azerbaycanliyam.com

Saturday
Sep 04th
    welcome to my site:
    www.azerbaycanliyam.com
  • Login
  • Sign up
    Registration
    *
    *
    *
    *
    *
    REGISTER_REQUIRED
  • 2121kg
  • Search

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size
Home Publisistika Publisistika Babək Göyüş: “Daş qoya-qoya...”

Babək Göyüş: “Daş qoya-qoya...”

E-mail Print PDF

  

20 il öncə “Dua” hekayəsi üçün yazdığım bu sətirlər bugünkü yazımın leytmotivi oldu. 

“...Bir vaxt ayıldım ki, göy buludun üstüylə harasa uçuram və yadıma düşdü ki, nənəmin cəhrəsinin səsinə daş qoya-qoya ona çatmaq istəyirəm. Nənəmsə, elə hey uzaqlarda bir boy görsənib yerəmi girirdi, göyəmi çıxırdı, bilmirəm, ona çata bilmirdim...”.  

Heç indi də ona çata bilmirəm, çünki nənəm göy buludun o uzundə - Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsində “Div”in qəbiristanlığında qalıb, mən isə bu üzdə - Xəzərin sahilindəki evimdə Azercell-in bu yazısını yazıram. Yazıram ki, udub  Hitachi televizorumun pultuna Duracell daşını alım. Nədənsə, o da son zamanlar sözümə baxmır. Söz yaranandan onsuz da heç kəs heç kəsin sözünə baxmır, üzünə baxır, ya da deyinib qarasınca baxır. Əvvəllər o sözün yerinə hirsli insanlar bir-birinə daş atardı, indisə söz atırlar. Ziqmund Freyd də bunu bildiyindən yazıb ki, hirsli insanın daş əvəzinə söz atdığı gün sivilizasiya yaranıb. Sivilizasiya nədir? Guya deyirlər ki, o nəsnə bir neçə mədəniyyətin birləşməsidir. Düzdür, mədəniyyətin heyvanlara dəxli olmasa da buna ən bariz misal kimi bir-birinə əks qütb olan qoyunla canavarın Bakının şadlıq evlərinin birində toyda oynamalarını yada sala bilərəm. Gecə saat 12-də isə “Parlament” arağının təsiri itəndən sonra hər kəs öz yoluna davam edir. Araqların da araq həyatına deyəsən, daş atılıb, dadı-tamı itib. Qoyun - mədəniyyətin genetik mexanizmini nəsillərə ötürən insanların, canavar isə quyruğunu dik tutub alfalıq etmək üçün öz sürüsünə qayıdır. Eynən mədəniyyətlər də belədir. Üzdə bir-birilərinə “davam” deyir, əslində isə onları “tamam” sözüylə ayırmaq çox asan olur. Yəni heç bir millət öz mədəniyyətini digərindən aşağı tutmur, əksinə üstün tutur ki, erkək canavar kimi alfa olsun və yunan hərfi kimi birinciliyi əldə saxlasın. Ən pis halda isə ikinci olub bettaya, ya da adlayıb qammaya çevrilməyə də razılıq verərlər. Əsas odur ki, üçlükdən bir addım belə aşağı enməyəsən. Bəlkə elə bu baxımdan idmanda da yalnız üç nəfərə medal verilir, dördüncünü isə həvəsləndirib evlərinə yola salırlar ki, inciməsin. Eynən ABŞ, Rusiya və Çin kimi. Bir-birinə əks qütblərdə yerləşən üç qardaşdır, bunlar. Mövzunu hara fırladıramsa, yenə gəlib “daş” sözüylə tamamlanır. Elə bil mənimlə daş dövründən bu yana yol yoldaşı olub, bu söz. Qəribədir, niyə insanlar qədim zamanları da üç daş dövrünə ayırıb? Ayağımızla belini sığalladığımız torpaq bundan inciməzmi? Bilmirəm, bəlkə də çoxdan inciyib. Və incidiyinə görə də barışıb. Torpaq heç vaxt soyuq olmur, isti olur.Yəqin bu istinin isti nəfəsindən o, öz alfa olmaq iddiasından əl çəkərək yerini ondan möhkəm olan daşa verib. Daş da isti olsaydı, hər yer əriyib okeanlara tökülər və Hollivudun “2012” sinemasındakı kimi yer kürəsini su basardı. Torpaq öz yerini daşa ona görə verib ki, qədim, orta və yeni dövrləri biri-biriylə uzlaşdırıb bugünümüzə gətirsin. Torpaq öz zərifliyilə bu yükü daşıya bilməzdi. Daş isə daşıyar. Çünki o, ta insan yaranandan onun dostu olub. Öncə əmək aləti olub, sonra alov yaradan çaxmaq daşı olub, sonra çörək vermək üçün fırlanan dəyirman daşı olub, sonra yazı olub, Qobustan kimi.  