azerbaycanliyam.com

Saturday
Sep 04th
    welcome to my site:
    www.azerbaycanliyam.com
  • Login
  • Sign up
    Registration
    *
    *
    *
    *
    *
    REGISTER_REQUIRED
  • 2121kg
  • Search

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size
Home Siyasət Siyasət Protokolların əvəzinə iki rayon qayıdır

Protokolların əvəzinə iki rayon qayıdır

E-mail Print PDF

  “Münhendə Ağdamla Füzulinin boşaldılması razılaşdırılıb”

Rəsmi Bakının müharibə ultimatumu qüvvədən düşür, danışıqlar davam edəcək; Türkiyə və Bakıdakı mötəbər mənbələr şok bilgilər yaydılar. 

 Azərbaycan və Ermənistan prezidentlərinin Münhen danışıqları, habelə prezident İlham Əliyevin bir gün əvvəl Rusiyada apardığı danışıqlarla bağlı müxtəlif mənbələrdən kifayət qədər ciddi məlumatlar gəlir. Rəsmi kanallara bağlı yayılan məlumatlar belədir ki, Əliyev noyabrın 23-də Ulyanovsk şəhərində Rusiya prezidenti Dmitri Medvedyevlə görüş zamanı Münhen danışıqları ilə bağlı ona hərtərəfli məlumat verib. Bu məlumatların nədən ibarət olduğu təbii ki, açıqlanmır. Lakin Kremldən yayılan açıqlamada vurğulanır ki, prezidentlərin Münhen danışıqlarında müsbət irəliləyiş əldə olunub. Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova bildirib ki, Medvedyev Qarabağ münaqişəsinə dair danışıqlarda əldə edilmiş müsbət irəliləyişi alqışlayır və azərbaycanlı həmkarını Moskvanın bundan sonra da münaqişənin nizamlanması üçün bütün mümkün səyləri göstərəcəyinə əmin edib.  

 Xəbərə görə, Əliyevlə Medvedyev görüş zamanı əməkdaşlıq məsələlərini və yüksək səviyyədə kontaktların sonrakı qrafikini müzakirə edib. Buradaca qeyd edək ki, “yüksək səviyyədə kontaktların sonrakı qrafiki” ifadəsi prezidentlərin yaxın vaxtlarda yenidən görüşəcəklərini göstərir.

 Müharibə ritorikası arxa plana keçir

 Göründüyü kimi, Kreml rəsmisi Medvedyevə istinadən Münhen danışıqlarında “müsbət irəliləyişin” əldə olunduğunu vurğulayır. Bundan əvvəl isə Kreml administrasiyasının rəhbəri Sergey Narışkin Bakıda Əliyevlə apardığı danışıqların nəticələri haqda danışarkən Münhendə irəliləyiş əldə olunduğunu bildirmişdi. Narışkin deyib ki, prezident Əliyev Münhendə irəliləyişlərin əldə olunmasından razıdır: “İlham Heydəroviçin informasiyasına görə, görüşdə müəyyən irəliləyiş əldə edilib, müəyyən optimizm var”.

Ancaq o, Əliyevə istinadən deyib ki, Qarabağ münaqişəsinin nizamlanmasında yolun böyük hissəsi keçilməmiş qalır. Qeyd edək ki, Münhen danışıqlarında irəliləyişlərin əldə olunduğu haqda həm Minsk Qrupunun həmsədrləri, həm də rəsmi İrəvan və Bakı öz açıqlamalarında vurğulayıb. Beləliklə, bu informasiyalara əsasən prezident Əliyevin Münhen danışıqları ərəfəsində verdiyi ultimativ bəyanat qüvvəsini itirmiş sayıla bilər. Çünki orada deyilirdi ki, əgər bu dəfə də nəticə əldə olunmasa, Azərbaycan danışıqlardan çəkiləcək və hərbi yola əl atmaq barədə düşünəcək. Əgər Münhendə, deyildiyi kimi, irəliləyiş əldə olunubsa, o zaman belə çıxır ki, Azərbaycan rəhbərliyi danışıqlardan çəkilmək qərarı da verməyəcək.

