azerbaycanliyam.com

Saturday
Sep 04th
    welcome to my site:
    www.azerbaycanliyam.com
  • Login
  • Sign up
    Registration
    *
    *
    *
    *
    *
    REGISTER_REQUIRED
  • 2121kg
  • Search

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size
Home Siyasət Siyasət Vahid Əliyev: "Öz xalqına bədbəxtlik gətirən Ermənistanın sonuncu rəhbərləri hələ hərbi məğlubiyyət də gətirəcəklər"

Vahid Əliyev: "Öz xalqına bədbəxtlik gətirən Ermənistanın sonuncu rəhbərləri hələ hərbi məğlubiyyət də gətirəcəklər"

E-mail Print PDF

 Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev: "Müharibə yenidən başlasa, Azərbaycan Ermənistandan fərqli olaraq, dinc əhali ilə deyil, yalnız təcavüzkar hərbi qüvvələrlə vuruşacaq"

 

Vahid Əliyev: "Öz xalqına bədbəxtlik gətirən Ermənistanın sonuncu rəhbərləri hələ hərbi məğlubiyyət də gətirəcəklər. Qoy fikirləşsinlər - bu onlara lazımdırmı?!" 

Trend-in Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyevlə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə müsahibəsi

- Əvvəla, Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik etmək və fəaliyyətinizdə uğurlar arzulamaq istərdim.

- Təşəkkür edirəm.
Mən də öz növbəmdə, Azərbaycanın Silahlı Qüvvələrinin bütün şəxsi heyətini - Ali Baş Komandandan tutmuş, hal-hazırda ən çətin vəziyyətlərdə öz xidmətlərini aparan əsgərlərə qədər hamını və bütün Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edir, onlara bu çətin, lakin şərəfli xidmətlərində uğurlar, cansağlığı, xoşbəxtlik və əlbəttə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında qələbələr diləyirəm.


- Azərbaycan Silahlı Qüvvələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Birmənalı olaraq, çox yüksək səviyyədə.
Bügünki Azərbaycan Silahlı Qüvvələri müstəqillik dönəminin ilk illərində olduğu kimi deyil. Əgər xatırlayırsınızsa, həmin illərdə respublikada prezident olmasına baxmayaraq, Ali Baş Komandan yox idi, çünki hərbi qüvvələr, sadəcə olaraq, idarəedilməz halda idi. Yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra, qısa müddət ərzində orduda vahid rəhbərlik yarada bildi, Silahlı Qüvvələrin qurulması işi elmi forma aldı və yarım ildən sonra ordumuz ilk qələbələrini qazanmağa başladı.
Hazırda Azərbaycan Silahlı Qüvvələri döyüş fəaliyyətinin aparılmasında ən müasir taktiki və strateji tələblərə cavab verir.
Bu, ilk növbədə, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji durumu, peşəkarlığı, həmçinin, onun hərbi texnikanın ən müasir növləri - silahlar və döyüş sursatları ilə təchiz olunması ilə bağlıdır.
Bu gün Azərbaycanın regionda ən güclü döyüş bacarığına malik hərbi qüvvələri vardır ki, o, qarşısında duran bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Bu, ilk növbədə, işğal olunmuş torpaqlarımızın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünın bərpasıdır.
Son yeddi il ərzində Azərbaycanın hərbi büdcəsi on üç dəfə artıb və bu gün 2,2 milyard manata yaxın məbləğ təşkil edir ki, bu da Silahlı Qüvvələrimizi yeni texnika və silahlarla təchiz etməyə imkan verir.
Azərbaycan Müdafiə Nazirliyinin hissələri ilə yanaşı, bizim Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi yanında Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyi yanında ölkənin rayonlarında baş verən təbii fəlakət zamanı öz hərbi hazırlığını nümayiş etdirmiş Mülki Müdafiə Qoşunlarımız da vardır ki, xoşbəxtlikdən və onların köməkliyi ilə ölkənin aran rayonlarında baş verən daşqınlar insan tələfatı olmadan ötüşdü.
Qeyd etmək istərdim ki, Silahlı Qüvvələrimizin mövcud vəziyyəti onunla izah edilir ki, onlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının daimi nəzarəti altındadırlar. Dövlət başçısı hərbi qulluqçulara, onların hərbi hazırlığına, maddi-texniki təminatına, sosial müdafiəsinin gücləndirilməsinə qayğı göstərir.
Ali Baş Komandanın bu günlərdəki Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının bölmə və hissələrinin, əslində, onların Prezident və xalq qarşısında növbəti illik inkişafının uğurlu hesabatı olan birgə təlimində iştirakı seçim yolunun və Silahlı Qüvvələrimizin inkişaf metodunun düzgünlüyünü bir daha sübut etdi.


