Fərhad Məmmədov: "Qafqazlı UNO"
Saturday, 08 May 2010 22:09
administrator
hekayə
QAFQAZLI UNO
OQONYOK JURNALI, 1978 Aprel sayı – “Qafqazlı UNO” (Uçan Naməlum Obyekt)
“…İlk öncə onu deyim ki, UNO tərəfindən qaçırılan istənilən şəxs ömürünün sonunadək onların təqibində olur…Birinci dəfə bu naməlum uçan obyektlə, daha doğrusu – “obyektlərlə” 65-ci ilin Mayında rastlaşdıq. İşdən 3 günlük məzuniyyət götürüb, nişanlım Adil, rəfiqəm Günay və qardaşı Rasimlə İsmayıllıya yollandıq, Adilin qohumları gilə. Tağımlı kəndinə elə maşınla yenicə daxil olmuşduq ki, kəndin sanki əbədi sükuta qərq olduğunu hiss etdik. Artıq kəndin içinə iki kilometr sürsək də, ətrafda bir canlıya rast gəlmək mümkün deyildi. Maraqlısı ondadır ki, ağacların yarpaqları belə əsmirdi. Adil atasının əmisi oğlugilin evlərinin qarşısında maşını saxladı, biz qorxa-qorxa maşından çıxdıq. Bizə birgə qalmağı tapşırıb özü evin açıq qapısından içəri keçdi. Bir neçə dəqiqədən sonra ağappaq sifətlə çölə çıxıb, “Nə bilim?” deyənlər kimi çiynlərini yığdı. O qədər qormuşduq ki, ağlımıza gələn dəhşətli fikirləri bir-birimizə deməyə belə çəkinirdik. Mən şəxsən özüm elə düşünürdüm ki, kənddə ağır qan qisası hadisəsi və ya vəhşicəsinə zorakılıq olub ki, bu qədər kənd camaatını evindən çıxmasına bais olub. Bəs onlar hara gedə bilərdilər. Bilmirəm havanı naməlum qüvvə bilərəkdən soyudurdu ya nədir, amma adamın belə yaz havasında tükləri ürpəşirdi. Sanki şaxtalı fevral gecəsi idi. Yenə də lal-dinməz ətrafa göz gəzdirməyə başladıq. Evin qarşısı Kürdəmir yolu kimi açıq və quru düzənlik idi ki, bəlkə təbiətin zəncirvari şəkildə formalaşdırdığı təpələrə dək 3 kilometr uzanırdı. Adil birdən dilləndi “Axı mən bura keçən il gəlmişdim…Burada heç futbol meydançası böyüklüyündə belə düzən yox idi. Bir ilə bu hardan çıxdı belə…Yaddımda qalanı, ətraf qalın meşəylə əhatələnmişdi. Kəndə elə ona görə Tağımlı adını veriblər”…Bir neçə qonşu evləri də həmin şəkildə qapısı və həyət darvazası açıq şəkildə aşkar etdik. Təxminən beş qonşu evə də icazəsiz girib yoxladıq, amma elə bil Tağımlı kəndinin başına Səmud tayfasının başına gələnlər gəlmişdi. Təsərüffatları və ya məişətləri deyil özləri yerlə yeksan olmuşdular…Günay efileptik olduğundan belə klaustrofobik abu hava ona təsir etməyə bilməzdi. Huşu özündən getdi. Qərara aldıq ki, maşına minib bu yüzfaizli sarılığa tutulma ehtimalından mümkün qədər uzaqlaşaq. Qorxumuzda pəncərədən belə boylana bilmirdik. Adil isə artıq sürəti 100 kilometr saata çatdırmışdı. Ürəyimə elə bil dandı ki, qorxudan yumduğum gözlərimi açmaq vaxtıdır. Pəncərədən boylananda onu gördüm ki, təxminən bizim maşından iki yüz metr parallel məsafədə meşənin üstüylə diksvari büllur bir işıq parçası hərəkət edir. Maşınla sinxron uçurdu. Sanki bizi təqib edirdi. Qorxumdan dəhşətli çığırtı səsi çıxartdım. Səsimə hətta, özündən getmiş Günay da oyandı…Adil isə soyuqqanlı şəkildə maşını sürməkdə idi…Belə ki diksinsə idi, o zaman qaz pedalında olan ayağının reflektiv boşalmasından, maşının sürətində oynamalar hiss olunardı. Bu baş vermədi. Günayın qardaşı, yəni Rasim, əlimlə göstərdiyim uçan obyektə baxdı. Amma bir şey görə bilmədi. Sən demə qışqır-bağırdan sonra, həmin naməlum disk yoxa çıxmışdı. Günayın yenidən huşunun getməsindən bildik ki, o nəisə gördü. Onun pəncərəsindən boylanıb, baxanda ürəyim ağzıma gəldi. Artıq bir deyil beş və ya altı obyekt bizi müşayət edirdi, həm də daha yaxın məsafədən. Maraqlısı onda idi ki, uzaqdan bu obyekt daha aydın seçilirdi. Elə bil bu işıqda elə bir xassə var idi ki, normal insanın göz çopçükləri-hüceyrələri obyektiv reallığı beynə olduğu kimi ötürə bilmirdi. Yalnız gur işığı sezmək olurdu. Artıq Tağımlı kəndindən çıxmağa qalardı hardasa iki yüz metrə, belə