Bəs doğrudanmı Münhen danışıqlarında irəliləyiş əldə olunub, yoxsa bütün bunlar Əliyevə son danışıqlar ərəfəsində verdiyi və kifayət qədər geniş rezonans doğuran bəyanatından geri çəkilməyə imkan yaratmaq üçün deyilir?

 HAKİMİYYƏTƏ YAXIN MƏNBƏ: “Ermənilər iki rayonu boşaltmağa hazırdır”

 Dünən hakimiyyət düşərgəsinə yaxın mənbədən belə məlumat əldə etdik ki, son danışıqlarda həqiqətən mühüm irəliləyiş hesab edilə biləcək ilkin anlaşma əldə olunub. Bu anlaşmaya görə, Ermənistan işğal olunmuş rayonlardan ikisindən çəkilməyə hazırdır. Söhbət bir hissəsi Azərbaycanın nəzarətində olan Ağdam və Füzuli rayonlarından gedir. Mənbənin bildirdiyinə görə, Ermənistan Azərbaycanın Ankara ilə İrəvan arasında imzalanmış protokolların ratifikasiyasına etiraz etməməsinin əvəzində bu güzəştə getməyə hazırdır. Bildirilir ki, Türkiyə də 2 rayonun azad edilməsinə dair neçə vaxtdır aparılan danışıqların detallarından xəbərdardır. Bu anlaşmanın ötən ay Moldova danışıqlarında əldə olunacağı gözlənilirmiş. Ancaq Serj Sərkisyan əlavə şərtlər irəli sürdüyü üçün anlaşma alınmayıb.

Bu məlumatın nə dərəcədə dəqiq olduğunu demək hələlik çətindir. Bunun üçün əlavə araşdırmalara, proseslərin sonrakı inkişafını gözləməyə ehtiyac var. Lakin onu qeyd etmək vacibdir ki, ətraf rayonların boşaldılması məsələsi bütün danışıqlar prosesində müzakirə edilib. Ancaq rayonlar Azərbaycan tərəfdən hansı güzəştlərin əvəzində boşaldıla bilər? Doğrudanmı Ermənistan protokolların ratifikasiyasına nail olmaq üçün 2 rayonu qaytarmağa hazırdır?

Danışıqlar prosesini yaxından izləyən ekspertlərin fikrincə, ermənilərin təkcə protokolların ratifikasiyasına görə 2 rayonu qaytarmağa hazır olması o qədər də real görünmür. Ola bilsin ki, doğrudan da 2 rayonun ilkin olaraq azad edilməsi məsələsi müzakirə olunub, ancaq protokolların ratifikasiyasından əlavə erməni tərəfinə başqa təminatlar da vəd edilib. Məsələn, Dağlıq Qarabağa beynəlxalq nəzarət altında aralıq statusun verilməsi və təhlükəsizlik təminatı, habelə bölgənin yekun statusunun səsvermədə müəyyən edilməsi prinsipinin ümumən qəbul edilməsi kimi. Rusiya diplomatik qaynaqları bildirmişdi ki, son danışıqlarda prezidentlər əsasən Dağlıq Qarabağa veriləcək aralıq statusun detallarına və Laçın dəhlizi ilə bağlı məsələyə diqqət yetirib. Dağlıq Qarabağda referendumun keçirilməsi isə bu dəfə həmsədrlər tərəfindən gündəmə daxil edilməyib.

