azerbaycanliyam.com

Saturday
Sep 04th
    welcome to my site:
    www.azerbaycanliyam.com
  • Login
  • Sign up
    Registration
    *
    *
    *
    *
    *
    REGISTER_REQUIRED
  • 2121kg
  • Search

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size
Home Mədəniyyət Mədəniyyət Sayman Aruz: "Ədəbiyyat və siyasət"

Sayman Aruz: "Ədəbiyyat və siyasət"

E-mail Print PDF

 

 

Birinci bölüm

Ədəbiyyatla siyasətin əlaqəsi, yeni bir mövzu deyil və onun tarixi, Yunanistana və xüsusilə Əflatunun əsərlərinə qayıdır. Sonrakı dövrlərdə də Jan Jak Russo kimi yazarlar, hər iki məsələyə diqqət göstəriblər. Russo öz ictimai-siyasi fikirlərinin qırağında roman yazmağa da əl apardı. Bertrand Rassel və Jan Pol Sartr son əsrin filosofları kimi fəlsəfi, siyasi və ictimai fikirlərlə bərabər yeni romanlar yazıblar. “Nobel” mükafatı alıblar və öz yaşadığı illərin ictimai-siyasi fəalları kimi də tanınırdılar. Lap yaxın zamanlara gəldikdə Edvard Səid kimi insanlar, aydınların rolunu ədəbiyyatla siyasətin birləşməsində xatırladıblar. Bunlarla bərabər başqa insanlar və aydınlar da ədəbiyyatı, öz fəlsəfi-ictimai düşüncələrinin ağırlıq mərkəzi hesab ediblər və yazıları o qədər şairanə və ədibanə görünür ki, o yazılarda İç (Content) və Üz-ün(Form) bir-birinə yaxınlaşmağı hiss olunur. Şopen Haver və Nitşenin əsərləri bu yaxınlaşmadan bir örnəkdir. Bir çoxları Nitşenin bir filosof kimi yox, bir ədəbiyyatçı kimi tanıyırlar.
Sual olunur: Niyə bu qədər yaxınlıqdan sonra ədəbiyyatla siyasətin arasındakılar açılmamış qalır? Niyə ədəbiyyatçılar, siyasətçilər və siyasət aparanlar bu qədər bir-birindən uzaqdırlar və onları ortaq bir yerə yığmaq olmur? Qərb ölkələrində bu problem o qədər də gündəmdə deyil, amma bizim ölkəmiz kimi ölkələrdə onların arasında böyük bir sərhədd var. Qərb ölkələrində bu məsələyə çox ciddi yanaşıblar və bu barədə çap edilmiş əsərlər bunu sübut edir.
Ədəbiyyatla siyasətin əlaqəsini başa düşmək üçün birinci növbədə gərək onların ətrafında tədqiqat aparaq və onların fərqlərini ortaya çıxaraq. Bu yazıda istəmirəm onları birləşdirəm və yalnız istəyirəm ki onların arasında ortaq bir yerə çataq. İndi gərək soruşaq - siyasət nədir? Bu suala cavab vermədən öncə gərək siyasət aparmağı(praktik), siyasətin elmindən( Political Science) ayıraq. Siyasətin adı gəldikdə, necəki hər gün ictimaiyyətdə işlədilir, siyasət aparmaq insanın fikrinə gəlir. Siyasət ictimanın hər yerində tapılır. Hardaki insanlar bir yerə yığışırlar, siyasət var. İctimaiyyətdə yaranan Güc və ziddiyyət siyasətin bünövrəsini qoyur və bütün ölkədə özünü göstərir. Misal üçün: Dövlət, xüsusi şirkətlər, partiyalar və s.