- Azərbaycan hazırda müharibə şəraitindədir, Azərbaycan və Ermənistan ordularının təmas xəttindən gələn məlumatlar buna sübutdur. Son həftə cəbhə xəttindəki fəallıq və insan tələfatı ilə yadda qalıb. Mövcud fəallıq nə ilə izah olunur?


- Biz həmişə bəyan etmişik ki, döyüş fəaliyyəti dondurulmayıb, müharibə şəraiti davam edir, yalnız atəşkəs rejimi vardır. Döyüş fəaliyyətinin bərpası istənilən an mümkündür. Hazırkı status-kvo bizi qane etmir. Niyə? Çünki bizim milyonlarla qaçqınımız var, torpaqlarımızın 20%-i işğal altındadır, bu, bütün regionun və eləcə də bizim inkişafımızı ləngidir. Çünki dövlət öz Vətənindən məhrum olunmuş vətəndaşları qarşısında məsuliyyətlidir. Çünki Ermənistan hazırkı vəziyyəti mənasız şəkildə süründürür. Çünki Ermənistan tərəfi atəşkəs rejimi haqqında razılaşmaya yalnız sözdə riayət edir, lakin bununla belə tez-tez təxribatlar yaradır və biz buna cavab verməyə məcburuq. Hər dəfə bizim cavablarımız adekvatdır, halbuki daha sərt reaksiya vermək iqtidarındayıq.
Lakin biz hələlik sülh danışıqları prosesinin tərəfdarıyıq, diplomatik resurs hələ ki tükənməyib. Lakin bu, əbədi olaraq davam edə bilməz, artıq 20 ilə yaxındır heç bir nəticə yoxdur, səbəb isə Ermənistanın bu illər ərzində qeyri-konstruktiv mövqe tutmasıdır.
İstənilən sağlamdüşüncəli adamdan soruşsaq ki, böyük problemi necə həll edək, o cavab verər ki, həll üçün, ilk növbədə, böyük problemi kiçik hissələrə ayıraraq həll etmək və beləliklə həmin böyük problemin həllini tapmaq lazımdır. Bu doğrudur, bu elmidir. Bəs bu suala Ermənistan necə cavab verir? Onlar hər şeyi və dərhal həll etməyi təklif edirlər. Bu, ən azı gülməlidir.
Bunula belə sağlamdüşüncəli insan üçün, qəribə olsa da, onlar bizə əməkdaşlıq təklif edirlər. Avtomat və böyükçarplı silahların lüləsi altında əməkdaşlıq etmək olarmı? Atəş altında infrastruktur qurmaq, ticarət, əkmək, becərmək və istirahət etmək mümkündürmü? Cavab bəllidir - yox. Əməkdaşlıq üçün, ən azı, qoşunları çıxarmaq və bununla minimum etimad mühiti yaratmaq lazımdır. Problem birdən deyil, mərhələrlə həll oluna bilər və olmalıdır. Ermənistan rəhbərliyinin təklifləri - öncədən dalana dirənmiş və qəbulolunmaz variantdır. Problemin həlli ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən təklif edilmiş son Madrid prinsiplərində məntiqi əksini tapır.
Hazırkı Ermənistan və Dağlıq Qarabağ vəziyyəti ayı ovlamağa çalışan ovçu haqqında lətifəni yada salır. Ovçu ayını tutub, lakin bilmir ki, onunla nə etsin. Saxlamaq mümkün deyil, əldən buraxmaq isə qorxuludur. Ermənilər müharibə kimi ağır bir yükü nə iqtisadi, nə psixoloji, nə də mənəvi cəhətdən daşıya bilirlər.


- Axı Ermənistan iddia edir ki, məhz Azərbaycan və Türkiyə ona blokada qurublar?