İstənilən halda 2 və ya daha çox rayonun boşaldılması məsələsi münaqişənin nizamlanmasının çərçivə prinsiplərinə dair anlaşmada əksini tapa bilər. Bundan əvvəl Qərb mənbələri tərəfindən danışıqlarda rayonların “2+3+2" formulu üzrə boşaldılması barədə müzakirələr getdiyi haqda xəbərlər yayılmışdı. Söhbət Dağlıq Qarabağın yekun statusuna qədər 5 rayonun mərhələlərlə, Kəlbəcər və Laçının isə yekun statusdan sonra boşaldılmasından gedir. Əgər mənbənin dediyi kimi, erməni tərəfi protokolların ratifikasiyasının əvəzində Ağdam və Füzulini qaytarmağı qəbul edirsə, o zaman bunu həqiqətən ciddi irəliləyiş hesab etmək olar. Eyni zamanda belə deməyə əsas yaranar ki, Əliyevin ultimativ bəyanatı işə yarayıb, yəni erməni tərəfinin mövqeyində yumşalma baş verib. Lakin situasiya hazırda kifayət qədər qarışıq olduğu üçün oxuculara ancaq müxtəlif qaynaqlardan gələn və bəzən bir-birinə zidd informasiyaları çatdırmaq qalır. Nəticə çıxarmaq üçün isə hələ tezdir.

Şübhəsiz ki, ermənilərin mövqeyində hansısa yumşalma ancaq Rusiyanın icazəsi ilə baş verə bilərdi. Bu baxımdan prezident Əliyevin Rusiyaya səfəri, Medvedyev tərəfindən şəxsən və kifayət qədər isti qarşılanması mühüm detaldır. Belə başa düşmək olar ki, Əliyev Azərbaycanın ABŞ tərəfindən dəstəklənən Türkiyə-Ermənistan yaxınlaşması nəticəsində küncə sıxışdığı bir vaxtda Rusiyaya doğru uğurla reverans edir. Əslində Azərbaycanın başqa yolu da yoxdur. Xüsusən Qarabağ məsələsinin həllinin böyük ölçüdə Rusiyadan asılı olduğu nəzərə alınarsa. Belə mülahizələr var ki, Əliyev danışıqların nəticə verməyəcəyi halda Qarabağda lokal hərbi əməliyyatlar aparıb ərazilərin bir hissəsini geri qaytarmaq planlarına da Rusiyadan sanksiya almağa çalışır. Hələlik Rusiya belə sanksiyanı verməyə hazır deyil və rəsmən deyildiyi kimi, danışıqların davamını istəyir. Ancaq lokal hərbi əməliyyatlar variantı da gündəmdə qalır.

 STRATFOR MƏRKƏZİ: “Qarabağda müharibə başlasa, Rusiya işə qarışacaq”

 ABŞ-dakı kəşfiyyat araşdırmaları ilə məşğul olan Stratfor Mərkəzi hesab edir ki, Azərbaycan hələ belə müharibəyə tam hazır deyil, ancaq istənilən vaxt ona əl ata bilər (“Azadlıq” radiosu). Mərkəz qeyd edir ki, Azərbaycan prezidenti Münhen görüşü ərəfəsi Qarabağ danışıqlarına yeni istiqamət verdi: “İlham Əliyev Azərbaycanın hərbi gücdən istifadə edə biləcəyini əvvəllər də demişdi, ancaq ilk dəfədir ki, Azərbaycanın hərbi gücdən istifadəyə hazır olduğunu bildirir. Ona görə əsas sual budur: Azərbaycan ordusu Ermənistanla müharibəyə hazırdırmı?”

Stratforun cavabı: “Tam hazır deyil”. Mərkəz yazır ki, Azərbaycan son 15 ildə hərbi büdcəsini ildə 250 milyon dollardan 1 milyard dollara qaldırdı. Neft istehsalından və neftin yüksək qiymətindən bəhrələnən Azərbaycan hərbi qüdrətini yaratdı, Ermənistan iqtisadiyyatı və hərbisi isə yerində sayıb. Ancaq Stratforun Bakıdakı mənbələrinin dediyinə görə, Azərbaycan hərbisinə müharibəyə tam hazır olmaq üçün əlavə bir neçə il lazımdır. Stratforun fikrincə, bu, o demək deyil ki, Azərbaycan lazım bildiyi müharibədən çəkinəcək.