Siyasət iş mənasında (siyasət aparmaq), siyasət teorik mənasyla (siyasi olayların tədqiqi) fərqlənir. Teorik siyasət bizə öyrədir ki, siyasi həyatımız üçün hansı elmı öyrənməliyik. Necə edək ki, siyasəti həyatın və insanın başqa mövzularından ayıraq? Siyasi nizamlar hansı baxımdan bri-birinə bənzəyirlər? Hansı baxımdan fərqlənirlər? İqtidara (Autharity) Gücün (Power) rolu siyasi nizamlarda nədir? Insanlar siyasətdə necə davranırlar? Siyasi bir insanın (Politicus Homo) xüsusiyyətləri nədir? Hansı səbəblər Sabitlik (Stability), Dəyişiklik (Change) və ya İnqilaba (Revolution) gətirib çıxarır? Nə lazımdır ki, ictimaiyyətdə sülh yaransın? Hansı siyasi nizam hansından dəyərlidi? Necə edə bilərik ki, siyasətin - hər şeydən yaxşı nədir?(The Best)- sualına cavab verək? Və sonda bu siyasi bilik dövlətlə vətəndaşın və həmçinin onların ortasında olan məsələləri də açıqlayır.
Onun müqabilində ədəbiyyat fərdi əlaqələrə ayaq basır və çalışır fərdlə müstəqim əlaqəyə girsin. Və gözəlliklərlə yazarın ürək sözlərini əks etdirməyinə görə, sadə və rahat şəkildə oxucuyla danışığa girir. Hegel ədəbiyyatın məna və mahiyyətinə görə deyir: “Həqiqət mütləqlik daşıdığına görə, elə nəzərə gəlir ki HƏQİQƏT və GÖZƏLLİK eyni anlamlardılar və həqiqi gözəlliyi göstərmək üçün azadlıq və məhdud olmamaq tələb olunur. Incəsənəti yaradan ruhdur və o gərək əxlaq dərsi verməkdən üz çevirsin. Əgər incəsənəti oyrətmək fraqmentinə çevirsək, onda onun əbədiliyinə zərər vururuq”.
Hegelin baxışında tarix və ictimaiyyətın böyüklüyü, incəsənətin böyüklüyü ilə bərabər tutulur. İncəsənət və ədəbiyyat, gözəlliyi əks etdirməyə ayaq basdıqları üçün, ləzzət aparmağı özlərinə əsas götürürlər və ləzzət almağa bir çox səbəbləri və məqsədləri var. Amma doğurdan da ədəbiyyat yalnız insanların başını qatmağa, vaxtlarını doldurmağa və gözəlliklər üzrə fərdi axtarışlarla məşqul və məhduddur? Əgər desək ki, şeir şəxsi və fərdi bir oyundur, onda ədəbiyyatın ciddiliyini və yazarın təfəkkür və düşüncələrinə hörmətsizlik etmiş olarıq. Və əgər desək ki, şeir bir iş və ya bir bacarıqdır, onda yaradıcılıq və Kantın dediyi qərəzsiz şeir anlayışına hörmətsizlik etmişik. İncəsənətin və ədəbiyyatın haqqında elə danışmalıyıq ki, həm ləzzətin və həm Nəticənin haqqından müdafiə etmiş olaq. Ədəbiyyat elə bu fayda verməyin yardımı ilə siyasətlə əlaqəyə girmək imkanı qazanır.
1. Ədəbiyyatın xas (fərdi) olmağı, onun qlobal (Particularity V.University) olamğı ilə fərqli olaraq, elə bir xüsusi və fərdi məsələlərə əl basır ki, hər türlü mühit və şəraitdə dəyişib, başqa cür əməl edir. Amma siyasətin hədəfi, dünyadan qlobal bir fikri ortaya qoymaq və onu bütün ictimaiyyətə yaymaqdır. Əgər siyasət elmi yayılmaq və genişlənmək imkanı olmasa əhəmiyyətin əldən verə bilər. Ona görə də bir çoxları ədəbiyyata aid olmağını, onun zəifi kimi dəyərləndirirlər. Ədəbiyyat qarşımıza yol qoymur, amma bir çox yolları özündə yerləşdirir.
2. Ehtimal və ya təsadüfi olmaq, həqiqi və ya zəruri olmağın qarşısında: (V.Realistic Accidental). Ədəbiyyat ehtimallara söykənir və bir təsadüfi hərəkət roman və ya hekayənin cərəyanını dəyişə bilər. Bu adi həyatda da ola bilər. Amma siyasət elmi, ehtimal və təsadüfə söykənə bilməz. Siyasət elmi gərək bizi həqiqətlər və gərçəklərə tərəf aparsın. Bertolt Brechtin deyir ki, “Gərək Gerçəkləri açıb, qaranlıqda qalan Həqiqətləri ortaya çıxaraq”. Siyasət elmi gərək həqiqətə söykənərək öz sözünü bütöv desin. Ehtimala söykənmək, global bir fikirə çevrilməyə mane olur. Ona görə də Ludwig Josef Johann Wittgenstein ədəbiyyatı bir təsvir və şəkil (Picture) kimi görür.
