Azərbaycanı sevənlərin jurnalı
Saturday
Jul 04th
  • Login
  • Sign up
    Registration
    *
    *
    *
    *
    *
    REGISTER_REQUIRED
  • 2121kg
  • Search
Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size
TOP NEWS
  • Pause
  • Previous
  • Next
1/21
 

Əziz Nesin

  

XATİRƏ

Qəlbdən qəlbə yol var


Nazim Hikməti çıxmaq şərtiylə, biz haradasa 40 ildən sonra Türkiyədən Azərbaycana gələn ilk türk ədəbiyyatçılarıyıq. Biz üç dost - Məlih Cövdət Anday, Yaşar Kamal və mən Azərbaycanda Türkiyə türklərinin nə qədər çox sevildiklərini gördük. Azərbaycanın məşhur yazıçıları da Türkiyəyə gəlmişdilər. Mənə elə gəlir ki, onlar da seyrçilərin coşqun alqışlarında Türkiyə türklərinin azərbaycanlıları nə qədər sevdiklərini görmüşdülər. Bu sevgi qarşılıqlıdır. Türkcəmizdə sevdiyim sözlərdən biri "qəlbdən qəlbə yol var" sözüdür. Sosialist türk yazıçıları Azərbaycan türklərini bir kərə yox, iki kərə sevərlər. Biri, türk soyundan olduğumuz və eyni gözəl dildə danışdığımız üçün, ikincisi də Azərbaycan inkişaf etmiş sosialist bir ölkə olduğu üçün... Təəssüflər olsun ki, Bakıda çox az qala bildlk. Bu qısa vaxtda Azərbaycanı yaxından tanımaq mümkün deyildi. Ancaq bir məqam da var. Bir insan bir ölkədə uzun zaman yaşayırsa, yavaş-yavaş o ölkənin şərtlərinə uyur, alışır və bu səbəbdən o ölkənin bir çox xüsusiyyətlərini görə bilmir. Halbuki başqa ölkəyə qısa bir vaxta gələnlər, o məmləkətin gözə çarpan, diqqəti çəkən yaxşı və pis cəhətlərini daha aydın görə bilirlər.

Bakıda bir neçə ay qala bilsəydim, bəlkə bəzi məsələləri daha dərindən incələyərdim, amma o zaman da buraya alışar, sizlərdən biri olar və bir çox diqqətədəyər keyfiyyətləri və gözə batan nöqsanları görməyəcəkdım. Hər insan öz gözünə görə görür. Yəni onu demək istəyirəm ki, mən Azərbaycanı öz gözümlə, başqa sözlə bir sosialist yazıçı olaraq gördüm. Gördüklərimin içində məni çox sevindirən şeylər olduğu kimi, üzən şeylər olduğunu gizlətməyəcəm. Ancaq üzücü şeylər mənim içimdə qalacaq. Çünkü Azərbaycan xalqının sosial qüsur və nöqsanlarını qısa zamanda həll edəcəyinə inanıram.

1. Bu qısa zamanda içində Azərbaycan insanı ilə Türkiyə insanı arasında bənzər və fərqli bir neçə xüsusiyyəti gördüyümü sanıram. Türkiyədə yazıçılar ümumiyyətlə o qədər ağır vəziyyətdə və həyat sıxıntısı içindədirlər ki, hələ də ədəbiyyatçıların olmasına heyrətlənirəm. Azərbaycanda isə yazıçılar o qədər rahat və fərah yaşayırlar ki, nə üçün Azərbaycan xalqının hamısının ədəbiyyatçı olmadığına şaşıram.

2. Biz, Türkiyə sənət adamları bir-birimizi o qədər qısqanırıq ki, hər fürsətdə bir-birinizi tənqid edirik. Siz, Azərbaycan sənətkarları isə bir-birinizi həddindən çox tərifləyir, hər fürsətdə göylərə qaldırırsınız. Mənə görə, hər ikisi də doğru deyil. Bakı radiosunda bir aşığın necə mədh edildiyini eşidəndə heyrətlər içində qaldım. Aşıq yaxşı saz çalırdı, ancaq diktor onu o qədər çox, çox, çox təriflədi ki, məsəl üçün, bundan sonra Füzulini, Şekspiri mədh etmək lazım gəlsəydi, artıq söz tapmayacaqdı. Mənə elə gəlir ki, biz Türkiyə türkləri bir-birimizi batırmaqda, siz Azərbaycan türkləri bir-birinizi göylərə qaldırmaqda ölçünü itirmişik.