Daha sonra mərkəz məsələnin başqa tərəfinə baxır: Azərbaycanın Qarabağ uğrunda müharibəyə hazır olub-olmamasından asılı olmayaraq Əliyevin müharibə danışıqları tarazlığı saxlamaqda Rusiyaya problem yaradır. Hərbi ritorika reallaşsa, Rusiya məcbur olub Cənubi Qafqazda ona “həlledici ayaq yeri” verən Ermənistana köməyə gəlməlidir. Rusiya isə bunu istəmir. Gürcüstanla müharibənin nəyə başa gəldiyini görən Rusiya hər vasitə ilə yeni hərbi münaqişədən yayınmağa çalışacaq. Stratfor hesab edir ki, Ulyanovskda Əliyevlə Medvedyevin görüşünün əsas məqsədi Azərbaycanı hərbi təhlükələr yolu ilə getməməyin vacibliyinə inandırmaq idi.

Stratfor yazır ki, Medvedyev Əliyevin diqqətinə çox güman ki, iki məsələni çatdırıb. Birincisi, Azərbaycan Ermənistanla müharibəyə getsə, Rusiya nəinki hərbi münaqişəyə qatılacaq, eyni zamanda Dağlıq Qarabağı tutacaq. Bu da Azərbaycan üçün dəhşət olacaq. İkincisi, Azərbaycan müharibəyə getsə, regiondakı əsas əməkdaşlıq tərəfdaşı olan Rusiyanı itirəcək.

Sonda Stratfor yazır: “Azərbaycan hiss edir ki, gediş etməlidir. Ancaq kənardan dəstək ala bilmir. Rusiya Azərbaycana xəbərdarlıq edir ki, müharibə tonunu aşağı salsın, ehtiyatlı olsun. İndi sual odur ki, Azərbaycan xəbərdarlığa qulaq asacaqmı?"

 ***

 Günün sonunda eyni iddiaları (işğal altındakı 2 rayonun Azərbaycana qaytarılması - red.) Türkiyədəki mənbələrimiz də təsdiq etdi. Qardaş ölkədəki mötəbər mənbədən qəzetimizə bildiriblər ki, məhz AKP hökumətinin israrları qarşısında erməni tərəfi 2 rayon məsələsinə razılaşıb. Türkiyə ilə protokolların imzalanması ərəfəsində tərəflər və qarantor ölkələr arasında rəsmi olmayan bir anlaşma da olmuşdu: Azərbaycanı küsdürməmək və Türkiyə-Ermənistan anlaşmasının həyata keçməsinə razı salmaq üçün ona mümkün olan ən minimal güzəştlər etmək. Erməni tərəfi bir rayonla canını qurtarmaq niyyətindəymiş; Azərbaycan “ən pis halda 3 rayon” deyə israr edib. Türkiyə rəhbərliyinin arabuluculuğu ilə 2 rayonda anlaşıblar. Lakin Kişinyov görüşündə Sərkisyan cığallayıb və anlaşmalar pozulub. Azərbaycan tərəfi isə prezident Əliyevin timsalında dərhal Türkiyə-Ermənistan anlaşmasını pisləyən bəyanat verdi... Bundan sonra münasibətlər gərginləşdi, bayraq skandalı yaşandı, daha sonra prezident Əliyevin “Ermənistan anlaşmasa, vurarıq” bəyanatı gündəmə gəldi...

Türkiyədəki mənbəmiz iddia edir ki, bu məsələyə AKP bir namus işi kimi yanaşırdı və sonunda erməniləri yola gətirə bilib. Yaxın aylarda Azərbaycanın işğal altına olan iki rayonu ermənilərdən tamamilə boşaldılacaq.

Bir daha qeyd edirik ki, bu məlumatlar mötəbər mənbələrdəndir; lakin onun tam doğruluğunda israrlı deyilik; sadəcə, gerçəklik ehtimalını yüksək qiymətləndirdiyimiz üçün və əhəmiyyətini nəzərə alaraq dərc edirik. 

