Nənəm Şəmkirdə yaşayır. 83 yaşlı bu qadın yaşına baxmayaraq rayon həyatının bütün məşəqqətlərinə qatlanır. Səhər tezdən iş-güc, qaynar qazan, və hər axşam azı yarım saat mütaliə... Kitabları mən göndərirəm. Özüm seçirəm və ona göndərirəm.
“Oxumaq, oxumaq və yenə də oxumaq”
Mütaliəni mən də sevirəm. Uşaqlıqdan kitab oxuyuram. Baxçada uşaqlar oyun oynayanda mən Lenin haqqında kitab oxuyurdum. Gülməyin doğru sözümdür ... (Və özü gülür)
Mexanika – riyaziyyat və kitab
Riyaziyyatı da çox sevirdim. Böyük qardaşım riyaziyyatçı idi. Bilirdim ki, mən də riyaziyyatçı olacam. Oldum da. Mexanika-riyaziyyat fakultəsini bitirdim.
Biznes də saymaq tələb edir
İstiqlaliyyət küçəsində 3 böyük kitab mağazası var idi. Rəfiqəmlə tez-tez gəzişirdik bu küçədə. Hər ay xeyli pul xərcləyirdim kitablara. Və bir dəfə rəfiqəm zarafatla dedi ki, bu qədər ki, pul xərcləyirsən kitablara, elə kitab biznesinə başla .
Başladım da. Addım-addım. Əvvəlcə kitab yayım şirkəti yaratdım. Daha sonra “Əli və Nino “kitab maqazaları brendi yarandı.
10, 9 yox 8 ildir ki, bu bizneslə məşğulam. (Yenə gülür) Riyaziyyatçı olsam da saymağı deyəsən yaxşı bacarmıram...
“Əli və Nino ” artıq 3 kitab mağazası, 2 kafe və bir nəşriyyat evidir.
Niyə “Leyli və Məcnun” yox, “Əli və Nino”?
“Əli və Nino” dünyada Azərbaycan yazıçısının ən yaxşı satılan və populyar əsərlərindən biridir.
Qəribədir ki, bizdə yox. Qonağı olduğum televiziya verlişlərindən birində şəhər sakinlərindən soruşdular ki, “Əli və Nino”nu oxumusunuz ? 70-80% etiraf etdi ki, oxumayıb.
Bu kitab 1990-cı ildə Amerikada , 2000-ci ildə isə isə İngiltərədə 1 nömrəli besteller seçilib.
Bakıya gələn əcnəbilər bu kitabı axtarır, bizimkilər isə təssüf ki, bəzən heç tanımır.
Odur ki, mağazaya ad seçəndə istədik ki, qeyri-adi ve cəlb edici olsun. Belə də getdi. Kitab mağazası -“Əli və Nino”, kafe -“Əli və Nino”, Nəşriyyat evi -“Əli və Nino”...
Dostlarım zarafat edir ki, restoran açdın- “Əli və Nino” , uşaq baxçası- “Əli və Nino”, Zavod və fabrik- “ Əli və Nino”…
Qadınlar, Qadınlar!
8 il əvvəl soruşsaydınız ki, əsasən kimlər kitab oxuyur? Deyərdim ki, Sovet dönəminin ən-ənəsinə sadiq qalan kitab həvəskarları. Bu günsə mən bunu deyə bilməyəcəyəm. Orta yaşlı bu mütaliə həvəskarları estafeti gənclərə ötürüblər.
Bilirsiz ki, kitab oxuyanların 50-60%-i qadınlardır?
Və maraqlıdır ki, əgər bir neçə il əvvəl sevgi romanları, dedektivlər dəbdə idisə, bu gün insanlar onları düşündürəcək müəllifləri seçirlər.
… Yox,yox. Gün ərzində nə qədər alıcımız olduğunu deyə bilmərəm,israr etməyin. Bu kommersiya sirridir… (gülür)
Dəbli olmaq istəyirsən ?! Oxu…
Deyirəm ki, heç olmasa başqa səbəblərə görə insanlar kitab oxumurlarsa da, dəb xatirinə oxusunlar.
Baxın, mən gözəl görünmək istəyirəmsə shopping edirəm, saç düzümümü dəyişmək istəyəndə salona gedirəm , əgər kiməsə intelektual səvyyəmi göstərmək istəyirəmsə-kitab oxuyuram. Burda pis bir şey yoxdur. Başqa bir formada mümkün deyilsə, heç olmasa bu formada olmalıdır. Çox adam deyir ki, niyə görə yüngül ədəbiyyat var? Onlar yüksək ədəbiyyatın səviyyəsini aşağı salırlar.
Mütaliə o qədər zəifdir ki, mən deyirəm lap reklam materialı da oxuyanda qənimətdir. İnsanlar o qədər tənbəllik edir kitab oxumağa... Bu insanlar oxuya-oxuya ciddi ədəbiyyata da gəlib çıxacaqlar.
“Əli və Nino”nu oxudum, ağlamağım gəldi
2003-cü ildə oxudum “Əli və Nino”- nu. Kitabın tərcüməçisi gətirdi. Həmin vaxt “Əli və Nino” nun nəşri üçün sponsor axtarırdım. Qərar verdim ki, özüm çap etdirəcəm.
Əsərdən elə təsirləndim ki, ağlamağım gəldi. Ondan sonra təkrarən oxumamışam.
Gözəl imicim var
Desəm ki, kitab oxumuram, özümü biyabr edəcəm.(Gülür) Amma çox gözəl imicim var hə? Vaxt tapa bilmirəm ,vaxt.
Amma deyim hansı kitabı mütləq oxuyacam?
Elxan Qaraqanlının “A” əsərini...
Danışmağı yaxşı bacaranlar...
Qadin kimi ozümə vaxt qalır?! Yox
Çox böyük hörmətim var o qadınlara ki, deyirlər bizneslə də məşğulam, həftədə 3 dəfə trenajora da getməsəm mən –mən deyiləm, bişirdiyim xörəklərdəki dilə gəlməz...
Danışmaqları yaxşıdır. Gözəl danışırlar.
Mənim uşağım məni tv-də görür, evdə xörəyi anam bişirir...Məndə ancaq biznesdir.
Kitabsız evin sakini
Evimizdə kitab yoxdur ki... Neynəmişik?! Hamısını satışa buraxmışıq
Kitabın arxasında qiyməti var. Baxıram və düşünürəm ki, niyə bunu burda saxlayım? Aparım, satım da.
Hələ ki, kitab biznesi ilə məşğul deyildim , kitabı oxuyandan sonra kiməsə hədiyyə edirdim. Hisslərimi belə bölüşürdüm. İndi oxuyuram, sonra satıram... (gülür)
www.burlaxatun.az








Azad insan, sən hər zaman dənizi sevəcəksən
O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…