Bəzən də qarğış kimi insanların dalınca qara daş olub, buğdasız dəyirmanda isə öz içindən özünü yeyib və hətta elə olub ki, fırlanıb insanların ayağına dəyib. Sonra üst-üstə daşlaşıb ev olub, zindan olub və alfalar üçün saray olub. Və sarayların önündə elçi daşı olmağı da unutmayıb. Sonra yolçunun heybəsində yol gedib ki, ona uğur gətirsin. İnsanlar bu daşlara niyə inanırlar, görəsən? Elə bugün mənim özüm də cibimdə  mənə uğur gətirən bir daş gəzdirirəm. Ancaq bir vaxtlar nənəm babamın uğuruna bir daş dığırlamışdı. Dığırlamışdı ki, babam getdiyi 20 ildə öz uğuruna çatmasın. Nənələr niyə belə daş ürəkli olur, İlahi! Əslində nənələrin yox, elə daşların öz ürəkləri daş olur ki, bəzən çevrilib insanların başlarına düşsünlər. Mənim də başıma daş düşdüyü bir zaman olub. O daşı kimsə  mənim birbaşa başıma salmayıb. O daşı başıma söznən salıblar, salan da babamın hirsi olub:”Başına daş düşsün, oğul”. Elə o sözə görə də onu 20 ildir ki, bağışlamamışam. Kaş ki, babam hirsini soyudub o sözün yerinə başıma daş ataydı. Daşın Allah atasına rəhmət eləsin, göy üzündə qalmır, başlara dəyib yerə düşür. Söz  isə kəsərlidir, elə deyilən yerdəcə sallanıb qalır. Sözün kəsdiyi yer  heç vaxt sağalmır, sağalsa da izi qalır. Yəqin babam elə ö sözünə görə də gedib öz uğuruna çatmayıb, “Div”in qəbiristanlığında qalıb. Qalıb ki, köhnə daş dövrümüzə yol yoldaşı olsun. O Vətənimizin vətəndaşı olsun. Biz isə ola bilmirik. Qazaxdan o yana getməyə qoymurlar. Biz isə bu yanların vətəndaşıyıq. Və daş olub qalmışıq sivilizasiyanın içində. Boş vaxtlarımızda isə çölə çıxıb Güzdəyin daşını yonuruq ki, özümüzə ev-eşik quraq. Ev-eşik quraq ki, Vətənimizin daşı daş üstündə olsun, yanıüstə olmasın. Yanıüstə olsa, yançağı qançır olar və göyərib mamırlaşar. Göy rəngli daşlardan heç xoşum gəlmir. Daşın rəngi daş rəngində olar: boz və qara. O biri rəngli daşlar biz insanlar üçün deyil, ya museylər, ya da rəngli qadınların boyunları üçündür. Yadımdadır, dağlarımızda boz daşları yonub ev tikərdik, qara daşları isə dağ çayından yığıb o tikilən evin hörgüsünün içinə atardıq ki, tikdiyimiz ev daş kimi möhkəm olsun. İndi görəsən, oralarda yenədəmi daş yonub ev tikirlər, inanmıram. Erməni ev tikən deyil, ev yıxandır. Google Earth proqramında baxmışam, bizim evlərimiz yerindədir. Yəqin oraları dağıdıb sökməyə ermənilərin vaxtı olmayıb. Ancaq  işğal olunmuş Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcərdə isə evlərimizin çoxunu söküb viran qoyublar. İşğal olunan dağlarımızın daşı da daşlaşıb həsrətlə bizə sarı baxır. Baxır ki, Sabir Rüstəmxanlı belə yazsın:” Vətən dağlarında daş olanındı…”. Heyif ki, hələlik oraların dağlarında daş ola bilmirik. Ümidimizi isə itirməyək, yəqin nə vaxtsa olarıq. Onda Sabir Rüstəmxanlının o sözünü iri hərflərlə yazıb Kəlbəcərin ən uca zirvəzindən asarıq.

Sözümüzə daş qoya-qoya yazını davam edirik.  “İndi ən yaxşı daş məzar daşıdır” – deyirlər.  Görəsən ölülərimizin bundan xəbəri varmı? Yəqin yoxdur, olsaydı, qalxıb o bərli-bəzəkli daşları elə öz başımıza çırpardılar. Və biz də ölüb ölənlərin cərgəsinə qoşulardıq və yer üzündə bir adam tapılmazdı ki, daşları yonub bizim üçün  məzar daşı düzəltsin.