ki, kəndin iri yazılı lövhəsi tədricən yaxınlaşırdı. Hadisənin ən qəribə yeri onda idi ki, kəndin ərazisini tərk edən kimi, hamımızı cənginə almış stress bir-iki-üç sayacaq tezlikdə yoxa çıxdı. Yoxa çıxanlardan digəri də həmin UNO-lar idi. Qarşıda ilk hərəkət edən maşını görəndə bayaqdan lal-dinməz maşını idarə edən Adil ruhi xəstə tək yersiz şəkildə kişnəməyə başladı. Biz başa düşə bilmədik ki, bu gülüş idi yoxsa atın çıxartdığı səs. Yaxınlaşdıqda məlum oldu ki, qarşıda gələn maşın milis maşınıdır. Bizim maşını saxlamağımıza göstəriş verdi. Müfəttiş maşından düşməzdən əvvəl başını önşüşəyə doğru uzadıb gözlərini bizim nömrəyə zillədi və yoxlayırmış kimi əlində tutduğu kağıza baxdı. Maşından çıxıb bizim də maşını tərk etməyimizi istədi. Yenidən kağızı əlinə götürüb,hardasa 55-60 yaşlı gözlərini yenidən əlində tutduğu makulaturadan çıxmış solğun rəngli kağız parçasına zillədi “Adil Rzayev, Günay Davudova, Rasim Davudov və Fatimə Məmmədova…Adlarınızı düz çəkdim? Sizsiz?” – “Hə” deyə təsdiq cavabı versək də, qoca milis nəfərinin bizim adları haradan bildiyini anlamadıq. Davam etdi “Necə vicdansız adamlarsız deyirəm eh,…cavançılığı qoyum bir qırağa , bu yazıq valideynlərinizə qarşı bir damcı mərhəmət deyilən şey var sizdə ya yox? Düz yeddi gündür ki, Sizdən səs-sorağ yoxdur.” Gözlərim kəlləmə çıxdı…Yeddi gün, bu nə danışır, biz beş saat olar ki, Bakıdan çıxmışıq. Mayın 3-dür . “Sizin yəqin səhviniz var biz Bakıdan bu gün səhər saat onbirdə çıxmışıq yəni, Mayın üçündə”
“İndi isə mayın on biridir. Mayın beşində Adil Rzayevin Tağımlı kəndində yaşayan qohumları bizə xəbər verdilər ki, Bakıdan gələn qonaqlar çatmayıblar. Elə o vaxtdan sizin axtarışınızla məşğuluq. Harda itib batmışdız belə?
“Biz…biz elə indicə Tağımlıdan gəlirik…AXı orada heç kəs yox idi. Heç kəs.”
“Görürəm sizin başınıza doğrudan da hava gəlib” deyə maşınına minməzdən əvvəl tapşırdı ki, onun zolaqlı xidməti maşınını təqib edib, yenidən Tağımlıya qayıdaq.
Əvvəlki Tağımlıdan elə bil əsər əlamət yox idi. Hansı tərəfə baxırdın canlı , mal-qara, oynayan uşaqlar, su daşıyan gənc qızlar, kanalizasiya xətti qazan enlikürəklər, dediqodu edən qocalar…Bir sözlə tam başqa Tağımlı…Hamı da kəndən ard-arda gələn iki maşını gözüylə müşayət edirdi. Yəqin ki, kəndə gələn qonaq kənd sakinlərini çox sevindirirdi. Adilin qohumları gilin evinin önündə saxladıqda həmin təpələrə dək uzanan quru düzənlikdən də heç nə qalmamışdı. Yerində keçən il Adilin gördüyü kimi sıx enli yarpaqlı meşə yayılırdı.
Buna inanmaq çox çətin olsa da, gözlə gördüklərimiz, qulaqla eşitdiklərimiz bizi inandırmaya bilməzdi. Doğrudan da biz yeddi günlük qaib olmuşduq. Amma bunun izzahını indiyədək dəqiq verə bilmirik. Bəs onda bizim birinci dəfə daxil olduğumuz Tağımlı kəndi hansı məkanı və zamanı təmsil edirdi?....Bircə onu bilirəm ki, büllur diskin təqibləri indiyədək davam edir.
Azərbaycanda UZMANLAR CAM BALKON ®
Yanlara yığılan "Şüşəbənd" sistemləri - Texnologiya ilə birlikdə addımlayın
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74, iş - (+994 12) 418 82 12
NOSTALJİ
Günel Mövlud yazır Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj
Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...
Aqşin Yeniseyin yeni şeirləri Günel üçün
Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur...
Adil Mirseyid. Bayyo qobeleni
Azad insan, sən hər zaman dənizi sevəcəksənBöyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:
Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.
Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.
Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.
Cavidan Sadəcə bu…

O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…
Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa…