IP adresiniz

ip adresim
Good-bye...