azerbaycanliyam.com

Wednesday
Sep 08th
    welcome to my site:
    www.azerbaycanliyam.com
  • Login
  • Sign up
    Registration
    *
    *
    *
    *
    *
    REGISTER_REQUIRED
  • 2121kg
  • Search

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size
Home Siyasət Siyasət İlham Əliyev: “Ermənistan vaxt uzatmaqla məşğul olsa, danışıqlara son qoyulacaq”

İlham Əliyev: “Ermənistan vaxt uzatmaqla məşğul olsa, danışıqlara son qoyulacaq”

E-mail Print PDF

  
Azərbaycan prezidenti İlham Əliyev: “Biz danışıqlarda iştirak etməklə güzəşt edirik”

“Bu ədalətsizlik davam edə bilməz. Bu, beynəlxalq hüququn normalarının pozulması nə vaxta qədər davam edəcək? Biz indi xoş niyyət göstəririk. Biz danışıqlarda iştirak etməklə güzəşt edirik”.

 

 

 

 “AzərTAC”-ın yaydığı məlumata görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində çıxış zamanı deyib. Prezident Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun 1992-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə yaradıldığını xatırladıb: “Minsk Qrupu ona görə yaradılmadı ki, əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Dünyada BMT Təhlükəsizlik Şurasından üstün heç bir başqa qurum yoxdur. Əgər bu qurumun qərarları icra olunmursa, deməli, ya Təhlükəsizlik Şurasının təsiri aşağı səviyyədədir, ya da ki, beynəlxalq hüquq normaları ümumiyyətlə işləmir. Belədirsə, onda hər kəs öz işini bilsin. Əgər beynəlxalq hüquq işləmirsə, biz də işimizi bilək. Biz heç bir qanun pozuntusu etməmişik. Biz hər şeyi qanun çərçivəsində, beynəlxalq hüquq normaları çərçivəsində etməyə çalışırıq. Ondan sonra ATƏT-in zirvə görüşləri olub, qərarlar qəbul edilib, lakin icra olunmur. Biz nə etməliyik? Gözləməliyik? Nə vaxta qədər? Niyə Azərbaycanın vətəndaşları öz doğma torpaqlarına qayıda bilməsinlər? Niyə kəlbəcərlilər Kəlbəcərə qayıda bilməsinlər? Ona görə ki, ermənilər bunu istəmir. Nə üçün? Onların nə ixtiyarı var? Bu məsələlər artıq öz həllini çoxdan tapmalı idi, çoxdan. Sadəcə biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə edək. Amma digər tərəfdən bu vəziyyətlə də barışmaq düzgün deyildir. Nə vaxta qədər barışmalıyıq?” 

Prezident İlham Əliyev yaxın günlərdə yenə Ermənistan prezidenti ilə görüş keçirəcəyini bildirib: “Bu görüşlər bəzən uğurlu olur. Bəzən isə Ermənistan tərəfi vaxt uzatmaqla məşğul olur. Son görüşlər heç bir nəticə vermədi. Çünki Ermənistan tərəfi tamamilə qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Bunun səbəbi nədir? Ola bilər ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi onları bir qədər ruhlandırdı. Onlarda yanlış fikir oyatdı ki, Türkiyə-Ermənistan sərhədi açılacaq, Qarabağ məsələsi isə kənara qoyulacaq. Ancaq gedən proseslər onu göstərir ki, bu, baş verməyəcək. Həm Azərbaycanın qətiyyətli mövqeyi, həm Türkiyə ictimaiyyətinin qətiyyətli mövqeyi, həm Türkiyə rəhbərlərinin verdikləri bəyanatlar və bizə verdikləri sözlər - bütün bunlar göstərir ki, Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsi həll olunmadan həll edilə bilməz. Ermənistan tərəfi bunu dərk etməlidir”.

Dövlət başçısı Azərbaycan güclü iqtisadi inkişaf getdiyini bildirib: “Amma Ermənistanda iqtisadiyyat, demək olar ki, iflic vəziyyətindədir. Bu iqtisadi, siyasi, diplomatik uğurlarımız, hərbi potensialın gücləndirilməsi, bütün bu amillər mövqelərimizi gücləndirir. Amma bizə nəticə lazımdır. Bizə lazımdır ki, onlar torpaqlarımızdan tezliklə öz xoşu ilə çıxsınlar. Onda sülh yaranar. Onda artıq heç kim deməyəcək ki, Azərbaycan niyə öz hərbi potensialını gücləndirir? Bəzən biz bəzi beynəlxalq dairələrdən eşidirik ki, Azərbaycan niyə silahlanır. Kimin nə işi var? Biz başqasının pulu ilə silahlanmırıq ki? Öz pulumuzla, öz imkanlarımız hesabına silahlanırıq. Bəs nə etməliyik? Biz elə etməliyik ki, bu məsələ birdəfəlik və hərtərəfli həll olunsun”.

