azerbaycanliyam.com

Saturday
Sep 04th
    welcome to my site:
    www.azerbaycanliyam.com
  • Login
  • Sign up
    Registration
    *
    *
    *
    *
    *
    REGISTER_REQUIRED
  • 2121kg
  • Search

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size
Home Publisistika Publisistika “Bu Azərbaycan mənə oxşayır, özüm ölüm!”

“Bu Azərbaycan mənə oxşayır, özüm ölüm!”

E-mail Print PDF

   “Ağzımın dadı qaçıb, elə bil çörəyi xəmirdən yox, sümükdən hazırlayıblar”

   Bu qəribə ifadəni işlədən insanın taleyi də elə qəribədir. Adı isə Qərib deyil, Eldənizdir. Eldəniz Elgün. Düzdür, indi onun tanıyanların sayı yetərincədir, çünki bir vaxtlar “Space” telekanalında xəbərlər departamentinin direktoru vəzifəsində calışırdı. 

 

 

Təbii ki, televiziya elə bir məkandır ki, istər-istəməz hamının nəzər-nöqtəsi ora yönəlir. ANS Şirkətlər Qrupunun da “Nəzər nöqtəsi” verilişi o zamanlar qan-qan deyirdi. Qan-qan deyəndə heç kəsi Bin Laden kimi kəsib doğramırdı, sadəcə olaraq dəqiq, qərəzsiz, vicdanlı xəbərləri ilə camaatın başını qatırdı. Sözün düzü, o verilişi bir vətəndaş kimi mən də izləyirdim. Düşünürdüm ki, daha ANS deyirsə, deməli o məsələ dəqiq olmalıdır. Həyatda hər şey ötəridir, elə yaşadığımız həyat da, insanlar da və bugün haqqında söhbət açdığımız Eldəniz Elgün də. Eldənizi uşaqlıqdan tanımıram, ancaq kəndlərimiz yaxın olduğundan yəqin onun uşaq səsini eşitmişəm, böyük səsini isə Bakıda eşitdim.

Elə ötən gecə də onunla facebook.com saytında dərdləşirdik. Ancaq xəbəri yox idi ki, onunla danışa-danışa onun haqqında yazı yazıram. Düzdür, indi payızdır, yazıları yazda yazarlar, payızda isə cücələri sayarlar. Cücələrimizdən ötrü yaman darıxmışam. Gərək Bakı-Şamaxı yolu istifadəyə veriləndən sonra anamın yanına gedim, cücələrin yox. Cücələrin özləri həyətimizdə mənə sarı gələcək. Həmişə belə olur. Elə itimiz də səsimi eşidib aləmi başına götütür. Böyük Qafqaz sıra dağlarına baxıb hürməyə başlayır. Öz kəndimizdəki itimiz də beləydi. Oradakı itimiz başqa it idi, elə dağımız da. Dağımız Kiçik Qafqaz idi. Hələ böyüməmişdi, yəqin böyümək üçün gərək ermənilər bizi kənddən qovaydılar.

Eldənizi də qovmuşdular. Elə ona görə də gəlib mənim kimi Bakıda cəngəlli işlərlə məşğul olur. Qəzet, televiziya, yazıçılıq, QHT, sonra yenə də qəzet. Düz mənim kimi. Xətt eynidir, adlar isə müxtəlif.

Bu yazıdan da onun xəbəri yoxdur, yəqin saytda oxuyacaq. Özü səhərə kimi mənim hekayəmi oxuyub. Dünən deyirdi ki, oraların havasını almaq üçün gərək sənin hekayəni oxuyam. Mahnı oxumağını bilmirəm, yəqin bacarmaz, bizimkilər oxuyan deyil. Oxusalar, saz havası altında oxuyarlar, ya da “Yanıq Kərəmi” musiqisinə qulas asarlar. Ədalətin ifasında. Aşıq Ədalət də elə bizim tərəflərdə, Toxluca kəndində dünyaya gəlib, dana, qoyun-quzu otarmağı isə Əmirxeyir, Bəryabadda öyrənib. Sonra isə mal-heyvanddan uzaq düşərək Qazağın çayxanasına dadanıb və qalıb orada. Yəqin bəzi insanlara çay içmək dağ suyu içməkdən daha üstün olur.