“Yeni Müsavat” qəzeti. Siyasət şöbəsi 

Last Updated ( Friday, 27 November 2009 23:32 )  

Köşə yazısı

Babək Göyüş

  

babekaztv@yahoo.com 

31 avqust 2010-cu il  Dünyanın prezidenti

...Söhbət biz yaşadığımız planetdən gedir. Belə baxanda istər bu planetin, istərsə də yad cisimlərin yek prezidenti Tanrının özüdür, çünki bizim görüb duya bildiyimiz və görüb duya bilmədiyimiz qalaktikanı ondan başqa heç kəs və heç bir qüvvə yarada bilməzdi. Ancaq yaşadığımız bu yer kürəsində elə qanunauyğunluqlar var ki, ondan yan qaça bilməzsən....

Arxiv    

2010  Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust

2009  Dekabr Noyabr Oktyabr Sentyabr Avqust İyul  İyun May Aprel Mart Fevral 

Azərbaycanda UZMANLAR CAM BALKON   ®                             

Yanlara yığılan "Şüşəbənd" sistemləri  - Texnologiya ilə birlikdə addımlayın 
 
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74,  iş - (+994 12) 418 82 12
 

    

NOSTALJİ

Günel Mövlud yazır  Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj

Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm  Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...

Aqşin Yeniseyin yeni şeirləri Günel üçün 

Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur... 

 


Adil Mirseyid. Bayyo qobeleni    Azad insan, sən hər zaman dənizi sevəcəksən

Böyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:


Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.


Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.

Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.


Cavidan Sadəcə bu…
 
   O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…

   Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa… 

Kodbanks

www.news.qaynar.info

SON DƏQİQƏ:

Новости на русском языке

İsti xəbər

 

Araz Agalarov & Babak Goyush

 Crocus City  & "I am Azerbaijanian" journal...

 

Qan Yaddaşımız

Bunları unutma!!!  

 

2121kg - Babak Goyush

 Editor-in-chief of the "I am Azerbaijanian" journal www.az.wikipedia.org/wiki/Babək GöyüşƏsə...

 

Gözəllik

Hələ yaşamağa dəyər...  Babi Qoqa...

 

Populyar

 Ədalət Şükürov, Azərbaycanın əməkdar artisti...
Babak Goyush

Azərbaycanı sevənlər üçün...

Əziz oxucular! "Azərbaycanlıyam" jurnalı özünün yeni layihəsinə start verib.  Redaksiyanın yaradıcı qrupu Azərbaycanın adını çalışdığı hər sahədə yüksəklərə qaldıran dünya azərbaycanlıları və şirkətlər haqqında xüsusi buraxılışlar hazırlayır. Müraciət etsəniz, siz də Azərbaycanı sevənlərin cərgəsinə qoşula bilərsiniz. Sağ olun.  babekaztv@yahoo.com 
Thank you!!!

Sorğu

Istərdinizmi torpaqlarımız yalnız müharibə yolu ilə alınsın?
 

Canım, gözüm Türkiyə

Neft

Manatın (AZN) məzənnələri:

Ölkə valyutaları

Türk lirəsinin (TL) məzənnələri:

Bakıda hər havanın öz havası var...

Pimsler metodu ilə

Azərbaycan himni

Dost saytlar

www.avirtel.az
Texnologiya ilə birlikdə addımlayın. Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS   
www.news.qaynar.info 
Milli xəbər portalı
www.kultaz.com 
Azərbaycan mədəniyyət portalı
www.adyazar.az 
Azərbaycanın ədəbiyyat portalı
www.canaz.tv 
Can Azerbaycan Televizionu 
www.serfeli.az
Əyləncə portalı
Dünya Azərbaycanlı Yazarlar Qurumu 
www.ucnoqta.az
Üç nöqtə qəzeti
www.futbol24.com
Canlı futbol!!! 

Yuxu məni gic edib...

Borcunuzu öyrənin!

1. Telefon: ev, iş
2. Elektrik enerjisi
3. Qaz
   

Online

Авиарейсов в Баку:

Find a Flight

Compare Prices Fast
Iglobe.ru

Shakira

shakira

IP adresiniz

ip adresim
Good-bye...