3. Biz, Türkiyə türkləri tez-tez və hecaları udaraq danışırıq. Siz, azərbaycanlılar isə çox yavaş və hecaları uzadaraq danışırsınız. Bir insanın ömrü ortalama 60 il olsa, bu 60 ildə bizim danışdıqlarımızın yalnız yarısını azərbaycanlılar danışa bilərlər. Siz bizdən iki kərə çox yaşayırsınız, biz sizdən iki kərə çox danışırıq.

4. Türkiyədə qadın və kişilər arasında bərabərlik haqları yalnız kağız üzərindədir. Azərbaycanda isə qadınla kişi həm kağız üzərində, həm də sosial həyata bərabər haqlara sahibdirlər, amma evin içinə girincə Azərbaycanda da qadın-kişi bərabərliyi bitir. Azərbaycanlı kişisi başqa bir millətdən qızla evləndiyi zaman səsini çıxarmayan ailə, qızlarının başqalarına ərə getmələrinə yaxşı baxmır. Bəlkə yanılıram, amma mən belə gördüm.

Qeyd: Mən psixolojik anlama baxımından nə qızın, nə də kişinin başqa millətdən birisiylə evlənməsinə tərəfdar deyiləm. Hətta bu evlilikdən gözəl və yaxşı nəsillər doğsa belə...

5. Hər ölkədə olduğu kimi Türkiyədə də ədəbiyyatda, mədəniyyətdə, siyasətdə gənc və yaşlı nəsillər arasında mübarizə gedir. Türkiyədə bu mübarizəni gənc nəsil qazanmışdır. Amma Azərbaycanda gördüm ki, yaşlı nəsil üstün gəlib. Kimliyimə baxılsa, mən gənc deyiləm. Ancaq kimliyim məndən tez qocalıb. Mən gənclərin tərəfindəyəm. İyirmi yaşında bir ürək, otuz yaşında bir beyinə sahibəm. "Dünyanın ən gözəl insanı kimdır?"- deyə məndən soruşsanız, "yetmiş yaşında da gənc qala bilənlərdir" -, deyərdim. Ancaq gənclərin yolunu kəsən insanları da gördüm. Günah yaşlılarda deyil, yollarını açmasını bilməyən gənclərdədir.

6. Təəssüflər olsun ki, müxtəlif səbəblərlə Türkiyə türkləri, aydınları Azərbaycan ədəbiyyatıyla yaxşı tanış deyillər. Azərbaycan aydınları da 1930-dan sonrakı türk ədəbiyyatını tanımırlar. Mən ümumi olaraq deyirəm, yoxsa çağdaş türk ədəbiyyatını çox yaxşı bilənlər də var.

Biz Türkiyəyə qayıdan kimi çağdaş Azərbaycan ədəbiyyatını türk oxucularına tanıtmağa çalışacağıq. Məsəl üçün, mən Mirzə Cəlil Məmmədquluzadənin hekayələrini, başqa yazıçıların əsərlərini nəşr etdirəcəm.

Bütün Azərbaycan oxucularına ən səmimi sevgi və sayqılarımı çatdırıram.

26 iyun 1965, Bakı

...........

   ŞEİRLƏR 

CAVİDAN             

Bir ovuc zaman...