- Çox şey iddia etmək olar. Nə qədər çox haqsız və günahkar olsan, bir o qədər digərlərində səbəb axtaracaqsan.
Bu mənasız nağılı dinləyən insan, sadəcə olaraq, xəritəyə baxmalı və "təəccüblə" görməlidir ki, özgə torpaqlarını işğal edən Ermənistan məhz özünü Azərbaycandan keçən bütün rabitə xətlərindən məhrum edir. Daha doğrusu, Ermənistan özü-özünü blokadaya salıb. Paradoks bundadır ki, özü-özünü könüllü olaraq yox, zorla blokadaya salsın və bununla bağlı bizi günahlandırsın ki, biz onları blokadada saxlayırıq?
Onların Türkiyəni sərhədləri bağlamaqda günahlandırmaları da, ən azı, səmimi deyil. Bunun üçün ən azı bir dəfə Türkiyədə erməni nömrəli maşınları görmək (mən şəxsən bunu bir neçə dəfə müşahidə etmişəm) və yaxud ermənilərin özlərindən Ermənistana türk malları daşıyan Türkiyənin böyük yük avtomobilləri haqqında söhbətləri dinləmək lazımdır. Məsələ ondadır ki, Türkiyə sərhədləri ancaq simvolik olaraq bağlayıb - ermənilər və türklər azad şəkildə sərhədi keçirlər; yeri gəlmişkən, İrəvan və İstanbul arasında Türkiyə tərəfdən açılmış aviasiya əlaqələri mövcuddur. Bunun nəyi blokadadır?
Hazırkı Ermənistan hökuməti etiraf edə bilmir ki, Ermənistan onun inkişafına mənfi təsir göstərən qeyri-uzaq görən siyasəti ilə öz xalqını böyük iqtisadi, enerji, nəqliyyat və digər layihələrdən məhrum edib və bu, onun inkişafına neqativ təsir göstərir.
Bu gün de-fakto Ermənistan müstəqil dövlət olaraq mövcud deyil. Ölkənin maddi dəyərləri borclara sərf olunub, mənəvi dəyərləri isə diasporun əlindədir. Ermənistan rəhbərliyi özünü dalana dirəyib və onun üçün vəziyyət daha da pisləşəcək. Ermənistan, müvəqqəti olaraq, Azərbaycanın 20 faiz torpaqlarını zəbt edib və bununla da öz gələcəyini, inkişafını itirib. Ermənistan ona aid olmayan varlıqları nə qədər tez geri qaytarsa, bir o qədər özünü düşdüyü vəziyyətdən, özünü və xalqını saldığı dalandan çıxa bilər və öz problemlərini bir o qədər tez həll edə bilər.


- Müharibə başlayacağı təqdirdə, Azərbaycan Silahlı Qüvvələri onların qarşısında duran hərbi tapşırıqları yerinə yetirmək iqtidarındadırmı?