3. Yaratmaq, Tapmağın qarşısında (Creativeness V.Discovery) : Ədəbiyyat yaratmaq, yeni mövqelər açmaq, və başqa bir sözlə, gözəllikləri yaratmağa bir məkan və yerdir. Ədəbiyyatda, fikirləri, düşüncələri və xəyalları becərmək, dəyişmək və böyütmək olur. Biz heç vaxt olmayan şeyləri təsəvvür edə bilmərik, amma siyasət elmində, biz gözönündə və həmçinin gizli gərçəkləri öyrənib ortaya qoymalıyıq.Əgər fikirlərimizin ictimaiyyətdə yayımlanmağın istəyiriksə, onda gərək, ictimaiyyətdə işə aparılan külli həqiqətləri tapaq. Siyasət elminin qalmağının və davamlı olmağının sirri onun ictmaiyyətdə olan həqiqətlərlə oxşar olmağındadır.
4. Sirrə söykənmək, açıqlamağın qarşısında .(Mysterism V.Enlightmenism): Iris Murdoch deyir: Ədəbiyyat yaratmaq gücü və imkanına malık olduğuna görə, sirli olub, sirr yaratmaq tərəfə gedə bilər. Amma siyasət elmi açıqlamaqa çalışır.Siyasət elminin hədəfi, ictimaiyyətdən gözəl bir şəkil yaratmaq deyil, bəlkə çalışır gerçək dünyamızı kəşf edə və açıqlaya. Məncə Roman yazarının hədəfi, sirr yaratmaq və oxucunu fikirə və xəyala daldırmaq və filosofun (siyasi) hədəfi sirrləri aradan aparmaqdır. Ona görə də ədəbi bir yazı anlaşılmazlığa doğru və siyasi bir yazı sadəliyə doğru gedir. (Hegeli çıxmaq şərti ilə)
5- Təsəvvür etmək, istidlal* və məntiqin qarşısında(Imagintion V.Argument):
Ədəbiyyat, xəyal, təəvvür və sirli mövzularla işləyir. Bu məsələ səbəb olur ki, insanlarda həyəcan və həssaslıq yaratsın. Elə buna görədir ki, müstəqilm şəkildə oxucuya təsir edir. Amma siyasət elmi çalışır ki, məntiq və mübahisə ilə ən doğru və real bir anlama çatsın. Və buna görə də həyəcandan uzaq və qeyri-müstəqim insanlara təsir edir. Yalnız istidlalın vasitəsilə qlobal bir qanun tərif etmək olar.
6. Üz (zahir) iç (fikrin) qarşısında (V.Content Form): Ədəbiyyat çalışır təsvir vasitəsilə gözəl üz və zahir yaratsın, başqa sözlə formanı böyütsün. Amma siyasət elmi çalışır iç və ya fikri daha gözəl göstərsin. Buna görə də siyasətin ədəbiyyatı çətin və daha önəmlidir. Çünki daha dərin anlamlar daşıyır.
Bir sözlə ədəbiyyat çalışır dünyanın təsvirini gördüyü, başa düşdüyü və hiss etdiyi kimi yaratsın. Ədəbiyyat insanın gündəlik həyatı kimi təbii anlam daşıyır. Amma siyasət elmi çalışır həqiqətə daha yaxınlaşın və bu yolda özü üçün proqramlar hazırlayır. Gündəlik həyatı öz hədəfləri əsasında düzənləsin. Sual olunur, bu qədər fərqli olaraq necə etmək olar ki, ədəbiyyat və siyasət arasında müştərək düşüncələrə çataq?
Ədəbiyyat və siyasətin əlaqələrini bilmək və müştərək anlamlarını başa düşmək üçün klassik, modern və postmodern dövlərini bir-birindən ayırmalıyıq. Klassik dövr Qədim Yunanıstan və xristian dövlərini əhatə edir. Qədim Yunanıstanda hər bir insan ictimadan ayrı hesab edilmirdi. Ictimaiyyət, dövlət və şəhər insandan qabaq və önəmli hesab edilirdi. Və vətəndaş anlamı ictimaiyyətdə tərif olunurdu. Qədim Yunanıstanda vətəndaş özünün üzərinə götürdüyü məsuliyyətdə məsul hesab edirdi və bilirdi