Daş həm də bəzi millətin bəzi milləti şərə salmaq üçün ən asan vasitədir. Ermənilər artıq bu üsulla 100 ildən çoxdur ki, öz “qədimliklərini” sübut etmək üçün həmişə yüz dona giriblər. Kəndçilərimizin biri söyləyir ki, 1970-ci ilin yayında çayın qırağında gəzərkən öz gözlərilə görüb ki, Dilican tərəfdən gələn  yük maşınının kuzovundakı  adamlar  hər yüz metrdən bir  çaya daş  atırlarmış. Bu hadisə ona qəribə gəldiyindən atılan daşların birini tapıb baxanda gözləri az qala kəlləsinə çıxır. O daşın üstündə ermənicə yazılan “Hayastan. 1293-cü il” sözlərini oxuyur. Düzdür, tapılan o daşın indi harada olmağından xəbərim yoxdur. Ancaq dəqiq bilirəm ki, ermənilərin əlində qalan Qaraqoyunlu dərəsinin indi hər yüz metrliyində axtarsan, o daşlardan tapmaq olar. Deməli, ermənilər Azercell-in elan etdiyi müsabiqənin “Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir” movzusundan yetərincə istifadə ediblər. Və bununla onlar “daşın onların qədimdən bu günə qədər daşıyan bir vasitə” olmasından dolayısı yolla da yararlanmağa üstünlük veriblər. Bunun qarşılığında biz nə etmişik? Heç  nə. Biz duyğulu insanlarıq. Dili və sözü olmayan bir daşı öz riyakar əməllərimiz üçün istifadə edə bilmərik. Biz yalnız onu bədii və estetik yolla gözəlləşdirib şeirlərimizin daş yüklü sətirlərinə köçürə bilərik. Eynən şair Ramiz Qusarçaylı kimi.

Daş daşı gəmirir, daş daşı yeyir —

Bu sirrin daşlaşan kökü dərində.

Daşların tozudu, qəm tozu deyil —

Ağarır göyərən sətirlərimdə.

Daş-qalaq olarsız

Düşün-daşın Daşnaqsütun...

Yenə ermənilərin Daşnaqsütunu... “Daş” sözünü də mənimsəyib özlərinə bir təşkilat yaradıblar. Biz  isə bu sözü kəndlərimizin adlarına qoşaraq daha da sevdirmişik. Daşburun, Daşaltı, Daşkənd... Vətənimizin hər daşını da beləcə bu adlar kimi sevirik.

Vətən torpağı, Vətən daşı  haradan başlayır, harada bitir… Bitməyən heç nə yoxdur, yəqin haradasa bitir.  Gözümüzün göy yeri olan Göyün də bitən yeri var… Belə olmasaydı, əlimizi uzadıb onun buynuzundan yapışar və göy buludun içindən özümüzə tərəf çəkib başına bir daş qoyardıq. Daş qoyardıq ki, Göyüzü də bizə Vətən olsun. Ancaq ola bilməz, Göyüzü bizlik deyil. Göyüzü göyüzünündür. Deyirlər ki, orada da hər şeyin öz yeri, öz izi var. Eynən yerdə olduğu kimi.

Yerdə iz qoyan ayaq izləridi və bir də daşlar. Çin xalqı biz türklərdən qorunmaq üçün neçə əsrdir ki, özlərinə bir iz qoyub. Hətta, kosmonavtlar da deyirlər ki, kosmosdan aydın görünən yer yer kürəsində Çin səddidir. Biz isə hələ öz səddimizi yaratmamışıq. Yaratsaydıq, ermənilərdən birdəfəlik canımızı qurtarardıq. Və Qazaxdan Zəngilanadək sərhəd boyu gəzib çinlilər kimi qürrələnərdik.  

Hələ gücüm çatır daş qaldırmağa,

Hələ daş yonmağa çatır hövsələm...

Sözümüzə daş qoya-qoya yazımızın sonuna çatdıq, yəqin oxumağa hövsələniz daha çatmır. Elə isə bu yazı üçün son sözümüzü yazmaq istəyirik.

...Daş gərək kədər olub düşə ayaqlar altına. Sonra da o ayaqların yiyəsini öldürmək üçün qalxıb qılınc ola və güllə kimi çarpıla sinənə. Əgər sinən dağılmasa, daşın atom kimi səni dəlik-deşik etməyə də gücü çatar.  Bax, ən böyük günahını daş – onda  işlədir. Onun da son taleyi  beləcə  qorxunc olarmış...

Tanrıdan başqa heç nəyi və heç kəsi ürəkdən sevməyə dəyməz, elə daşın özünü də... İstər o, bizi qədimdən bu günümüzə qədər daşıyan vasitə olsun, istərsə də sitə. Fərq etməz...

 

Bu yazı “Azercell Telekom” MMC-nin

“Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir” mövzusunda ən yaxşı məqalə  müsabiqəsi üçün yazılıb.

Last Updated ( Saturday, 01 May 2010 01:51 )  

Köşə yazısı

Babək Göyüş

  

babekaztv@yahoo.com 

31 avqust 2010-cu il  Dünyanın prezidenti

...Söhbət biz yaşadığımız planetdən gedir. Belə baxanda istər bu planetin, istərsə də yad cisimlərin yek prezidenti Tanrının özüdür, çünki bizim görüb duya bildiyimiz və görüb duya bilmədiyimiz qalaktikanı ondan başqa heç kəs və heç bir qüvvə yarada bilməzdi. Ancaq yaşadığımız bu yer kürəsində elə qanunauyğunluqlar var ki, ondan yan qaça bilməzsən....

Arxiv    

2010  Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust

2009  Dekabr Noyabr Oktyabr Sentyabr Avqust İyul  İyun May Aprel Mart Fevral 

Azərbaycanda UZMANLAR CAM BALKON   ®                             

Yanlara yığılan "Şüşəbənd" sistemləri  - Texnologiya ilə birlikdə addımlayın 
 
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74,  iş - (+994 12) 418 82 12
 

    

NOSTALJİ

Günel Mövlud yazır  Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj

Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm  Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...

Aqşin Yeniseyin yeni şeirləri Günel üçün 

Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur... 

 


Adil Mirseyid. Bayyo qobeleni    Azad insan, sən hər zaman dənizi sevəcəksən

Böyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:


Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.


Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.

Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.


Cavidan Sadəcə bu…
 
   O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…

   Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa… 

Kodbanks

www.news.qaynar.info

SON DƏQİQƏ:

Новости на русском языке

İsti xəbər

 

Araz Agalarov & Babak Goyush

 Crocus City  & "I am Azerbaijanian" journal...

 

Qan Yaddaşımız

Bunları unutma!!!  

 

2121kg - Babak Goyush

 Editor-in-chief of the "I am Azerbaijanian" journal www.az.wikipedia.org/wiki/Babək GöyüşƏsə...

 

Gözəllik

Hələ yaşamağa dəyər...  Babi Qoqa...

 

Populyar

 Ədalət Şükürov, Azərbaycanın əməkdar artisti...
Babak Goyush

Azərbaycanı sevənlər üçün...

Əziz oxucular! "Azərbaycanlıyam" jurnalı özünün yeni layihəsinə start verib.  Redaksiyanın yaradıcı qrupu Azərbaycanın adını çalışdığı hər sahədə yüksəklərə qaldıran dünya azərbaycanlıları və şirkətlər haqqında xüsusi buraxılışlar hazırlayır. Müraciət etsəniz, siz də Azərbaycanı sevənlərin cərgəsinə qoşula bilərsiniz. Sağ olun.  babekaztv@yahoo.com 
Thank you!!!

Sorğu

Istərdinizmi torpaqlarımız yalnız müharibə yolu ilə alınsın?
 

Canım, gözüm Türkiyə

Neft

Manatın (AZN) məzənnələri:

Ölkə valyutaları

Türk lirəsinin (TL) məzənnələri:

Bakıda hər havanın öz havası var...

Pimsler metodu ilə

Azərbaycan himni

Dost saytlar

www.avirtel.az
Texnologiya ilə birlikdə addımlayın. Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS   
www.news.qaynar.info 
Milli xəbər portalı
www.kultaz.com 
Azərbaycan mədəniyyət portalı
www.adyazar.az 
Azərbaycanın ədəbiyyat portalı
www.canaz.tv 
Can Azerbaycan Televizionu 
www.serfeli.az
Əyləncə portalı
Dünya Azərbaycanlı Yazarlar Qurumu 
www.ucnoqta.az
Üç nöqtə qəzeti
www.futbol24.com
Canlı futbol!!! 

Yuxu məni gic edib...

Borcunuzu öyrənin!

1. Telefon: ev, iş
2. Elektrik enerjisi
3. Qaz
   

Online

Авиарейсов в Баку:

Find a Flight

Compare Prices Fast
Iglobe.ru

Shakira

shakira

IP adresiniz

ip adresim
Good-bye...