Ən uzaq sabahın
ən uzun anından
başlayır zaman…
və sel kimi axıb da
aparır hər şeyi
ən yaxın dünənin
ən qısa saatına …

məni səndən alacaq
bu gün, səni məndən…

sonra yol olacaq uzun
sonra dəli savaşlar
sonra yenə, yenə yol…

yalnız qalib sərkərdənin
qadınına baş əyəcək
dolanbaclar…

Get…
sən mənə
o ən uzaq sabahın
o ən uzun anından
bir içim zaman fəth et,
gətir də ovuclarında…

dodaqlarım qurudu…

Aysel Novruz

Mənim acığıma

Acı bir söz idim dodaqlarında
sonradan peşmançılığın oldum
o da acı
çiçəyi dərənəcən sevirsən
quruyanacan bəsləyirsən
daha sevməzsən sən məni
acıladım
olan qalan yarpağını da tökdüm
məhəbbətinin

Daha anmazsan məni
Ürəyinin acılığını çıxarırsan
Məni unuda-unuda
Mənim acıgımı çıxırsan
Məhəbbətindən
bir də sevməzsən sən məni
acığıma sevməzsən bir də…

Aqşin

Kasıb idik...

Masamızın üstündə quru yumruqdan savayı
Nifrətimiz yox idi evdə.
Günlərlə ağzımıza atmağa
Qarğışımız, lənətimiz olmazdı
Bayquşumuz çoxdan qurtarmışdı çardağımızda
Dərmanlarımıza xəstəlik ala bilmirdik
Qaytara bilmirdim
Qonşulardan borca götürdüyüm öskürəkləri
Əlvida Gülsara.

Əlvida,
Sən mənim əllərimin,
mən sənin ayaqlarının alnına yazılmışdıq

əlvida Gülsara
getdin xalq oldun sən də
çox oldun.

Əlvida Gülsara.
Ağzı üstə uzanmışam yoxluğuna
Alnı üstə uzanmışam… 

Sevinc Pərvanə

...sənə şeir yazmadım

paslı dəmir barmaqlıqlarda
əllərimin xınası
günəşə şeir yazmadım
yazdığım şeirləri
ləpələr alıb apardı qumsallıqlarımdan
dənizə şeir yazmadım.
sınıq şüşələrin üstündə
ayaqyalın şou göstərircəsinə yürüdüm
basdım ayağımı qanlı torpağa
torpağa şeir yazmadım.
məni
kənd evlərinin önündəki
sınıq-salxaq taxta oturacaqlar
kövrəltdi hər zaman
o oturacaqlarda
yalqız qocalar oturdu hər axşam
gecəyə şeir yazmadım
nənəm kiçicik quşları tutar
qadamı-bəlamı
özüylə götürsün deyə
başıma fırlar
ürəyi ağzından çıxan quşu
azad buraxardı
azadlığa şeir yazmadım.
biz ayrı-ayrı çiçəklərdə yaşadıq
sən erkəkcik
mən dişicik
gətirmədi küləklər səni
çiçəyə şeir yazmadım
səni sevdim
sənə şeir yazmadım.

Babək Göyüş

 
 KÖŞƏ YAZISI ©
                                                                                                                                                                                                                                                                                                                                                        babekaztv@yahoo.com


İran hər an avropasızlaşa bilər...

ÖZ əməlləridir, indi başlarına gəlir. Bilmirdilər ki, 12 faiz səs toplayan bir prezidentliyə namizədi qutudan 62 faizlə çıxarmağın sonu necə nəticələnə bilər? Bu hələ, sizin üçün siqnaldır. Siqnal diş pastası yox. Yəqin bir azdan dişiniz də ağrıyacaq, onda heç "Siqnal" nədi, "Blendomet", "Colqate" də sizə kömək etməyəcək. Və onda sizin işiniz olacaq xına.