ki, yalnız işləmək vasitəsilə ictimada irəliləyə biləcək. O ya nökər hesab olunurdu, ya da Allah. Dövlətlə şəhərin səadəti və insanla şəhərin səadəti qarışmışdır. Vətəndaşlar insani fəzilətlər qazanmaq üçün tərbiyə olunmurdular və öyrənmək, işləmək onun vətəndaşlıq vəzifəsi kimi hesab olunurdu. Ona görə də əxlaq fərdi mövzu deyildi və siyasətlə birlikdə irəliyə gedirdi. O dövrdə şəhərin, dövlətin səadəti öndə olmağına görə siyasət və ədəbiyyat ancaq paralel qabağa gedirdilər. Əxlaqlı həyatın və siyasi həyatın fərqi olmadığı üçün ümumi yaşayış daha önəmli sayılırdı. Ədəbiyyat xüsusi deyildi və gərək ümumi mənfəətlərə görə hərəkət edərdi. Ona görə də o dövrün ədəbiyyatında Hommer əsərləri kimi əsərlər yarandı. Və sonda da Aysxolos, Sofokles, Orpid üçlük tragediyaları yarandı. Beləcə ədəbiyyatın rolu insanların tərbiyyəsində əhəmiyyətli idi. Ona görə çalışırdılar ki, ədəbiyyatın əxlaq mövzularına nəzarət etsinlər. Əflatunun “Cümhur” külliyatında irəli sürdüyü fikirlər dediklərimizi təsdiq edir. Əflatun incəsənəti MİMESİS, təqlid və nümayiş kimi qəbul edirdi. Onun fikrincə incəsənət həqiqətin reallıqdan uzaq və mübtəzəl* göstəricisidir. Və onun yerinə ANAMNESİS (hansı mövzular ki, biz bilirk, amma bilmirik ki, bilirk) idi. Incəsənət yalnız təbiətin göstəricisidir. Əflatun çalışırdı incəsənətə və ədəbiyyata nəzarət etsin və insanların tərbiyyəsi üçün işlər aparsın.
Xristiyan dövrlərində, ictimaiyyətdə, insanın yeri və mövqeyi daha da sirli oldu. Bir tərəfdən insanın vahıdliyi, qədim Yunanıstana görə daha da möhkəmləndi və bir başqa tərəfdən də bu fikir irəli sürüldü ki, insan bir günah vasıtəsilə( birinci günü) dünyaya gəlir və onu yumağa çalışır. Və bu dünya günahları yumağa bir fürsət kimi dəyərləndirilir. Insan dərd və kədəri təhammül edir ki, özünü əbədi dünyada səadətli həyata hazırlasın. Belə bir halda ədəbiyyatla məşqul olmaq (gözəllikləri görən bir göz kimi) imaknsız olacaq. Dünya xrisatiyan insanının gözündə çirkin və bulaşıqdır, burdan ləzzət aparmaq olmaz və ədəbiyyatın Allaha yaxınlaşmaqdan başqa çarəsi yoxdur.
Amma ikinci dövr, Modern dövrü adlanır və Rönesans dövründən etibarən başlanır. Bu dövrdə artıq insana görə bədbin baxışlar qırağa qoyulur və insan dünyanın başlanqıc yeri( mərkəz nöqtəsi) hessab olunur. Artıq insanı dərdli bir şəxs kimi tanınmır və çalışır öz əlaqələrini ictmaiyyət, təbiət və Allah ilə yaratsın. Rönesans dövrünün insanı günah edib, cəza çəkməyə yaranmayıb və əksinə yaradıcı bir rol ilə çalışır təbiətdən gələn problemlərə qalib qəlsin. İnsan artıq şəhər və ictimaiyyətin ayağı altında əzilmir və ya təbiətin əsirinə çevrilmir. Bu insan, özünü Allahın nümayəndəsi və göstəricisi kimi hessab edir. Xaliq kimi yaratmağa və irəliləməyə başlayır. Bu dövrdə siyasət və ədəbiyyat ayrıldılar. Artıq ədəbiyyat və siyasəti aydınlaşdıran və onlara varlıq bağışlayan insan və onun istədikləridir.
J.Şine deyir:
(Düz anlayış və ağıldır ki hər şeyi yaradır.
Dahilik, intellekt, istedad nədir? Ağıldır.
Zövq yəni sənin düz anlayışın.
Dahilik yəni sənin ağlının çoxluğu).

