azerbaycanliyam.com

Saturday
Sep 04th
    welcome to my site:
    www.azerbaycanliyam.com
  • Login
  • Sign up
    Registration
    *
    *
    *
    *
    *
    REGISTER_REQUIRED
  • 2121kg
  • Search

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size
Home Səyahət Səyahət Canım, gözüm Türkiyə!

Canım, gözüm Türkiyə!

E-mail Print PDF

 Və yaxud Sultanlar şəhəri İstanbul.

 

 

1-ci yazı 

Bu sözləri mən heç vaxt boğazdan yuxarı deməmişəm. Doğrudan da Türkiyənin mənim şəxsi həyatımda, şəcərəmin keşməkeşli yolunda xüsusi bir yeri var. Nə isə. Bu haqda bir az sonra. İndi isə keçək əsas məsələyə. Dekabrın ortalarında bir həftəliyə işimlə bağlı Türkiyəyə səfərə çıxdım. İndi modern zamana olduğundan biletlərimi də elə internetlə sifariş edərək elektron bilet aldım. Bakı-İstanbul-Antalya. Düzdür, İstanbulun hava limanında olmuşdum, şəhərini gəzməyə isə vaxtım olmamışdı. İndi o boşluğu doldurmaq üçün Antalyadan geri – Bakıya bilet almadım, çünki fikirləşdim ki, qayıdanda heç olmasa bir gün İstanbul şəhərini gəzmək mənə nəsib olsun.

İstanbulun yaranmasına dair bir neçə əfsanələr mövcuddur. Əfsanələrdən birinə görə, yunan allahlarının başçısı Zevsin sevgilisi İo İstanbulun yerləşdiyi Qızıl Buynuz boğazına gələrək burada qızı Keroessunu dünyaya gətirir. Məhz onun oğlu Vizant burada indiki Istanbul şəhərinin əsasını qoyur. Şəhər də onun adı ilə Vizantiya adlanmağa başlanılır. Əfsanəyə görə, sonralar Qara dənizlə Mərmərə dənizini birləşdirən boğaza İonun adı verilir. Yunan mifologiyasından bəlli olduğu kimi, sonralar İo inəyə dönür. Bu gün Türkiyə Cümhuriyyətinin Avropa hissəsi ilə Asiya hissəsini bir-birindən ayıran Bosfor boğazının tərcüməsi “inək qalası” mənasını verir.

...Heydər Əliyev hava limanında qeydiyyat zamanı məni tanıdıqlarına görə ön cərgələrin birində, 8-ci sırada yer vermişdilər. Ancaq salona daxil olanda hiss etdim ki, burada hansı yerdə oturmağın elə bir önəmi yoxdur. Çünki ağlınız səs-küylü sovet təyyarələrinə getməsin. Uçuş zamanı Boeing-lərdə, Aerobus-larda bayırdan içəri yad səslər gəlmir, müasir texnologiya o səsləri elə çöldəcə boğub “öldürür”. Bir sözlə, xaricdə insanların rahat uçub öz məkanlarına çatmaları üçün hər şeyi edirlər. Sovetlərin bizə vurduğu “dağı” isə indi ruslar edir. Yenə də onların təyyarələrində yüksək komfortdan söz açmağa dəyməz. Maşınları da elə təyyarələri kimidir. Yöndəmsiz və dizaynsız. Elə bu baxımdan “Jiquli” istehsal edən “Avtovaz” şirkəti 2009-cu ildə bankrot olmağını boynuna alıb Moskvadan imdad dilədi. Kreml də sağ olsun, onları darda qoymayıb, dövlət büdcəsindən 1.4 milyard dollar ayırıb yeni modern avtomobil istehsal etməyi onlardan tələb etdi. “Avtovaz” isə Fransanın məşhur avtomobil konsernlərindən birilə müqavilə bağlamağa söz verdi. İndi onların bu qarşılıqlı istehsalının necə olmağı haqqında dəqiq bir məlumatım yoxdur. Bunları isə sadəcə olaraq söz arası dedim.
Türk Hava Yollarının “Boeing” uçağı sərnişinlərlə dolu idi. Yerimdə oturan kimi jurnalist Alı Mustafayev demişkən, dəli bir yatmaq ağlımdan keçdi. Və türklərin sözünə qüvvət, styuardessanın gəlişinədək uyumalı oldum. Bu gəlişin nə olduğunu yəqin anladınız. Söhbət onların sərnişinlərə verdikləri səhər yeməyindən gedir. Və burada ilk dəfə olaraq Türkiyə kanallarında tez-tez adı səslənən su böyrəyini dadmalı oldum. Nə isə, maraqlı bir yemək idi, ancaq səmimi deyim ki, super deyildi. Onların super yeməyi deyilənə görə Adana kababıdır, onu da təbii ki, uçaqda vermirlər.
Atatürk hava limanına enəndə bir az yağış yağırdı, bunu illüminuatordan bayıra baxanda gördüm. Baqajımı birbaşa Antalyada alacağıma görə işim yüngül idi, yalnız çiynimdə gəzdirdiyim Toshiba noutbuku ilə 4 saat hava limanının içərisində dolaşmalı idim. İlk qarşıma qoyduğum məqsəd türk mobil operatorlarından birinin kartını almağım olacaqdı, çünki Bakıdan gələrkən öz nomrəmi danışığı baha olacağına görə rouminq elətdirməmişdim. Türkcə yazılan “çıkış” sözlərini oxuya-oxuya pasport qeydiyyatına gəlib çatdım. Heç bir para ödəmədən geniş, ucu-bucağı görünməyən zala daxil oldum. Və ürəyimdə pıçıldadığım ilk sözüm belə oldu: “Sultanlar şəhəri İstanbul!”