Xınalarınızı da Azərbaycanda heç kəs almayacaq. Avropa onsuz da çoxdan sizin mallara embarqo qoyub. İndi də insanlarınızı non-qrata elan etmək istəyir. Avropa Birliyi sizə qarşı ilk addımını səfirləri geri çağırmaqla başlayıb. Səfirsiz ölkənin də siyasi ilişkiləri ilişib qalır, ruslar demişkən, ölü nöqtəsindən o yana gedib çıxa bilmir. Biz Azərbaycan olaraq İrana qonşu ölkəyik və təbii ki, orada baş verən hadisələr istəsək də, istəməsək də dolayısı yolla bizimlə bağlıdır. Bağlıdır, o qəbildən ki, orada 35 milyondan çox soydaşımız yaşayır və onların sosial durumları, mədəni ilişkiləri bizi narahat etməyə bilməz. Söz ki, Avropadan düşdü, yadınıza salmağı özümə borc bilirəm ki, bəzi tarixi müharibələr bir nəfərin ölümündən sonra qızışmağa başlayıb. İki il öncə isə İsrail ordusu 2 əsgərini girov götürdüyünə görə Livan və Fələstini alt-üst elədi. Onlar öz vətəndaşlarının qədrini bilir, hüquqi qarant kimi hər bir soydaşının toxunulmazlığına çalışır. Bizə nə olub bəs? İranla bağlı elə bu günün özünə kimi deyə bilmədiklərimizi deyə bilməmişik, istəmişik ki, ölkəmizin toxunulmazlığı, sərhədlərimizin bölünməzliyi baxımından hələ bu məsələni qabartmayaq. Bir jurnalist, ziyalı kimi mən də o fikirdəyəm ki, dəymə mənə, dəymərəm sənə, prinsipi ilə uzağa gedə bilmərik. Sözü üzə şax deməliyik. Bax, onda dünyanın hər yerinə səpələnmiş eloğlularımız müstəqillik qazanmış Azərbaycanı özlərinə tarixi vətən hesab edəcəklər. Biz istəyirik ki, Hamay adalarından, ta Yeni Zelandiyayadək səpələnmiş hər bir azərbaycanlının gündəlik həyat tərzi ilə maraqlanaq, onların ürəklərində Azərbaycana olan sevgilərini daha da artıraq. Unutmayaq ki, İranda yaşayan 35 milyondan çox azərbaycanlının da ürəyi var. Və ürəklərinin qatı dərinlirində Bakı ilə Təbriz ekiz qardaşlar kimi qan yaddaşlarına hopub. Avropa bu gün bizim deyə bilmədiyimiz bəzi şeyləri qonşu ölkənin başbilənlərinə deyir. Biz də heç olmasa, demokratiya beşiyi olan Almaniyaya, okeanının o tayındakı super dövlət ABŞ-a mənəvi dəstək olaq. İndi susmaq zamanı deyil. Sən sussan, mən çınqırımı çıxartmasam, onda sabah bizi əvəz edən törəmələrimiz bizə bir qram da olsa hörmət edəcəklərmi? Etməyəcəklər. Susub özünə qapılmaq mənə elə gəlir ki, mütilik əlamətidir, köləlikdir. Azərbaycanlılar Avropa düşüncəli, şərq mədəniyyətli bir millətdir. Və gəlin, soydaşlarımıza yiyə duraq... Və bu yiyə durmağın səsi inanın ki, bu gün də olmasa, sabah, birisi gün çıxacaq. Molla Nəsrəddinin qapı kilidini kəsən yiyəsi kimi... Heyf ki, hər sözü dilimizə gətirib yaza bilmirik, çünki indiki zamanda Azərbaycanımızın imici, dünyada tutduğu yeri bizə hava-su kimi lazımdır.

Füzulisi, Nizamisi, Nəsimisi, Qara Qarayevi, Üzeyir Hacıbəyovu, Hüseyn Cavidi olan bir xalq daha yüksək yerlərə layiqdir.

İsrailin Prezidenti Peresin Azərbaycana ilk gəlişi düşərli oldu. Və biz kimin kim olduğunu əlimizin içi kimi tanıdıq. İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidməti (SEPAH) tərəfindən Bakıya göndərilən Livan vətəndaşı İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmaq istəyirmiş. Siz də deyirsiniz ki, hər şeyi demək olmaz. Onlar isə deməklə yanaşı, Azərbaycanda olan strateji obyeklərimizi partlatmaq istəyırlər. Yenədəmi susub oturaq. Heyf ki, azərbaycanlı adını daşıyan 4 soydaşımız da o livanlılara qoşularaq Azərbaycanda çaxnaşma yaratmaq istəyiblər. Bax belə. SEPAH-ın, "Hizbullah"ın və "Əl-Qaidə"nin ayağını ölkəmizdən birdəfəllik kəsmək üçün bir yumruq altında birləşib aktiv hücuma keçməliyik. Və qoy dünyada yaşayan hər azərbaycanlı hiss etsin ki, onların arxasında Azərbaycan kimi qüdrətli bir olkə dayanıb...