Ədəbiyyat, təbiətlə birlikdə insanın ağlına xidmət göstərirdi. Hətta gözəlçilik də (gözəlliyi tanıma, axtarmaq) Dekartın fəlsəfəsi üzrə məntiqi bir şəkildə irəliləyirdi və bu irəliləyiş Tufan və Təziq (Almaniyanın ədəbiyyat və mədəniyyət hərəkatı) hərəkətinin əsasını qoydu. Bu hərəkət bir tərəfdən deyir ki, Gözəlçilik (ədəbiyyat və incəsənət də) ağılla sınanmır və xəyal ilə hissiyyat da insanın ruhunun əsaslarındandırlar, və bir təfəfdən deyir ki: hər bir olay, hər bir şəxs, hər bir iş, hər bir tarix, hər bir mədəniyyət özünə məxsus keyfiyyətə malıkdir. Və həmin keyfiyyət həmin olayın gələcəyini göstərir.
Romantizm modernizm və naturalizmdən ayrılarkən başqa bir ideologiyanın yaratmağına imkan yaratdı ( bu ideologi məktəblər həmin post modern məktəblərdirlər). Formaçılar, postformaçılar, post modernlər.
Formaçılar dili, həqiqətlərin və insanı arzuların göstəricisi kimi qəbul etmirlər. Onların fikricə, mövzular dildə formalaşırlar və bu formalar həmişə öndə olublar. Hər bir şəxsin dediyi danışıqla əlaqəlidir və danışıla da dilidə formalaşır.DİL formaçıların əsas söykəndiyi yerdir.
Post Formaçılar Formaçıları tənqid edirlər. Onlar DANIŞIĞI İŞƏ APARANı ( Sobject Speaking) və ya Subject in Processi ortaya qoyurlar. Onlar dili şəxsi və fərdi bir mövqedən çıxarıb bütün nizamlar və qanunlarla (xüsusilə beyinin yaradıcılığı ilə) əlaqədə görürlər.
Post modernizmin ümumi xüsusiyyətlərini belə saymaq olar: dahiliklə mübarizə, iqtidarla mübarizə, özünü vahidlikdən çıxarmaq, ictimaiyyətlə birləşmək, incəsənəti üsyan və etiraz tərəfə aparmaq, bir mənalıqdan uzaqlaşmaq.
Sual olunur: incəsənət, incəsənətə görədir yoxsa ictimaiyyət və siyasətə görə? Başqa bir sözlə, incəsənət və ədəbiyyat baxımsızdırlar yoxsa ictimai məsələlərdən asılıdırlar?
-Incəsənət ictimaiyyətin qulluğundadır- sözünü, birincı dəfə marksistlər söyləyiblər. Onların fikricə, insanların şüuru onların varlığının göstəricisi deyil, bu insanların varlığıdır ki, onların şüurünü aydınladır( Marksın nəzəriyyəsi).
Marksın fikrinə görə ədəbiyyat, incəsənət, siyasət və hökumətçilik də ictimai formalardan təsirlənirlər. Georg Lukaçın fikrinə görə İÇ gərək formanı şəklini düzənləsin və insan bütün məna və içlərin mehvəridir. Insan tarixi və ictimai bir durumda yaşayır, ona görə də siyasətə gözəlçilik baxımından yanaşmaq qaçılmazdır. lUKAÇ bu fikirlə həm modernizm və həm naturalimi sual altında qoyur. GEORGE PLEXANOV da elə bu fikirin daşıyıcısıdır. O deyir: -incəsənət incəsənətə qulluq etməlidir- sözü o zaman düz ola bilər ki, incəsənətçi, öz hədəfləri və ictimanın hədəfləri arasında bir paradoksla üz-üzə gəlsin. Bu zaman incəsənətçi ictimayla düşmənliyə başlayır və onun dəıyişməyinə ümid etmir. Marksın sözlərindən bir başqa fikirə də çatmaq olar. O da bu ki: ÜZ tamamilə İÇə bağlı deyil və az da olsa bağımsızlığı var(Relative Autonomus). 