- Azərbaycan xalqı müharibə istəmir, lakin biz ona hazır olmağa məcburuq. Çünki bu müharibə erməni təcavüzkarları tərəfindən bizə zorla qəbul etdirilib.
Mən üç əsas amillə bu məsələnin tarixçəsinə müraciət etmək istərdim.
Birincisi, hazırkı Ermənistan və Dağlıq Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. Ötən əsrin və daha əvvəlin xəritələrinə baxsaq, bütün toponimlər, yaşayış məntəqələrinin adları Azərbaycana məxsusdur. XIX əsrin əvvəllərində Rusiya-İran və Rusiya-Türkiyə müharibələri o nəticəyə gətirib çıxardı ki, Qafqazda aborigen olmayan ermənilər Yaxın Şərqdən (Şərqi Türkiyə, Suriya, İran, İraq) Azərbaycanın İrəvan xanlığı olan hazırkı Ermənistana köçürüldülər. Beləliklə,1813-cü ildən bu günə qədər, 200 il ərzində, minimum, bir milyon yarım əhali hazırkı Ermənistana köçürülüb. Ermənilər, həmçinin, Dağlıq Qarabağa köçürülüblər. Onlar özləri Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə burada abidə ucaldıblar, sonra isə özlərinin bu əraziyə gəlmə olmaları barədə heç bir iz qoymamaq üçün onu məhv ediblər. Kimi aldadırlar? Özlərini.
Azərbaycan Demokratik Respublikası 114 min kvadrat-kilometr sahəyə malik idi, lakin bolşevik Rusiyası yenidən yaranmış Ermənistan dövlətinə Zəngəzur, Göyçə və Zəngibasarı verdi. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Azərbaycanın ümumi ərazisindən qoparıldı. 1918-ci ildən bəri qalmış demoqrafik xəritənin tamamilə dəyişdirilməsi üçün, Sovet İttifaqının yarandığı dövrdən etibarən, Qərbi Azərbaycandan azərbaycanlı əhalinin deportasiyası başladı və bu, 1988-ci ildə Azərbaycana qarşı elan olunmamış müharibədən sonra apofeozla başa çatdı. Ermənilər bütünlüklə etnik təmizləmə apardılar və bu gün nə Ermənistanda, nə də işğal olunmuş ərazilərdə azərbaycanlılar yaşamırlar. Ermənistanın özündə ermənilər təkmillətli dövlət yaradıblar - indi ermənilərdən başqa Ermənistanda heç kim yaşamır. Bu, qeyri-erməni millətlərinə qarşı dözümsüzlük deyil, bəs nədir? Belə nəticəyə gətirib-çıxaran millətçilik rejimi dünyanın heç bir ölkəsində yoxdur.
İkincisi, bizim haqlı olmağımız beynəlxalq hüquqla möhkəmlənir. Heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır, Azərbaycan torpaqlarını işğal edənlərin təcavüzünə haqq qazandırmır. BMT, münaqişə ilə bağlı Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyən dörd qətnamə qəbul edib. Nəhayət, beynəlxalq hüquq öz sərhədlərimizi bərpa etmək üçün tam əsas verir.
Və üçüncüsü, ərazi bütövlüyümüzü bərpa etmək bizim mənəvi haqqımızdır.
Daha doğrusu, üç mühüm aspekt - tarixi həqiqət, beynəlxalq və mənəvi hüquq öz ərazilərimizi azad etməyə əsas verir.
Əgər müharibə başlanarsa, onda Azərbaycan Silahlı Qüvvələri onların qarşısında duran bütün vəzifələri yerinə yetirəcək və düşməni məhvedici şəkildə məğlub edəcəklər. Öz xalqına bədbəxtlik gətirən Ermənistanın sonuncu rəhbərləri hələ hərbi məğlubiyyət də gətirəcəklər. Qoy fikirləşsinlər - bu onlara lazımdırmı?
Hələ çox mühüm digər aspektlər də vardır. Çoxları ümid edirlər ki, dünya ictimaiyyəti guya bizə müharibə etməyə imkan verməyəcək və s. Lakin qulaq asın, dünya ictimaiyyəti susmursa da, heç olmasa, azacıq dərəcədə bu gün bizim qarşılaşdığımız nəticələrin aradan qaldırılması üçün heç nə etmir; bu isə dinc əhalinin bütöv etnik təmizlənməsi, azərbaycanlılara qarşı soyqırımdır. Buna görə də dünya ictimaiyyəti bizə nə deyə bilər? Ermənistandan fərqli olaraq, biz dinc əhali ilə vuruşmayacağıq. Çox sadə səbəbə görə ermənilərin işğal etdiyi torpaqlarda dinc əhali yoxdur. Bizə yalnız Ermənistan silahlı qüvvələri müqavimət göstərir və bizim onları gəldikləri yerlərə qaytarmağa haqqımız var. Əminəm ki, ordumuz Dağlıq Qarabağın hazırkı yaşayış məntəqələrinə qədər gəlib çıxsa, məsələn, Xankəndi şəhərinə, onda biz erməni mənşəli vətəndaşlarımız ilə dil tapacıq və vuruşmayacağıq.
Torpaqları geri qaytarmağı bizdən xalq və tarix tələb edir. Əgər təcavüzkarı dayandırmasaq, onda... siz erməni KİV-in Naxçıvan məsələsini necə fəal şəkildə qaldırdığını görürsünüz? Ermənilər Qarabağ kampaniyasına görə cəzalandırılmadıqlarına görə, Naxçıvana da iştahaları var. Lakin onlar bilməlidirlər ki, Naxçıvan bugünkü gün alınmaz qaladır; orada Silahlı Qüvvələr bütün lazım olanlarla təmin edilib ki, təcavüz zamanı layiqli müqavimət göstərsin. Müvafiq əmr olanda isə - təkcə müqavimət deyil.