Səndən ötrü qan tökməyə cümlə qadiriz!!! Azərbaycan, Azərbaycan!!!

   4  iyul  2009-cu il - "İran hər an avropasızlaşa bilər..." 
       
  ARXİV

  18 aprel 2009-cu il - "TerminaTOR" ermənilərin TORuna düşüb"

AKTUAL: 

MÜSAHİBƏ: NƏSR

Qabriel Qarsia Markes: "Şöhrətin zirvəsinə qalxandan sonra ətrafıma baxıb gördüm ki, heç kim yoxdur. Qorxdum..."

Dahi Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin müsahibəsini sizə təqdim edirik. Bu müsahibə 2004-cü ildə "Literra" jurnalında dərc olunub. Müsahibənin müəllifi Migel Palasiodur.


- Müəlliminiz kim olub?

- Mənim üçün müəllim o kəslərdir ki, bir insanın öz şəxsiyyətini formalaşdırmasına, həyat yolunu seçməsinə, bacarığını inkişaf etdirməsinə təsir edə bilirlər. Belə adamlar az olmayıb. Xüsusilə ana tərəfdən babam, polkovnik Nikolas Rikardo Markes Maxiya. Babam əla zərgər idi, qızıldan balaca balıqlar, üzük, boyunbağı, bilərzik və bir çox başqa şeylər düzəldirdi. Mən onun evində böyümüşəm. Babam mənə çox şey öyrətdi, iştirak etdiyi vətəndaş müharibələrindən danışdı, təbiət sirlərini açdı. Müxtəlif sözlərin mənası barədə babama o qədər sual verirdim ki, kişi axırda naəlac qalıb, lüğətə əl atmalı olurdu. Elə bir vaxt olmayıb ki, o, balaca nəvəsinin marağını qulaqardına vursun, nəyisə başa düşməkdə ona kömək etməsin. Polkovnik Markes doğmalarımın arasında yeganə adam idi ki, məni başa düşürdü. Uşaqlıqda, yeniyetməlik vaxtı güclü təxəyyülüm vardı, özümdən cürbəcür hoqqalar çıxarır, hadisələr, dostlar uydururdum. Sağlam olduğum halda hamını ölümcül xəstə olduğuma inandırırdım. Həyatıma maraq qatmaq, onu daha parıltılı, rəngli görmək istəyirdim. Buna görə məni danlayırdılar, "gopçu", "zəvzək" deyirdilər. Babam yeganə adam idi ki, uydurmalarıma görə məni danlamırdı. Bəlkə də o, bu balaca gopçuya baxanda gələcəyin böyük yazıçısını görürdü. Bir dəfə çəkdiyim gülməcələri ona göstərəndə, babam dedi: "Bu uşaq nəsə uydurmağa bələkdən vərdiş eləyib". Babam öləndə səkkiz yaşım vardı. Və yazıçılığımın bütün mahiyyəti həmin səkkiz ildə özümlə nə baş verdiyini anlamaq, təsvir etmək cəhdidir.
İkinci müəllimim litseydə mənə ispan dili və ədəbiyyatını öyrədən Karlos Xulio Kalderon Ermida oldu. Onun sevimli şagirdi idim. Don Karlos litseyin təlim-tərbiyə işləri üzrə müdiri idi. Hər dəfə hoqqabazlığıma görə cəzalandırılmağım lazım gələndə, o, məni parta arxasında əyləşdirib, sabahkı dərs üçün hekayə yazmağa məcbur eləyirdi. Məni yazmağa da o həvəsləndirdi.