 

 

Köşə yazısı

Babək Göyüş

  

babekaztv@yahoo.com 

31 avqust 2010-cu il  Dünyanın prezidenti

...Söhbət biz yaşadığımız planetdən gedir. Belə baxanda istər bu planetin, istərsə də yad cisimlərin yek prezidenti Tanrının özüdür, çünki bizim görüb duya bildiyimiz və görüb duya bilmədiyimiz qalaktikanı ondan başqa heç kəs və heç bir qüvvə yarada bilməzdi. Ancaq yaşadığımız bu yer kürəsində elə qanunauyğunluqlar var ki, ondan yan qaça bilməzsən....

Arxiv    

2010  Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust

2009  Dekabr Noyabr Oktyabr Sentyabr Avqust İyul  İyun May Aprel Mart Fevral 

Azərbaycanda UZMANLAR CAM BALKON   ®                             

Yanlara yığılan "Şüşəbənd" sistemləri  - Texnologiya ilə birlikdə addımlayın 
 
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74,  iş - (+994 12) 418 82 12
 

    

NOSTALJİ

Günel Mövlud yazır  Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj

Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm  Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...

Aqşin Yeniseyin yeni şeirləri Günel üçün 

Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur... 

 


Adil Mirseyid. Bayyo qobeleni    Azad insan, sən hər zaman dənizi sevəcəksən

Böyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:


Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.


Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.

Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.


Cavidan Sadəcə bu…
 
   O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…

   Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa… 

Kodbanks

www.news.qaynar.info

SON DƏQİQƏ:

Новости на русском языке

İsti xəbər

 

Araz Agalarov & Babak Goyush

 Crocus City  & "I am Azerbaijanian" journal...

 

Qan Yaddaşımız

Bunları unutma!!!  

 

2121kg - Babak Goyush

 Editor-in-chief of the "I am Azerbaijanian" journal www.az.wikipedia.org/wiki/Babək GöyüşƏsə...

 

Gözəllik

Hələ yaşamağa dəyər...  Babi Qoqa...

 

Populyar

 Ədalət Şükürov, Azərbaycanın əməkdar artisti...
Babak Goyush

Azərbaycanı sevənlər üçün...

Əziz oxucular! "Azərbaycanlıyam" jurnalı özünün yeni layihəsinə start verib.  Redaksiyanın yaradıcı qrupu Azərbaycanın adını çalışdığı hər sahədə yüksəklərə qaldıran dünya azərbaycanlıları və şirkətlər haqqında xüsusi buraxılışlar hazırlayır. Müraciət etsəniz, siz də Azərbaycanı sevənlərin cərgəsinə qoşula bilərsiniz. Sağ olun.  babekaztv@yahoo.com 
Thank you!!!

Sorğu

Istərdinizmi torpaqlarımız yalnız müharibə yolu ilə alınsın?
 

Canım, gözüm Türkiyə

Neft

Manatın (AZN) məzənnələri:

Ölkə valyutaları

Türk lirəsinin (TL) məzənnələri:

Bakıda hər havanın öz havası var...

Pimsler metodu ilə

Azərbaycan himni

Dost saytlar

www.avirtel.az
Texnologiya ilə birlikdə addımlayın. Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS   
www.news.qaynar.info 
Milli xəbər portalı
www.kultaz.com 
Azərbaycan mədəniyyət portalı
www.adyazar.az 
Azərbaycanın ədəbiyyat portalı
www.canaz.tv 
Can Azerbaycan Televizionu 
www.serfeli.az
Əyləncə portalı
Dünya Azərbaycanlı Yazarlar Qurumu 
www.ucnoqta.az
Üç nöqtə qəzeti
www.futbol24.com
Canlı futbol!!! 

Yuxu məni gic edib...

Borcunuzu öyrənin!

1. Telefon: ev, iş
2. Elektrik enerjisi
3. Qaz
   

Online

Авиарейсов в Баку:

Find a Flight

Compare Prices Fast
Iglobe.ru

Shakira

shakira

IP adresiniz

ip adresim
Good-bye...