azerbaycanliyam.com

Saturday
Sep 04th
    welcome to my site:
    www.azerbaycanliyam.com
  • Login
  • Sign up
    Registration
    *
    *
    *
    *
    *
    REGISTER_REQUIRED
  • 2121kg
  • Search

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size
Home Siyasət Siyasət İki Azərbaycanı birləşdirən DAYAQ

İki Azərbaycanı birləşdirən DAYAQ

E-mail Print PDF

Müsahibə
 Sayman Aruz Natiq Cavadlının suallarına cavab verir. 

Sayman Aruz: “Azərbaycan ikiyə bölünmüş olsa da düşüncə, könül və ruh birliyimiz bölünməzdir.”

-Sayman Bəy, Dünya Azərbaycanlı Yazarlar Qurumunun fəaliyyətə başladığından xəbərimiz var. Biz də öz oxucularımıza bu yeni qurum haqqında məlumat vermək istəyirik. Bu qurumun yaranma səbəbləri haqqında bizə nə deyə bilərsiniz? DAYAQ hansı ehtiyacdan yarandı?
-Mən Bakıya gəldiyim bir neçə ay ərzində buradakı burada cərəyan edən ədəbi prosesi yaxından izləyərək və ən müxtəlif səviyyələrdə yazarlarla və şairlərlə çoxsaylı görüşlər nəticəsində, Güney ədəbi prosesini də yaxından bildiyimə görə belə bir ümumi Azərbaycan ədəbiyyat qurumunun yaranmasına çox böyük ehtiyac olduğunu özüm üçün yəqinləşdirdim. Sonralar buradakı dostlarla görüşlərdə bu ideya formalaşdı və gördüyünüz kimi, artıq konkret əməli tədbirlərə başlamışıq. Arazın o tayında, Güney Azərbaycanda son on ildə böyük ədəbiyyat dalğası yetişməkdədir və burada, Quzey Azərbaycanda da yeni ədəbi qüvvələrin, talantlı yazarların və şairlərin yetişdiyini yalnız buraya gələndən sonra öyrənmişəm, onların son dərəcə iddialı əsərləriniylə tanış olmuşam. Lakin, çox acınacaqlı bir durum var, eyni dildə yazan və yaradan bu yeni nəsil ədəbi güclər biri-birlərini yetərincə tanımayırlar. O tayda yaranan əsərlər, əlifba problemindən dolayı və başqa səbəblərdən, bu tayda tanınmır, eyni zamanda bura yazarlarını o tayda çox az tanıyırlar. Əlbəttə, Səid Muğanlının “Yaşmaq” və burada yayınlanan “Alatoran” dərgiləri bu sahədə xeyli işlər görüblər. Ancaq, çox maraqlıdır, bu günə qədər Güney Azərbaycanın öndə gələn yazarlarının və şairlərinin Bakıda heç bir kitabı yayınlanmayıb, bizim ortaq ədəbiyyat yarışmalarımız və ya konfranslarımız olmayıb, daha nə qədər əksikliklərimiz var. Məqsədimiz bütün dünyada yaşayan Azərbaycanlı yazarları ortaq ədəbi prosesdə birləşdirməkdən ibarətdir. Əgər böyük ədəbi əsərlər istəyiriksə daha çox sayda yazarın qatıldığı və ədəbi axınların birləşdiyi daha böyük ədəbiyyat prosesini yaratmalıyıq. Sevindirici haldır ki, həm Güneydə, həm də Quzeydə çox sayda birliklər, ədəbiyyat ocaqları və portalları var, ancaq onların vahid ədəbiyyat hərəkatı yox kimidir. Hər iki Azərbaycanı əhatə edən, ədəbiyyat və yazarlıq işinin önəmini artıracaq proqramlar həyata keçirilməlidir... DAYAQ bu ehtiyaclardan doğulub.

-Bəs DAYAQ bu günə qədər mövcud olan ədəbiyyat qurumlarından və yazıçı birliklərindən nəylə fərqlənəcək?
-DAYAQ, adından da göründüyü kimi, lokal bir təşkilat olmaq hədəfini güdmür. Təkcə Quzey və Güney Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlı yazarları birləşdirmək, milli ədəbiyyat ailəsini vahid olaraq görmək arzusundadır. Azərbaycan ikiyə bölünmüş olsa da düşüncə, könül və ruh birliyimiz bölünməzdir. Biz ədəbiyyatı və yazarlıq sənətini bu bölünməzliyin qarantı olaraq görmək istəyirik. Bu günə qədər mövcud olan ədəbiyyat qurumları və birlikləri dünyadakı bütün yazarları əhatə edə bilməyib və bu onların məqsədi də olmayıb. Artıq DAYAQ bu missiyanı yerinə yetirmək əzmindədir. DAYAQ daha çox yazarlarımız arasında bir körpü rolunu oynayacaq, Azərbaycan dilində əsər yaratmağın önəmini və yazarlıq işinin aktuallığını artırmağa çalışacaq, istedadlı gəncləri tapıb üzə çıxartmağı və tanıtmağı bir vəzifə olaraq görəcəkdir.
-Ümumiyyətlə Siz Güney Azərbaycanda yetişən yeni nəsil yazıçılar haqqında nə düşünürsüz? Oralarda kimlər var? Nə üçün biz onları tanımırıq? DAYAQ-ın onların tanınması yönündə hansısa planları varmı?
-Güney Azərbaycanda yeni ədəbi nəsil formalaşıb artıq, özəlliklə son on ildə, internetin də yayğınlaşmağa başlamasından sonra, gənclər arasından ədəbi yaradıcılığa meyl göstərən və sözün əsl mənasında modern üslubda əsərlər yaradan çox sayda insanlar yetişib. Çox sayda ədəbiyyat portalları və bloglar yayınlanmaqdadır. Avropada və Amerikada yaşayan və çox dəyərli əsərlər yaradan yazarlarımız vardır. Bu nəsil güldən-bülbüldən uzaqlaşıb, həsrət, ayrılıq, göz yaşı mövzularının vaxtının keçmiş olduğunu anlayıb, urbanistik mövzular, postmodern estetik təmayül onların əsərlərində aparıcı yer tutur. Güney Azərbaycanın siyasi və ictimai durumundan qaynaqlanan vətənsevərlik və üsyankarlıq temaları yeni gəncliyin əsərlərində üstünlük təşkil edir. Bu nəsilin düşüncəsində şamın və pərvanənin yerini etiraz eləmək, üsyan eləmək və milli kimliyi yaratmaq ideyaları tutub. Güneydəki yeni yazarlardan bir çoxlarının adlarını çəkmək olar. Səid Muğanlı, Nigar Xiyavi, Məlihə Əzizpur, Nasir Mənzuri, Kiyan Xiyavi, İsmayıl Ülkər, Nadir Əzhəri, Hümmət Şəhbazi, Baraz, Elyad Musəvi, başqa ölkələrdə yaşayan yazarlarımızdan Vali Gözeten, Güntay Gəncalp, Əziz Səlami, Hadi Qaraçay, Türkan Urmulu, Ziba Kərbasi və başqalarının adlarını çəkə bilərəm. Əlbəttə çox adlar var ki, onların hamısını bu müsahibədə yada salmaq çətindir. Çox təəssüf ki, Güneydə işlənən əlifba, siyasi basqılar və bir çox başqa nədənlər üzündən onların üzə çıxmasına mane olmuşdur. Güney Azərbaycanda əsərlərin əski əlifbanda yazılması bu yazarların burada tanınmasına əngəl olmuşdur. Bu əlifbanın da özünə məxsus qüsurları var və dünyada yaşayan azərbaycanlılar bu əlifbanı bilmədikləri üçün orada gedən ədəbi proseslərdən xəbərsiz qalmışlar. Bir ölkədə ki, ana dilində yazıb oxumaq yasaq olunsun, təbii ki, o yazıçının da üzə çıxmasında çətinliklər olacaqdır. DAYAQ bu problemi aradan qaldırmaq üçün çalışır, onların kitablarını latın əlifbasında nəşr edib, yayımlasına can yandırırıq. Deyə bilərəm ki, artıq bu işə başlamışıq.

-Sizcə dünyada yaşayan Azərbaycanlı yazarlar bu vaxta qədər nə üçün vahid ədəbi prosesdə birləşməyiblər?
-Fikir ayrılığı, siyasi düşüncələrin ayrılığı, boş iddialar, insanları bütövlüyə yox, bəlkə belə bir ayrılığa gətirib çıxarır. Onsuz da bu millət parçalanıb və bu qaranlığı bizim beynimizdə formalaşdırıblar. Bu ayrılıqlar şüuraltı bir addımdır və mən inanıram ki, DAYAQ bu qaranlığı fikirlərimizdən pozub və birlik çırağını yanıdıracaqdır. Birləşmək bütövləşməkdir. Məncə ədəbiyyatda heç kəs heç kəsin yerini tuta bilməz. Hər kəsin öz dəsti xətti var. Mən qələm sahiblərimizin, bu oxumuş insanlarımızın birləşə biləcəklərinə çox inanıram. Ədəbiyyatda birləşmək elə milli bütövlüyümüz deməkdir və yeni bir mədəniyyət yaratmaq deməkdir.