- Belə bir sual meydana çıxır: əslində bizə aid olanı niyə özümüzə qaytarmırıq?

- Çünki diplomatik imkanlar hələ tükənməyib. Müharibənin nə olduğunu hamı çox gözəl başa düşür. Bununla yanaşı, bizim Ali Baş Komandan, Prezident - qurucudur. O, Azərbaycanın və bütünlüklə regionun inkişafı, çiçəklənməsi və tərəqqisini istəyir və bunun üçün əlindən gələni edir. Müharibə isə tam başqa şeyləri - qan, göz yaşı, xarabalıq nəzərdə tutur. Bizim tərəfdən müharibənin başlamaması və danışıqların davam etdirilməsində prinsipial mövqe yalnız və yalnız bununla izah olunur.
Müharibə - hər iki tərəfdən itki deməkdir; lakin biz müasir döyüşdə şəxsi heyətimizin itkilərini azaltmaq üçün bütün tədbirləri görmüşük. Əvvəllər şəxsi heyət tərəfindən aparılan əməliyyyatlar indi insan itkisinin azalmasına gətirib-çıxaran müasir texnikalar vasitəsilə həyata keçirilir.
Bir daha təkrar edirəm: biz istəmirik ki, cavanlarımız müharibədə şəhid olsunlar, analar göz yaşı töksünlər. Lakin birinci müharibədə biz bunu gördük. Lakin işğalçılıq və danışıqlar prosesi daim davam edə bilməz. Ümid etmək istəyirik, Ermənistanda da bunu dərk edirlər və Azərbaycanın Dağlıq Qarabağ ərazisindən Ermənistan silahlı qüvvələrinin çıxarılması məsələsinin uzadılması prosesinə son qoyulacaq.


- Ermənistanın tarixə öz baxışı vardır ki, buna qondarma "erməni soyqırımı" və "Böyük Ermənistan" haqqında xülya da qatılmalıdır.....


- Öz xalqını aldadan bu insanlara nə demək olar? Türkiyədə nə Osmanlı dövründə, nə də Cümhuriyyət dövründə ermənilərin bir millət kimi məhv edilməsi barədə məqsəd olmayıb. Bundan əlavə, Türkiyədə erməni milliyyətinə mənsub nazirlər olub.Tarixi həqiqət ondan ibarətdir ki, ermənilər Osmanlı İmperiyasının tərkibində 600 il yaşayıblar və həmin dövr ərzində onlara heç bir şey olmayıb. İndi də Türkiyədə çoxlu sayda erməni yaşayır. Qanunlara hörmət edən vətəndaşlar yaşayacaq və inkişaf edəcəklər. Lakin ötən əsrin əvvəllərində Türkiyəyə xarici qüvvələr hücum edərkən, Şərqi Türkiyədə yaşayan, əsasən, Çar Rusiyası və Fransanın hesabına silahlanan erməni əhalisi Türkiyənin düşmənlərinin tərəfinə keçdi. Bu üsulla Türkiyə vətəndaşlarından ibarət olan ermənilərin nizami hərbi hissələri yaradıldı və onlar ölkənin Şərq hissəsinin qoparılması və erməni dövlətinin yaradılması üçün Türkiyəyə qarşı mübarizə aparmağa başladılar. Onlar heç nəyə nail ola bilmədillər.
Onlar bolşevik inqilabından və Qafqazda Sovet İttifaqının qurulmasından sonra, Ermənistan dövlətinin yaradılmasına nail oldular. "Soyqırım" məsələsi ermənilərin bütün dünyaya sırımaq istədikləri bir əfsanədir. Bu əfsanənin məqsədi Türkiyə və Azərbaycana qarşı ərazi iddialarıdır.
İkinci əfsanə qondarma "Böyük Ermənistan"dır. Tarixboyu Yaxın Şərqdə bir çox müharibələr baş verib. Lakin tarixdə həmin vaxtın böyük sərkərdələrinə qarşı vuruşan erməni dövləti olmayıb. Bu ondan xəbər verir ki, erməni dövlətçiliyi olmayıb. Müharibələrə farslar, qafqazlılar, hindlilər, ərəblər, türklər cəlb olunublar, lakin ermənilər heç kimlə vuruşmayıblar. Çünki onlar həmişə bu və ya digər dövlətin tərkibində olublar.
Bundan əlavə, hətta "Böyük Ermənistan"ın nə vaxtsa olduğunu fərz edək. Nə olsun? Bu, Ermənistana hansı dividendlər verir? Erməni ideoloqları artıq başa düşməlidirlər ki, 21-ci əsrin astanasında xalqı geriyə yox, irəli aparmaq lazımdır. Nə "Böyük Ermənistan"? Təsəvvür etmək çətindir ki, əgər türklər, ruslar, fransızlar, ingilislər, ispanlar, portuqallar və digər imperyia xalqları öz tarixləri haqqında tarixi yalnız kitablardan öyrənməklə kifayət etməyib, həyatda da təkrar etməyə çalışsalar, nələr baş verə bilər. Monqollar Çingiz xan dövrünü xatırlasalar, nə baş verə biləcəyini düşünmək belə istəməzdim.