İstanbul şəhərinin əsası eramızdan əvvəl 659-cı ildə Bosforun Asiya hissəsində qoyulub. Yunan koloniyalarından biri olan bu şəhər bu günki Kadıköy rayonu ərazisində yerləşirmiş. Sonradan şəhərin əsasını qoyan Vizantın şərəfinə Vizantiya adlanan şəhər çox keçmədən yerləşdiyi coğrafi və strateji mövqeyinə görə sürətlə inkişaf etməyə başlayır. Lakin qədim dövrdə, yunan şəhərləri arasında gedən müharibələr Vizantiyanın da inkişafına böyük zərbə vurmuş oldu. Çox keçmədən Roma imperiyasının nüfuzu buraya da gəlib çatdı. Eramızdan əvvəl 74-cü ildə Vizantiya Roma imperiyasının tərkibinə daxil oldu. Romalılar şəhəri yenidən inşa etdirərək onun süqutuna yol vermədilər. Məhz bu dövrdə şəhər onun bərpaçısının şərəfinə Antonio adlandırılmağa başlanıldı. Üzərindən iki əsrdən bir qədər çox zaman keçdikdən sonra Roma imperatoru Böyük Konstantin Vizantiyada irimiqyaslı tikinti işlərinə başlamağı əmr etdi. Şəhərin ərazisi bir neçə dəfə böyüdüldü. Rəsmi olaraq 11 may 330-cu ildə imperator Konstantin qüdrətli Roma imperiyasının paytaxtini Roma şəhərindən Bosforun sahillərində yerləşən bu şəhərə gətirdi. Şəhər həmin tarixdən Yeni Roma adlandırılmağa başlanıldı. Bir müddət sonra şəhər onu paytaxt elan edən imperatorun şərəfinə Konstantinopol adlandırılır. Çox keçmədən, Roma imperiyası iki hissəyə parçalandı: rəsmi olaraq 395-ci ildə Konstantinopol Şərqi Roma imperiyasının paytaxtına çevrildi. İmperiya Bizans adlanmağa başlanıldı. Beləliklə, şəhər uzun muddət Bizans imperiyasının paytaxtı olaraq qaldı. Konstantinopol orta əsrlərdə üç dəfə yenilib. Birinci varyaqlar, ikinci IV xaçlılar və nəhayət, sonuncu dəfə bu şəhəri 1453-cü il may ayının 29-da Sultan Mehmet Fateh ələ keçirib.