Ədəbiyyatdakı müəllimlərimə gəlincə, dörd ad çəkə bilərəm. Ümumiyyətlə, ədəbi təsir vacib məsələdir. Uzun müddətdir ki, bu, məni düşündürür. Lap sütül vaxtlarımda əlimə Kafkanın "Çevrilmə" əsəri keçdi. Oxudum və əməlli-başlı sarsıldım. Yadımdadı, o vaxt özümə dedim: "Budur, tapdım! Əgər ədəbiyyat budursa, onda yazmağa dəyər!" Kafka mənə başa saldı ki, ədəbiyyatda qadağan və mümkünsüz bildiyim şeyləri nəinki etmək olar, hətta lazımdır. Kağız-qələm götürüb, yazmağa başladım. İlk hekayələrim Kafkanın təsiri altında yarandı. İndi onları əsərlərimdən ibarət antologiyalara salırlar. Bunu doğru hesab eləmirəm, çünki ilk ədəbi təcrübələrim həddən artıq intellektuallaşdırılmış əsərlərdir və öz həyatımla, reallıqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Mənimsə insanlara demək istədiyim bunlar deyildi.
Uilyam Folkner də mənə çox şey öyrədib. Daha doğrusu, o, şəxsi qənaətlərimi təsdiqləyib. Onun təsvir etdiyi dünya mənim yazmaq istədiyimə çox oxşayır, sadəcə, Folkner Cənubi Amerikanı yazıb. Həmin yerlər dünyaya gəldiyim Karib sahillərinə, Arakatakaya çox oxşayır. Otlaqlar, palmalar, ağ dəmirdən damı olan evlər, dəmiryollar, qatarlar - bunların hamısı Cənubi Amerikada da, mənə doğma olan yerlərdə də var. Məsələ burasındadır ki, Arakatakanı "Yunayted frut kompani" abadlaşdırmışdı. Bu şirkət özü ilə bura amerikan təcrübəsini, məişətini, həyat tərzini, Cənubi Amerikadakı, əvvəllər Meksikanın ərazisi olmuş, latındilli, latın mədəniyyətli ştatların ab-havasını gətirdi. Odur ki, Folkner də mikrodünyamın bir hissəsinə çevrildi.

Virciniya Vulf da mənə qəribə təsir göstərib. Bu qadının heyrətamiz zaman hissiyyatı var. O, ən dəqiq, real saniyələri, dəqiqələri, saatları, günləri təsvir edib, bununla belə bütöv bir əbədiyyət zəncirini yaradıb. Onun kitabları mənə yazmağı öyrədib.
Daha bir yazar var ki, adını çəkməyə bilmərəm. Bu, nikaraqualı şair Ruben Dariodur. Həyatımın kitabı hesab etdiyim "Patriarxın payızı"nda mən Darionun və Karib xalqlarının şeirləri ilə oynamışam. Məncə, böyük, feodal diktatorların zəmanəsi üçün Dario ən tipik şairdir. "Patriarxın payızı"nda roman boyu onun şeir dili ilə oynayırdım. Darionun şeirləri olmasaydı, "Patriarxın payızı" da olmazdı...

- Həyatınızdan və yazıçı karyeranızdan razısınız?