 Eldəniz indi məndən bir boy üstündür. Mən oturub bu yazını yazıram, o isə ayaq üstə durub yazdıqlarımı oxuyur. Nəfəsini duyuram, özünü isə monitorun ekranında görürəm. Elə sualı da monitora deyirəm.

 - Sümüyü mədəndən çıxartdın?

- Mən yox, kəndimizdəki Qarı arvad çıxartdı. Elə yaxşı ki, sümük udduşdum, yoxsa mədəmdəki rus qəpiyini daha görməyəcəkdim.

- Yəni demək istəyirsən ki, o qəpiyi kənddən bu yana mədəndə saxlayıbsan?

- Başqa harda saxlamalıydım ki? Çiblərim deşik idi, mən də atdım ağzıma.

- Onda sənin mədən neft quyusuna bənzəyir…

- Qaz desən, daha yaxşı olardı. Satardım ruslara, şellənərdim özüm üçün. Hərdən yazar dostlarıma da qonaqlıq verərdim.

- Qonaqlıq deyəndə Əlisəmid Kür yadıma düşür. O, belə şeyləri çox xoşlayır. Onunla heç vurubsan?

- Vurmuşam, Vahid poeziya bağındakı çayxanada əlimi masanın üstünə vurmuşam. O da qorxusundan Qubernator bağına tərəf qaçıb.

- İnandırıcı çıxmadı, o, qorxan oğullardan deyil. Yəqin yuxuda görübsən bunu. Heç yuxu görürsən?

- Yuxu yox, yuxa görürəm. Anam sacın üstündə yuxa bişirəndə ilkini mənə verərdi. Mən də qoyun pendirini arasına büküb dürməkləyərdim. Və qaçıb evimizin üstündəki təpəyə çıxardım ki, hamı mənim dürmək yeməyimi görsün.

- Görürdülər?

- Görürdülər. Dürməyi yox, məni. Elə hər dəfə də uşaqlar çağırıb deyirdi ki, gedək yalın başında futbol oynayaq.

- Bəs, eşitmişəm, sən tez-tez qaçıb Göyçə gölünün sahilinə gedərdin…

- Bunu hardan bilirsən?

- Yazılarının birində oxumuşam.

- O yazını 30 il bundan əvvəl yazmışam. Sən necə tapdın?

- Qardaşın Şöhrət çantasında gəzdirirdi. Deyirdi ki, onun yazılarını kitab halında çap etdirəcəyəm.

- Ay şətəl. Bəlkə hiss edib ki, mənə nəsə olacaq, heç olmasa bir xatirə qalsın.

- Yox, qorxma, ölənə oxşamırsan. Ölən adam belə dik danışmır.

- Yəqin diklərdə çox dayanmışam, keçib qanıma.

- Bilmirəm hara keçib, ancaq ölənə oxşamırsan.

- …

 Bu an duruxub qaldım. Yadıma düşdü ki, Eldəniz söhbətlərinin birində yazmışdı ki, bu Azərbaycan mənə oxşayır, özüm ölüm. Bəlkə bu söhbəti çözələyim onunla. O da bunu hiss etdiyindən mənim nəsə deməyimi gözlədi.

 - Bilirsən oxşadığın kimdir? 

- Şöhrəti deyirsən?

- Şöhrət qan qohumundur. Düşüncə qohumundan söhbət açıram.

- Yox, bilmirəm.

- Azərbaycana. Özün ki, yazmışdın.

- Ay səni, şətəl. Yaxşı yerdən yapışdın.

- Xirdala görək, bu nə məsələdi. Azərbaycanın sənə oxşarlığı nədədi?

- Nədə deyil ki? Elə hər şeydə. O da iki yerə bölünüb, mən də. O da əhlikefdir, mən də. Onu da istəməyənlər çoxdur, məni də. Onun da qazı var, mənim də…

- Neftin ki, yoxdur.

- Neftim var, həyətimizdə ağzını bağlamışam ki, çətin günlərimizdə deşib bp-yə sataq. Qaz da ki, alışqanımda doludu. Ancaq hələlik, özüm üçündü, “Qazprom”luq deyil.

- Sonra nədə?

- Onun da torpağı işğal olunub, mənim də. Onun da dostu və qardaşı Türkiyədir, mənim də…

- Türkiyə elə hamımızın ürəyidir.