- Bəs onların millətin öz müqəddəratını həll etməsi kimi hüquqi şayiələri?


- Siz hardasa "qarabağlılar" adlı millət adı eşitmisiniz?


- Onları xalq adlandırmaq olarmı?


- Olmaz. "Kürdəmir xalqı" və ya hər hansı digər rayonun xalqı anlayışı olmadığı kimi, "Qarabağ xalqı" adlı bir anlayış da ola bilməz. Qarabağda təkcə ermənilərdən ibarət olmayan bir əhali yaşayırdı.
Digər tərəfdən, nə vaxta kimi əhalini öz müqəddəratını təyin etmək adı ilə xırda hissələrə bölmək olar? Qarabağın erməni icması öz müqəddəratını təyin etməyi tələb edir, eyni zamanda, orda yaşayan azərbaycanlılar da öz müqəddəratlarını tələb edirlər. Beləcə, bir evin hər kvadrat-metrinin öz müqəddəratını təyin edilməsinə gəlib çıxmaq olar.
Erməni xalqı, erməni milləti öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti - Ermənistan respublikaları var. Bu o demək deyil ki, bütün dünyada yaşayan ermənilər müstəqillik və ya müxtariyyət tələb etməlidirlər. Azərbaycanın tərkibində yaşamaq istəyən ermənilərə biz tam təhlükəsizlik təminatı verə bilərik.


- Gəlin silahlı qüvvələrin qurulması mövzusuna keçək. Ordunun müasir silahlarla təmin olunması üçün hansı tədbirlər görülür?


- İlk növbədə, biz Hərbi-Hava Qüvvələrini və hava hücumundan müdafiəni gücləndirmişik. İndi bizim səmada xidmət edən ən müasir silahlarla silahlanmış hərbi təyyarələr, hərbi vertolyotlar, radarlar, raketlər havadakı üstünlüyümüzü təmin edir.
Həmçinin, artilleriya, zirehli texnikalar müasir səviyyədə təchiz edilib. Hərbi Dəniz Donanmasının da inkişafına xüsusi diqqət ayrılır. Atıcı silahlanma yenilənib, əsgər və zabit heyəti hazırlanıb, NATO sistemində təlimlərə keçilib və lokal müharibə təcrübəsi mənimsənilib. Bütün bunlar bizə ordumuzun regionda ən güclü döyüş hazırlığına malik olan ordu olduğunu deməyə əsas verir. Azərbaycanın bu gün uğurlu müharibə aparmaq üçün hər cür potensialı var.


- Ölkə daxilində hərbi texnika istehsalı üçün hansı işlər görülür?


- Azərbaycan raketlər, mərmilər, müasir zirehli texnikalar istehsal edəcək; artıq malik olduğumuz texnikalar modernləşdirəcək, pilotsuz uçan aparatlar, atıcı silahlar və s. istehsal edəcək. Buna uyğun olaraq Bakıda və regionda müvafiq müəssisələr açılır. İşin çox hissəsi artıq görülüb, lakin planlar, həmçinin, arzular və həmin arzuları reallaşdırmaq imkanları daha çoxdur.


- NATO ilə əməkdaşlığı necə görürsünüz?