Prezident İlham Əliyev danışıqlar prosesinin mahiyyəti barədə də məlumat verib: “İndi deyə bilərəm ki, Ermənistan tərəfinin razı olduğu ilk variant ondan ibarətdir ki, onlar qoşunlarını ancaq 4 rayondan çıxaracaqlar. Bu Araz çayı boyunca, dəmir yolunun üstündə yerləşən rayonlardır. Qalan rayonlar da müəyyən olunmamış vaxtadək onların təsiri altında, onların sərəncamında qalacaq. Danışıqlar prosesində birinci mərhələdə 5 rayonun, sonra isə Kəlbəcər, daha sonra Laçının azad edilməsi nəzərdə tutulur. Amma bu da hələ məsələnin tam həlli deyil. Biz istəyirik ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtsınlar. Şuşa bizim tarixi şəhərimizdir. Əgər bu olmasa, məsələ birdəfəlik həll oluna bilməz. Elə etməliyik ki, əldə olunacaq razılaşmalar bundan sonra hansısa xoşagəlməz hadisənin başlanması üçün əsas olmasın. Əgər əldə olunacaq razılaşma bizi tam şəkildə qane etməsə, nə vaxtsa bu məsələ istər-istəməz yenidən qalxa, yenidən təhlükə yarana bilər. Mən Ermənistan tərəfinə həmişə deyirəm ki, siz elə edin ki, bu sazişdən biz razı olaq. Çünki biz razı olmasaq, bu gün də olmasa sabah, 10 ildən sonra bu məsələ yenə də qalxacaq”. 

Dövlət başçısı növbəti illər ərzində də məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasının nəzərdə tutulduğunu deyib: “Ancaq bu, məsələnin həlli demək deyildir. Məsələnin həlli Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsidir. Bu məqsədə çatmaq üçün biz nə lazımdırsa, onu edirik. Həm danışıqlar prosesində gedən işlər, həm iqtisadi imkanlarımızın gücləndirilməsi, ordu quruculuğunda aparılan işlər Azərbaycanı gücləndirir. Biz güclü olmasaq, Dağlıq Qarabağ məsələsini həll edə bilmərik. Çünki beynəlxalq müdaxilələr heç bir nəticə vermir. Əslində, bu müdaxilələr ancaq siyasi xarakter daşıyır. Bəzən başqa ölkələrdə işğalçı ölkələr beynəlxalq qüvvələr tərəfindən dərhal yerinə oturdulur. Biz bu hadisələri tarixdən görmüşük. Ancaq Azərbaycan torpaqları işğal olunanda beynəlxalq birlik bu qətiyyəti nümayiş etdirmədi. Ona görə, biz öz gücümüzə arxalanmalıyıq, güclü olmalıyıq ki, məsələni ədalətli, Azərbaycanın milli maraqlarına uyğun və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək. Mən şübhə etmirəm ki, buna nail olacağıq”. 

Azərbaycan prezidenti Münhendə Ermənistan prezidenti ilə keçiriləcək görüşə öz proqramı ilə gedəcəyini bildirib: “O görüş danışıqlar prosesində həlledici rol oynamalıdır. Çünki bu il bir neçə dəfə görüşlər oldu, onların heç bir nəticəsi olmadı. Əgər bu görüş nəticəsiz qalsa, onda danışıqlara ümidlərimiz tükənəcəkdir. Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda görülən işlərin təbii ki, məqsədi vardır. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik və etmirik də. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək. Beynəlxalq hüquq normaları bu hüququmuzu tanıyır. Biz sadəcə istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə olmasın. Amma, əgər Ermənistan fikirləşir ki, biz bu danışıqlarda daim iştirak edəcəyik, bu, yanlış bir fikirdir. Danışıqlar ümidimiz tükənməyənə qədər davam edəcək. Amma Ermənistan tərəfi sadəcə vaxt uzatmaqla məşğul olsa və bu məsələni danışıqlar yolu ilə belə əbədiləşdirmək istəyir, o zaman danışıqlara son qoyulacaq. Başqa yerlərdə 30-40 ildir heç bir nəticəsiz danışıqlar gedir. Yəni o vəziyyət burada heç vaxt təkrarlanmayacaq”. 

Prezident İlham Əliyev həm beynəlxalq, həm siyasi, həm diplomatik amillərin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib: “Beynəlxalq təşkilatların qərarları, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi bizə imkan verir ki, öz torpağımızı hərbi yolla işğalçılardan azad edək. Öz torpaqlarımızı. Biz başqa ölkələrin ərazi bütövlüyünə müdaxilə etmək istəmirik. Hamı yaxşı bilir ki, indiki Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Zəngəzur mahalı – bütün bunlar Azərbaycan torpaqlarıdır. 1918-ci ildə İrəvan Ermənistana bağışlandı. O tarixdən 100 il keçməmiş bizə qarşı yeni ərazi iddiası qaldırırlar. Azərbaycan torpaqlarında bir erməni dövləti yaradıldı, indi ikinci erməni dövlətini yaratmaq istəyirlər. Bu, heç bir məntiqə sığmır, Azərbaycan xalqı, Azərbaycan dövləti heç vaxt buna razı ola bilməz. Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Bunu biz də deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim razılığımız olmadan Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz. Biz isə buna heç vaxt razılıq verməyəcəyik. Ona görə də Ermənistan danışıqlar prosesində ciddi addımlar atmalıdır. Onlar addımlar atmalıdır, biz yox. Biz nəyi güzəştə gedəcəyik?! Nəyi zəbt etmişik ki, güzəştə gedək? Biz heç bir güzəştə getməyəcəyik. Bizim güzəştimiz
məsələnin sülh yolu ilə həll edilməsidir”. 

 

Köşə yazısı

Babək Göyüş

  

babekaztv@yahoo.com 

31 avqust 2010-cu il  Dünyanın prezidenti

...Söhbət biz yaşadığımız planetdən gedir. Belə baxanda istər bu planetin, istərsə də yad cisimlərin yek prezidenti Tanrının özüdür, çünki bizim görüb duya bildiyimiz və görüb duya bilmədiyimiz qalaktikanı ondan başqa heç kəs və heç bir qüvvə yarada bilməzdi. Ancaq yaşadığımız bu yer kürəsində elə qanunauyğunluqlar var ki, ondan yan qaça bilməzsən....

Arxiv    

2010  Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust

2009  Dekabr Noyabr Oktyabr Sentyabr Avqust İyul  İyun May Aprel Mart Fevral 

Azərbaycanda UZMANLAR CAM BALKON   ®                             

Yanlara yığılan "Şüşəbənd" sistemləri  - Texnologiya ilə birlikdə addımlayın 
 
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74,  iş - (+994 12) 418 82 12
 

    

NOSTALJİ

Günel Mövlud yazır  Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj

Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm  Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...

Aqşin Yeniseyin yeni şeirləri Günel üçün 

Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur... 

 


Adil Mirseyid. Bayyo qobeleni    Azad insan, sən hər zaman dənizi sevəcəksən

Böyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:


Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.


Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.

Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.


Cavidan Sadəcə bu…
 
   O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…

   Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa… 
 
  
 

    

Kodbanks

www.news.qaynar.info

SON DƏQİQƏ:

Новости на русском языке

Dünya futbolu


İsti xəbər

 

Araz Agalarov & Babak Goyush

 Crocus City  & "I am Azerbaijanian" journal...

 

Qan Yaddaşımız

Bunları unutma!!!  

 

2121kg - Babak Goyush

 Editor-in-chief of the "I am Azerbaijanian" journal www.az.wikipedia.org/wiki/Babək GöyüşƏsə...

 

Gözəllik

Hələ yaşamağa dəyər...  Babi Qoqa...

 

Populyar

 Ədalət Şükürov, Azərbaycanın əməkdar artisti...
Babak Goyush

Azərbaycanı sevənlər üçün...

Əziz oxucular! "Azərbaycanlıyam" jurnalı özünün yeni layihəsinə start verib.  Redaksiyanın yaradıcı qrupu Azərbaycanın adını çalışdığı hər sahədə yüksəklərə qaldıran dünya azərbaycanlıları və şirkətlər haqqında xüsusi buraxılışlar hazırlayır. Müraciət etsəniz, siz də Azərbaycanı sevənlərin cərgəsinə qoşula bilərsiniz. Sağ olun.  babekaztv@yahoo.com 
Thank you!!!

Sorğu

Istərdinizmi torpaqlarımız yalnız müharibə yolu ilə alınsın?
 

Canım, gözüm Türkiyə

Neft

Manatın (AZN) məzənnələri:

Ölkə valyutaları

Türk lirəsinin (TL) məzənnələri:

Bakıda hər havanın öz havası var...

Pimsler metodu ilə

Azərbaycan himni

Dost saytlar

www.avirtel.az
Texnologiya ilə birlikdə addımlayın. Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS   
www.news.qaynar.info 
Milli xəbər portalı
www.kultaz.com 
Azərbaycan mədəniyyət portalı
www.adyazar.az 
Azərbaycanın ədəbiyyat portalı
www.canaz.tv 
Can Azerbaycan Televizionu 
www.serfeli.az
Əyləncə portalı
Dünya Azərbaycanlı Yazarlar Qurumu 
www.ucnoqta.az
Üç nöqtə qəzeti
www.futbol24.com
Canlı futbol!!! 

Yuxu məni gic edib...

Borcunuzu öyrənin!

1. Telefon: ev, iş
2. Elektrik enerjisi
3. Qaz
   

Online

Авиарейсов в Баку:

Find a Flight

Compare Prices Fast
Iglobe.ru

Shakira

shakira

IP adresiniz

ip adresim
Good-bye...