- Səni bir vaxtlar Aşıqlar Birliyi yaman dirəmişdi divara…

- Özü də Çin divarına. “Lider” televiziyasında yayımlanan ozan-aşıq müsabiqəsində bir az narazıçılıq olmuşdu.

- Bir az niyə deyirsən, səni ki, məhkəməyə vermişdilər.

- Məni çoxları məhkəməyə verib. İçindən də bir şey çıxmayıb.

- İstəyirsən  ki, çıxsın və səni Bayıla aparsınlar.

- Mən onsuz da Bayıla tez-tez gedirəm. Orada qohumlarım yaşayır.

- “Nyu Fakt” qəzetindəki məqalələrdə də başın ağrıyırdı.

- Başım elə indi də ağrıyır.

- Niyə? Gümrah görünürsən, axı.

- Yox, ey. Sənin gic suallarından.

 Əlimi klaviaturadan götürüb arxaya çönürəm. Heç kəsi görmürəm. Gördüyüm şey redaksiyanın divarında yazılmış “Təmizliyə riayət edin!” sözləri idi. Məni vahimə basır, deməli özüm özümlə danışmışam. Bəs səs? Səs ki, onunku idi. Bəs cavablar. Onu belə yaxından tanıya bilməzdim axı. Yerimdən qalxıb otaqda var-gəl etməyə başladım. Sonra bayıra çıxıb redaksiyanın qənşərinə çıxdım. Uzaqdan gömgöy görünən Xəzər dənizi elə bil Bakının sinəsinə bir göy ləkə kimi yapışdırılmışdı. Azneft meydanında dalğalanan bayrağımız üzü Qız Qalasına doğru yellənirdi. “Deməli, cənub küləyi əsir. Elə ona görə də havalar isti keçir” – deyə fikirləşdim.

 Qayıdıb yenidən monitorla üzbəüz oturdum. “Yəqin məni danışdıran Azərbaycan imiş. O deyirdi ki, Azərbaycan ona oxşayır”. Yenə düşündüm ki, Eldəniz yəqin arxamda dayanıb. Bu dəfə çönüb onu axtarmadım. Google.az saytına girib “Eldəniz Elgün” sözünü yazdım.

İlk çıxan linki tıklayıb onun “Nadir şah” romanı haqqında fikirlərini İşçi Stolunda Word papkasına köçürdüm.

 Və ilk abzası oxumağa başladım.

 “Zaman bir-birinə qarışmışdı. Qarşımda Yunus Oğuzun «Nadir şah» romanı yox, Nadir şahın özü dayanmışdı. Yorğun, keçmişindən danışanda heyfslənən, bu günkü günümüzü görüb qəzəblənən bir türk hökmdarı. Yeganə təskinliyi qurduğu dövlətlə bağlı xatirələri danışmağa çatırdı. Özündən  əvvəlkilərin  xəyanətini yada salıb, özbaşına gələn xəyanətin də sonuncu xəyanət olmadığını düşünür…”

 Azərbaycanın özü kimi geniş bilikli idi Eldəniz. Sözün düzü, onu yaxından tanımadığıma görə özümü qınadım. O an qəti qərara gəldim ki, bu yazını bitirəndən sonra ona zəng edib görüşərik, el-obamızdan danışarıq, həm də çaylanarıq. Lap Əlisəmid Kürü də çağırarıq. Onsuz da xeyli vaxtdır ki, onu görmürəm. 

“Roman sona çatana qədər Yunus Oğuz Nadir Şahın yanında qala bildi. O, romanına qəhrəman yaratmadı, o, romanında Nadir şahın yanında qalan tək-tük sədaqətli türklərdən biri kimi öz borcunu yerinə yetirdi…”

Eldəniz Elgünün bu fikirləri ilə yazını bitirmək istərdim. Bizim hər ikimiz üçün türkçülük necə də əziz və möhtəşəmdir.

Gözlərim dolur. Kipriyimdən asılı qalan bir yaş damlası Yerə düşmür… Yəqin Eldənizin gəlişini gözləyir…

Azərbaycan adlı bir türk torpağının gözləri isə monitorun içindən mənə sarı boylanır…

Bu an düşünürəm ki, gərək Eldəniz Elgün də yanımda olaydı…

Və o gözlər onu da görəydi.