- Azəbaycan NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində, həmçinin, Balkanlarda, İraqda sülhyaratma əməliyyatlarında iştirak edib, hazırda isə Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edir. Belə deyək ki, Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirir.
Biz, eləcə də NATO ilə Fərdi Əməkdaşlıq Proqramını (IPAP) təsdiq edərək, planlaşdırma və təhlil proqramı (PARP), əlbəttə ki, NATO-nun müttəfiqi kimi, bütün tədbirlərdə iştirak edirik.

- Sizin peşəkar orduya şəxsi yanaşmanız necədir?


- Biz gec və ya tez, bu məsələyə gələcəyik. Azərbaycan hazırda böyük sayda silah saxlamağa məcburdur, çünki onun əraziləri işğal olunubdur. Mən düşünürəm ki, ölkəmizin ərazi bütövlüyünü bərpa etdikdən sonra, biz Silahlı Qüvvələri ixtisar edəcək və bütünlüklə peşəkar orduya keçəcəyik.

- Azərbaycanda hərbi məktəblərə daxil olmaq istəyənlər çoxdurmu? Hərbiçilərin və gənclərin hərbi-vətənpərvərlik ruhunu necə qiymətləndirirsiniz?

- Sevinclə deyə bilərəm ki, həm Cəmşid Naxçıvanski adına liseydə, həm Heydər Əliyev adına liseydə, həm də ali hərbi təhsil müəssisələrində ildən-ilə daxil olmaq istəyənlərin müsabiqəsi artır. Gənclik vətənpərvərlik ruha köklənib, gənclik xidmət etmək istəyir, kişilər peşəkar hərbçi olmaq istəyirlər.
Bunu Ermənistan haqda demək olmaz. Biz bilirik ki, onların həqiqi hərbi xidmətə çağırışla bağlı böyük problemləri var; ali hərbi müəssisələrə daxil olma ilə bağlı problemləri var, çünki onlar özləri başa düşürlər k,i ədalətsiz müharibə aparırlar.
Hərbi-vətənpərvərlik tərbiyəsi ailədən, məktəbdən başlayır. Bizdə bu mövcuddur və Azərbaycan gənci öz Vətənini qorumağa hazırdır. Gənclik vuruşmağa hazırdır, döyüşə can atır. Bu, yaxşıdır ya pis - başqa sualdır, lakin düşmənimiz bizə başqa variant saxlamır - bu, faktdır. Ən təəccüblüsü odur ki, onların həyasızlığı çatır ki, bizi ermənifobiyada ittiham edirlər. Sən açıqcasına ərazini zəbt elə, dinc əhalinin tam etnik təmizləməsini həyata keçir, "soyqırım" yarat və bu gün həyasızcasına onları qaytarmaqdan imtina et və özünə qarşı xoş münasibət istə? Bilirsinizmi... Yalnız bunu izah etmək qalır ki, bizdə ermənifobiya yoxdur, bizdə separatistlərin, banda qruplaşmalarının və Ermənistan silahlı qüvvələrinin etdiklərinə və hazırda davam etdirdiyinə obyektiv reaksiya var.

- Və sonuncu sual - regionda vəziyyətin gələcək inkişafına Sizin proqnozunuz necədir?

- Siz təsəvvür edirsinizmi, bu təcavüz olmasaydı, qaçqınlar olmasaydı, bizim hazırkı hərbi məsrəflərimiz olmasaydı, regionun bugünkü vəziyyəti necə olardı? Təkcə Azərbaycan və onun ayrılmaz hissəsi Dağlıq Qarabağ deyil, Ermənistan da bu gün bolluq içində, xoşbəxt və daha böyük optimizmlə gələcəyə baxaraq yaşayardı. Təəssüf olsun, Ermənistan həm özünü, həm Qarabağı bu an üçün bu imkandan məhrum edib. Bu nə qədər sürəcək? Nə qədər Qarabağın əhalisi və erməni xalqı buna dözə biləcək?
Biz öz torpaqlarımızı qaytaracağıq, qoy buna heç kim bir saniyə olsun belə şübhə etməsin. İstənilən yolla!
Yalnız torpaqlarımızın qaytarılması ilə erməniəsilli bizim vətəndaşlar azadlıq və işıqlı gələcək əldə edəcəklər. Elə bunu da onlara arzu etmək istərdim.