...Zalda pul dəyişmə məntəqəsinin yerini öyrənmək üçün göy geyimli bir işçiyə yaxınlaşdım. O məni dinləyib “əvət” dedi və əli ilə Dute Free dükanını uzadıb “mənə bir raki alarsanmı?” dedi. Sözün düzü, bir az şaşırdım, ancaq bu şaşırmağım uzun sürmədi. O 20 TL-ni mənə uzadıb “burda gözləyirəm” dedi. Mən də sovetlərdən qalan bir insan kimi komsomol borcumu yerinə yetirmək üçün dükandan adını bilmədiyim o türkə 15 TL-yə bir raki alıb onun ardınca zala daxil oldum. Yolda isə əlimdəki xırdaları onun ovcuna basıb yenə də Exchange-nin yerini soruşdum. O isə “narahat olma, ən iyi fiatlar burdadır. Sonra da bax oradan özünə numara alarsan” deyib məni “dollar, euro, TL” yazılan bir lövhənin yanına gətirdi. Və rakini orada işləyən orta yaşlarında bir kişiyə verdi və sağollaşıb geniş salonda gözdən itdi. Mən isə 200 dolları verib ondan 284 TL aldım. Sonra isə o oğlanın göstərdiyi Türkcell dükanına yaxınlaşdım. Orada Azərbaycandan gəldiyimi dedim və nömrə almaq istəyimi onların nəzərinə çatdırdım. Mənim Azərbaycan ləhcəmi gözəl anlayan türk qızı isə Bakıdan gətirdiyim LG telefonunun burada işləməyəcəyini bildirərək dedi ki, türk nömrəsinin Türkiyədə işləməsi üçün gərək buradan yeni bir telefon alasan, ya da Bakıdan gətirdiyin telefonun İMEY kodunu aktivləşdirəsən. Bunun üçünsə sənə bir həftə vaxt lazımdır. Suyu süzülə-süzülə oradan uzaqlaşıb Vodafone dükanına daxil oldum. Satıcı qız “əfəndim, sizi eşidirəm” deyib məni diqqətlə dinləməli oldu. Sonra isə telefonumu alıb Bakı nömrəmi çıxartdı və öz nömrəsini ora qoyub işləyib işləməyəcəyini yoxladı. “Sənin telefonun Türkiyədə 10 gün çalışacaq. İstəsən Vodafone nömrəsi verə bilərik” sözləri məni sanki yuxudan oyatdı. Mən də sevincimdən “əvət” deyib Azərbaycan pasportumu ona uzatdım. 50 TL də verib yeni nömrəmə əlavə olaraq 250 kontur yüklətdirdim. Və ilk zəngi Bakıya evə atıb “sağ-salamat gəlmişəm, indi Antalyaya uçacam” dedim. Sonra da Antalyada məni qarşılyacaq adama zəng edib nə vaxt çatacağımı bildirdim.
Zalda bir az gəzib boş oturacaqlardan birində oturub Viktor Pelevinin “T” romanını oxumağa başladım. Ancaq bu oxumaq prosesi bir səhifədən o yana keçmədi. Yuxusuzluqdan gözlərim yumulurdu. Yuxuda isə dostum Rasim Qaracanın mənə söylədiyi kimi Sultan Mehmetin Konstantinopolu necə tutduğu kadrları sanki kinolenti kimi görməyə başladım...

...Sultan Mehmet Konstantinopolu ələ keçirmək üçün 125 gəmidən ibarət iri bir hərbi donanma yaratdı, lakin donanma Konstantinopola yaxinlaşarkən Qızıl buynuz boğazının zəncirlə bağlandığını görür. Boğaz hətta ərəblərin dövründən belə qorxaraq hərbi donanmaların daxili sulara yan almasına imkan vermirmiş. Bu zaman II Mehmet gəmilərdən 70-nin altına dəmir təkərlər bərkitdirərək Qızıl buynuz limanına qətirmək üçün yol çəkdirir. Yollara ağac döşətdirərək üzərinə yağ cəkdirən II Mehmet gəmiləri Qızıl Buynuz limanına quru yol ilə çatdırır. Gecə ilə gəmiləri bu yolla daxili sulara gətirən II Mehmet səhərisi gün şəhəri mühasirəyə alır. 53 günlük mühasirədən sonra şəhər, mayın 29-u 1453-cü ildə həmişəlik olaraq türklərin əlinə keçir. Sultan II Mehmet özü ağ atın belində şəhərə axşamüstü daxil olaraq Müqəddəs Sofiya kilsəsinə yaxınlaşır. Kilsənin önündə atdan enən Mehmet onun məscidə çevrilməsi barədə əmr verir. Şəhər isə həmişəlik olaraq İstanbul adlandırılmağa başlanılir. Konstantinopol ələ keçirildikdən sonra II Mehmetə “Fateh” titulu verilir.

...Möhtəşəm bir insan imiş Sultan Mehmet. Yuxuda ona “xarika” deyib oyanmalı oldum. Sözün düzü, məni türk qızının Antalya reysinin başlanacağı xəbəri oyatdı və mən sərnişinlərin axınına daxil olub uçağa tərəf getdim...

Babək Göyüş

Last Updated ( Friday, 29 January 2010 23:57 )  

Köşə yazısı

Babək Göyüş

  

babekaztv@yahoo.com 

31 avqust 2010-cu il  Dünyanın prezidenti

...Söhbət biz yaşadığımız planetdən gedir. Belə baxanda istər bu planetin, istərsə də yad cisimlərin yek prezidenti Tanrının özüdür, çünki bizim görüb duya bildiyimiz və görüb duya bilmədiyimiz qalaktikanı ondan başqa heç kəs və heç bir qüvvə yarada bilməzdi. Ancaq yaşadığımız bu yer kürəsində elə qanunauyğunluqlar var ki, ondan yan qaça bilməzsən....

Arxiv    

2010  Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust

2009  Dekabr Noyabr Oktyabr Sentyabr Avqust İyul  İyun May Aprel Mart Fevral 

Azərbaycanda UZMANLAR CAM BALKON   ®                             

Yanlara yığılan "Şüşəbənd" sistemləri  - Texnologiya ilə birlikdə addımlayın 
 
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74,  iş - (+994 12) 418 82 12
 

    

NOSTALJİ

Günel Mövlud yazır  Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj

Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm  Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...

Aqşin Yeniseyin yeni şeirləri Günel üçün 

Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur... 

 


Adil Mirseyid. Bayyo qobeleni    Azad insan, sən hər zaman dənizi sevəcəksən

Böyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:


Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.


Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.

Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.


Cavidan Sadəcə bu…
 
   O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…

   Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa… 

Kodbanks

www.news.qaynar.info

SON DƏQİQƏ:

Новости на русском языке

İsti xəbər

 

Araz Agalarov & Babak Goyush

 Crocus City  & "I am Azerbaijanian" journal...

 

Qan Yaddaşımız

Bunları unutma!!!  

 

2121kg - Babak Goyush

 Editor-in-chief of the "I am Azerbaijanian" journal www.az.wikipedia.org/wiki/Babək GöyüşƏsə...

 

Gözəllik

Hələ yaşamağa dəyər...  Babi Qoqa...

 

Populyar

 Ədalət Şükürov, Azərbaycanın əməkdar artisti...
Babak Goyush

Azərbaycanı sevənlər üçün...

Əziz oxucular! "Azərbaycanlıyam" jurnalı özünün yeni layihəsinə start verib.  Redaksiyanın yaradıcı qrupu Azərbaycanın adını çalışdığı hər sahədə yüksəklərə qaldıran dünya azərbaycanlıları və şirkətlər haqqında xüsusi buraxılışlar hazırlayır. Müraciət etsəniz, siz də Azərbaycanı sevənlərin cərgəsinə qoşula bilərsiniz. Sağ olun.  babekaztv@yahoo.com 
Thank you!!!

Sorğu

Istərdinizmi torpaqlarımız yalnız müharibə yolu ilə alınsın?
 

Canım, gözüm Türkiyə

Neft

Manatın (AZN) məzənnələri:

Ölkə valyutaları

Türk lirəsinin (TL) məzənnələri:

Bakıda hər havanın öz havası var...

Pimsler metodu ilə

Azərbaycan himni

Dost saytlar

www.avirtel.az
Texnologiya ilə birlikdə addımlayın. Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS   
www.news.qaynar.info 
Milli xəbər portalı
www.kultaz.com 
Azərbaycan mədəniyyət portalı
www.adyazar.az 
Azərbaycanın ədəbiyyat portalı
www.canaz.tv 
Can Azerbaycan Televizionu 
www.serfeli.az
Əyləncə portalı
Dünya Azərbaycanlı Yazarlar Qurumu 
www.ucnoqta.az
Üç nöqtə qəzeti
www.futbol24.com
Canlı futbol!!! 

Yuxu məni gic edib...

Borcunuzu öyrənin!

1. Telefon: ev, iş
2. Elektrik enerjisi
3. Qaz
   

Online

Авиарейсов в Баку:

Find a Flight

Compare Prices Fast
Iglobe.ru

Shakira

shakira

IP adresiniz

ip adresim
Good-bye...