- Yəqin ki, hə. Həyat və karyeramdan narazı olduğumu desəm, hamıya qəribə gələr. Yaşımın da elə bir vaxtıdır ki... İndi 76 yaşımda durub, özümü "qəlbi daima gənc", "hər şeyi başdan başlamaq istəyən" ahıl adamlar kimi aparmağım axmaqlıq olardı. Axı mən Fidel Kastro deyiləm ki, lap elə bu dəqiqə başımı növbəti cəncələ salmağa hazır olum. Bəlkə də insanda elə qeyri-təbii yaşam ehtirasının olması yaxşıdır. Buna görə hərdən Fidelə paxıllığım tutur. Qocalmağımdan məyus olduğumu da deyə bilmərəm. Mən həmişə qocalığa hazır olmuşam. On yaşım olanda dostlarım mənə "ağsaqqal" ləqəbi vermişdilər. Həmişə yaşıdlarımdan böyük görünməyə can atırdım və dostlarım deyirdi ki, mən özümü lap ağsaqqal kimi aparıram. Yaşımdan böyük görünmək istəyi uzun müddət məni tərk etmədi. Tez-tez hiss eləyirdim ki, babam kimi danışıram. Həyat və yazıçı karyeramda vacib mərhələ yarım əsr qorxduğum memuar yaradıcılığı oldu. Var gücümlə çalışdım ki, bu anı gecikdirim. Yer üzündəki sürdüyüm ömrün haqq-hesabını aparmaqda maraqlı deyildim - mən, sadəcə, yaşamaq istəyirdim. Bir şey də var ki, ömrün boyu oxucuya təxəyyül məhsulunu, olmayan şeyləri sırıyasan və qəfildən ona çılpaq həqiqəti demək məcburiyyətində qalasan! İki il əvvəl bu sınaqdan da keçə bildim. "Həyatını nağıl etmək üçün yaşamaq" adlı birinci memuarımdakı 579 səhifənin hamısı Qabriel Qarsia Markesdən eşitdiyiniz təmiz həqiqətdir. Xatirələrimi hələ 1989-cu ildən yazmağa başlamışdım. Amma 2000-ci ildə belə, onları nəşr nədi, heç adam arasına çıxarmaq olmazdı. Naşirlərim isə bu cür fikirləşmirdilər. Onlar məni həvəsləndirir, tələsdirirdilər və nəticədə demək olar ki, əlyazmanı əlimdən zorla aldılar. Dörd yüzə yaxın düzəlişi sonradan edəsi oldum. Kitabın leytmotivini ifadə edən epiqrafı da sonradan əlavə etdim: "Həyat yaşananlardan yox, yadında qalan və nağıl edə bildiyin şeylərdən ibarətdir".