Hələlik isə biz inkişaf etmişik, inkişaf edirik və xalqımızın rifahı naminə inkişaf edəcəyik.

/Trend/

 

 

Köşə yazısı

Babək Göyüş

  

babekaztv@yahoo.com 

31 avqust 2010-cu il  Dünyanın prezidenti

...Söhbət biz yaşadığımız planetdən gedir. Belə baxanda istər bu planetin, istərsə də yad cisimlərin yek prezidenti Tanrının özüdür, çünki bizim görüb duya bildiyimiz və görüb duya bilmədiyimiz qalaktikanı ondan başqa heç kəs və heç bir qüvvə yarada bilməzdi. Ancaq yaşadığımız bu yer kürəsində elə qanunauyğunluqlar var ki, ondan yan qaça bilməzsən....

Arxiv    

2010  Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust

2009  Dekabr Noyabr Oktyabr Sentyabr Avqust İyul  İyun May Aprel Mart Fevral 

Azərbaycanda UZMANLAR CAM BALKON   ®                             

Yanlara yığılan "Şüşəbənd" sistemləri  - Texnologiya ilə birlikdə addımlayın 
 
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74,  iş - (+994 12) 418 82 12
 

    

NOSTALJİ

Günel Mövlud yazır  Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj

Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm  Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...

Aqşin Yeniseyin yeni şeirləri Günel üçün 

Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur... 

 


Adil Mirseyid. Bayyo qobeleni    Azad insan, sən hər zaman dənizi sevəcəksən

Böyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:


Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.


Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.

Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.


Cavidan Sadəcə bu…
 
   O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…

   Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa… 

Kodbanks

www.news.qaynar.info

SON DƏQİQƏ:

Новости на русском языке

İsti xəbər

 

Araz Agalarov & Babak Goyush

 Crocus City  & "I am Azerbaijanian" journal...

 

Qan Yaddaşımız

Bunları unutma!!!  

 

2121kg - Babak Goyush

 Editor-in-chief of the "I am Azerbaijanian" journal www.az.wikipedia.org/wiki/Babək GöyüşƏsə...

 

Gözəllik

Hələ yaşamağa dəyər...  Babi Qoqa...

 

Populyar

 Ədalət Şükürov, Azərbaycanın əməkdar artisti...
Babak Goyush

Azərbaycanı sevənlər üçün...

Əziz oxucular! "Azərbaycanlıyam" jurnalı özünün yeni layihəsinə start verib.  Redaksiyanın yaradıcı qrupu Azərbaycanın adını çalışdığı hər sahədə yüksəklərə qaldıran dünya azərbaycanlıları və şirkətlər haqqında xüsusi buraxılışlar hazırlayır. Müraciət etsəniz, siz də Azərbaycanı sevənlərin cərgəsinə qoşula bilərsiniz. Sağ olun.  babekaztv@yahoo.com 
Thank you!!!

Sorğu

Istərdinizmi torpaqlarımız yalnız müharibə yolu ilə alınsın?
 

Canım, gözüm Türkiyə

Neft

Manatın (AZN) məzənnələri:

Ölkə valyutaları

Türk lirəsinin (TL) məzənnələri:

Bakıda hər havanın öz havası var...

Pimsler metodu ilə

Azərbaycan himni

Dost saytlar

www.avirtel.az
Texnologiya ilə birlikdə addımlayın. Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS   
www.news.qaynar.info 
Milli xəbər portalı
www.kultaz.com 
Azərbaycan mədəniyyət portalı
www.adyazar.az 
Azərbaycanın ədəbiyyat portalı
www.canaz.tv 
Can Azerbaycan Televizionu 
www.serfeli.az
Əyləncə portalı
Dünya Azərbaycanlı Yazarlar Qurumu 
www.ucnoqta.az
Üç nöqtə qəzeti
www.futbol24.com
Canlı futbol!!! 

Yuxu məni gic edib...

Borcunuzu öyrənin!

1. Telefon: ev, iş
2. Elektrik enerjisi
3. Qaz
   

Online

Авиарейсов в Баку:

Find a Flight

Compare Prices Fast
Iglobe.ru

Shakira

shakira

IP adresiniz

ip adresim
Good-bye...