Mən bir vaxtlar gözlərimdən küsmüşdüm və gözlərimdən küsdüyümü heç vaxt atama demədim…

Babək Göyüş 

 

Köşə yazısı

Babək Göyüş

  

babekaztv@yahoo.com 

31 avqust 2010-cu il  Dünyanın prezidenti

...Söhbət biz yaşadığımız planetdən gedir. Belə baxanda istər bu planetin, istərsə də yad cisimlərin yek prezidenti Tanrının özüdür, çünki bizim görüb duya bildiyimiz və görüb duya bilmədiyimiz qalaktikanı ondan başqa heç kəs və heç bir qüvvə yarada bilməzdi. Ancaq yaşadığımız bu yer kürəsində elə qanunauyğunluqlar var ki, ondan yan qaça bilməzsən....

Arxiv    

2010  Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust

2009  Dekabr Noyabr Oktyabr Sentyabr Avqust İyul  İyun May Aprel Mart Fevral 

Azərbaycanda UZMANLAR CAM BALKON   ®                             

Yanlara yığılan "Şüşəbənd" sistemləri  - Texnologiya ilə birlikdə addımlayın 
 
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74,  iş - (+994 12) 418 82 12
 

    

NOSTALJİ

Günel Mövlud yazır  Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj

Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm  Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...

Aqşin Yeniseyin yeni şeirləri Günel üçün 

Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur... 

 


Adil Mirseyid. Bayyo qobeleni    Azad insan, sən hər zaman dənizi sevəcəksən

Böyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:


Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.


Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.

Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.


Cavidan Sadəcə bu…
 
   O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…

   Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa… 

Kodbanks

www.news.qaynar.info

SON DƏQİQƏ:

Новости на русском языке

İsti xəbər

 

Araz Agalarov & Babak Goyush

 Crocus City  & "I am Azerbaijanian" journal...

 

Qan Yaddaşımız

Bunları unutma!!!  

 

2121kg - Babak Goyush

 Editor-in-chief of the "I am Azerbaijanian" journal www.az.wikipedia.org/wiki/Babək GöyüşƏsə...

 

Gözəllik

Hələ yaşamağa dəyər...  Babi Qoqa...

 

Populyar

 Ədalət Şükürov, Azərbaycanın əməkdar artisti...
Babak Goyush

Azərbaycanı sevənlər üçün...

Əziz oxucular! "Azərbaycanlıyam" jurnalı özünün yeni layihəsinə start verib.  Redaksiyanın yaradıcı qrupu Azərbaycanın adını çalışdığı hər sahədə yüksəklərə qaldıran dünya azərbaycanlıları və şirkətlər haqqında xüsusi buraxılışlar hazırlayır. Müraciət etsəniz, siz də Azərbaycanı sevənlərin cərgəsinə qoşula bilərsiniz. Sağ olun.  babekaztv@yahoo.com 
Thank you!!!

Sorğu

Istərdinizmi torpaqlarımız yalnız müharibə yolu ilə alınsın?
 

Canım, gözüm Türkiyə

Neft

Manatın (AZN) məzənnələri:

Ölkə valyutaları

Türk lirəsinin (TL) məzənnələri:

Bakıda hər havanın öz havası var...

Pimsler metodu ilə

Azərbaycan himni

Dost saytlar

www.avirtel.az
Texnologiya ilə birlikdə addımlayın. Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS   
www.news.qaynar.info 
Milli xəbər portalı
www.kultaz.com 
Azərbaycan mədəniyyət portalı
www.adyazar.az 
Azərbaycanın ədəbiyyat portalı
www.canaz.tv 
Can Azerbaycan Televizionu 
www.serfeli.az
Əyləncə portalı
Dünya Azərbaycanlı Yazarlar Qurumu 
www.ucnoqta.az
Üç nöqtə qəzeti
www.futbol24.com
Canlı futbol!!! 

Yuxu məni gic edib...

Borcunuzu öyrənin!

1. Telefon: ev, iş
2. Elektrik enerjisi
3. Qaz
   

Online

Авиарейсов в Баку:

Find a Flight

Compare Prices Fast
Iglobe.ru

Shakira

shakira

IP adresiniz

ip adresim
Good-bye...