-DAYAQ-ın yaxın planları nələrdir?
-DAYAQ-ın hələ planları irəlidədir, görəcək işlərimiz çoxdur. İlkin olaraq Güney ədəbiyyatının sıra kitablarının nəşrinə başlamışıq və bu yöndə davam edirik. DAYAQ-ın aylıq dərgisinin yaranmasını planlaşdırırıq. Bütün dünyadan dəyərli yazarlarımızı dəvət edərək konfrans keçirməyi planlaşıdırırıq. Ədəbi-bədii gecələr və müsabiqələr keçirmək nəzərdə tutulub, bir çox planlarımız da irəlidə açıqlanacaq. Mətbuatın da dəstəyi ilə, ümid edirəm, işlərimiz uğurlu olacaqdır. 

 

Last Updated ( Thursday, 14 January 2010 22:05 )  

Köşə yazısı

Babək Göyüş

  

babekaztv@yahoo.com 

31 avqust 2010-cu il  Dünyanın prezidenti

...Söhbət biz yaşadığımız planetdən gedir. Belə baxanda istər bu planetin, istərsə də yad cisimlərin yek prezidenti Tanrının özüdür, çünki bizim görüb duya bildiyimiz və görüb duya bilmədiyimiz qalaktikanı ondan başqa heç kəs və heç bir qüvvə yarada bilməzdi. Ancaq yaşadığımız bu yer kürəsində elə qanunauyğunluqlar var ki, ondan yan qaça bilməzsən....

Arxiv    

2010  Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust

2009  Dekabr Noyabr Oktyabr Sentyabr Avqust İyul  İyun May Aprel Mart Fevral 

Azərbaycanda UZMANLAR CAM BALKON   ®                             

Yanlara yığılan "Şüşəbənd" sistemləri  - Texnologiya ilə birlikdə addımlayın 
 
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74,  iş - (+994 12) 418 82 12
 

    

NOSTALJİ

Günel Mövlud yazır  Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj

Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm  Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...

Aqşin Yeniseyin yeni şeirləri Günel üçün 

Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur... 

 


Adil Mirseyid. Bayyo qobeleni    Azad insan, sən hər zaman dənizi sevəcəksən

Böyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:


Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.


Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.

Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.


Cavidan Sadəcə bu…
 
   O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…

   Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa… 

Kodbanks

www.news.qaynar.info

SON DƏQİQƏ:

Новости на русском языке

İsti xəbər

 

Araz Agalarov & Babak Goyush

 Crocus City  & "I am Azerbaijanian" journal...

 

Qan Yaddaşımız

Bunları unutma!!!  

 

2121kg - Babak Goyush

 Editor-in-chief of the "I am Azerbaijanian" journal www.az.wikipedia.org/wiki/Babək GöyüşƏsə...

 

Gözəllik

Hələ yaşamağa dəyər...  Babi Qoqa...

 

Populyar

 Ədalət Şükürov, Azərbaycanın əməkdar artisti...
Babak Goyush

Azərbaycanı sevənlər üçün...

Əziz oxucular! "Azərbaycanlıyam" jurnalı özünün yeni layihəsinə start verib.  Redaksiyanın yaradıcı qrupu Azərbaycanın adını çalışdığı hər sahədə yüksəklərə qaldıran dünya azərbaycanlıları və şirkətlər haqqında xüsusi buraxılışlar hazırlayır. Müraciət etsəniz, siz də Azərbaycanı sevənlərin cərgəsinə qoşula bilərsiniz. Sağ olun.  babekaztv@yahoo.com 
Thank you!!!

Sorğu

Istərdinizmi torpaqlarımız yalnız müharibə yolu ilə alınsın?
 

Canım, gözüm Türkiyə

Neft

Manatın (AZN) məzənnələri:

Ölkə valyutaları

Türk lirəsinin (TL) məzənnələri:

Bakıda hər havanın öz havası var...

Pimsler metodu ilə

Azərbaycan himni

Dost saytlar

www.avirtel.az
Texnologiya ilə birlikdə addımlayın. Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS   
www.news.qaynar.info 
Milli xəbər portalı
www.kultaz.com 
Azərbaycan mədəniyyət portalı
www.adyazar.az 
Azərbaycanın ədəbiyyat portalı
www.canaz.tv 
Can Azerbaycan Televizionu 
www.serfeli.az
Əyləncə portalı
Dünya Azərbaycanlı Yazarlar Qurumu 
www.ucnoqta.az
Üç nöqtə qəzeti
www.futbol24.com
Canlı futbol!!! 

Yuxu məni gic edib...

Borcunuzu öyrənin!

1. Telefon: ev, iş
2. Elektrik enerjisi
3. Qaz
   

Online

Авиарейсов в Баку:

Find a Flight

Compare Prices Fast
Iglobe.ru

Shakira

shakira

IP adresiniz

ip adresim
Good-bye...