Müəyyən bir zamanı keçəndən sonra fərqinə vardım ki, Qabriel Qarsiya Markes adlı insan bir deyil, iki həyat yaşayır. Bu həyatlardan birini tanıyıram, bu öz həyatımdır, getdiyim yoldur. O biri həyatımda baş verənlər isə məndən asılı deyil. Həmin həyatımda mən əslində cəsarətim çatmadığı şeyləri edirəm. Bu ikiləşmə şöhrət quşu başıma qonandan sonra yarandı. Qəzetlərdə, jurnallarda iştirak etdiyim tədbirlər (əslində, o tədbirlərdən heç xəbərim də yox idi) barədə yazmağa başladılar. Mətbuatda dünyanın müxtəlif yerlərində oxuduğum mühazirələrimdən, verdiyim müsahibələrdən, qəbullardan, görüşlərdən xəbər tuturam. Maraqlı budur ki, mən o müsahibələri verməsəm belə, hər sözün altından qol çəkməyə hazıram. Nə qədər qəribə olsa da, uydurma müsahibələrim özümün verə biləcəklərimdən qat-qat maraqlı, oxunaqlıdır. O müsahibələrdə mənim fikirlərim, həyata baxışlarım, zövqlərim daha yaxşı ifadə olunur. Hələ bu harasıdır?! Neçə dəfə olub ki, dostlarımın evində qonaq olanda onların kitabxanasındakı kitablarımda öz xəttimlə, sevdiyim mürəkkəb qələmlə, vərdiş etdiyim tələm-tələsik tərzdə yazılmış avtoqraflarımı görmüşəm. Bir dəfə də olsun, fırıldağa tuş gəlmiş dostlarıma bu avtoqrafların mənə məxsus olmadığını deməyə ürək etməmişəm. Çünki bunu sübut etmək mümkün deyildi. Həm də istəmirəm, məni zəhlətökən qoca kimi tanısınlar. "Ekiz qardaş"ımın fəaliyyəti bununla da bitmir. Hər səfərimdə mənimlə yaxından tanış olan, ən azı bir dəfə görüşən və görüşün əziz xatirəsini qəlbində sevə-sevə yaşadan adamlarla qarşılaşıram. Elə insanlar var ki, guya hansısa qohumumla dostluq edir. Həmin adamı təsvir edəndə məlum olur ki, hər kimdisə, sadəcə, qohumuma oxşayır. Mexikoda bir sinyor tanıyıram, o eyzən Akapulkolu qardaşım Umberto ilə qurduğu kef məclislərindən danışır. Hətta bir dəfə qardaşımın araçılığı ilə ona göstərdiyim köməyə görə mənə təşəkkür də elədi. Uzun illər o sinyora Akapulkoda Umberto adlı qardaşımın olmadığını deməyə cəsarət etmədim. Belə şeylər həyatımda çox olub. Bu hadisələrdən çoxunu on altı il əvvəl "İkinci "Mən"im" adlı məqalədə birləşdirib çap etdirmişdim. Ümid edirdim ki, "ekiz qardaşım" bu məqaləni oxuyandan sonra başa düşəcək ki, etdiyi hərəkətdən artıq xəbər tutmuşam. Və mənim adımdan ağlına, ağzına gələni etməyəcək. Amma heç vecinə də olmadı. Hələ də qulağıma çatır ki, mənim adımdan min cür hoqqalar çıxarır.
Son illər məni əsəbiləşdirən şeylərdən biri də ölümümlə bağlı idi. Mətbuat inadla məni öldürüb, basdırmağa başladı. Neçə dəfə olub ki, televizoru açanda "Bu gün yazıçı Qabriel Qarsia Markes dünyadan köçdü" xəbərini eşitmişəm. Bir vaxtlar bu məni özümdən çıxarırdı, amma yavaş-yavaş azı iki aydan bir çəkən ölüm xəbərimi eşitməyə alışdım. Bu yaxınlarda Mexiko restoranlarından birində tanış jurnalist məni görəndə heyrətlə dedi: "Sinyor, mən bu gün radiodan sizin ölüm xəbərinizi eşitdim". Əlimdən nə gəlir? Dedim ki, "necə öldüyümü görürsünüz də…". İki il əvvəl isə özünü ağıllı hesab eləyən bir qoçaq internetdə vəsiyyət məktubumu yerləşdirmişdi. Səmimi pərəstişkarlarımın belə vulqar şeylər yazdığıma inanması məni həm utandırır, həm də ağrıdır.
Bunların hamısı qədərindən artıq olan şöhrətin fəsadlarıdır. Bununla heç nə etmək mümkün deyil. Mənim ikinci "mən"im Qabriel Qarsia Markeslə hesablaşmadan bu gen dünyada kef eləyir, şöhrətimin dənizində üzür, ağlına gələni edir. Bəlkə də xəbəri yoxdur ki, əslində biz bir-birimizə heç oxşamırıq! O, Qabriel Qarsia Markesin həyatını yaşayıb, kef elədiyi vaxtda mən yazı masasının arxasında qocalmaqla, məğrur tənhalığıma qapanıb, keçmişi gövşəyimə gətirməklə və bu dünyada can gəzdirməklə məşğulam...

- İndi ruhunuzun vəziyyəti necədir?

- On ildir ruhum narahat və həyəcanlıdır. Yaşadığımız dünya çox böyük sürətlə, pis mənada dəyişir və biz hamımız bu dəyişikliyi öz köynəyimizdə yaşayırıq. Dünya o qədər dəyişib ki, hərdən elə bilirəm, mən bu həyatdan heç nə qanmıram. Bəlkə də islaholunmaz romantikin, xəyalpərəstin biriyəm, amma bu dünyanın sabah, birigün necə olacağı məni maraqlandırmır. Buna görə də, bir çox həmkarlarımdan fərqli olaraq, fikirləşdiyimi ictimaiyyətə açıq deyə bilirəm. Bu, çoxlarının xoşuna gəlmir, mənim ictimai fəallığımı qınayırlar. İspaniya Kolumbiya vətəndaşlarına vizasız rejim tətbiq etməyənə qədər bu ölkəyə səfər etməmək qərarımı pisləyirlər. Kuba inqilabını dəstəkləməyimi qınayırlar. Siyasi aksiyalarda, həmçinin Kolumbiya hakimiyyəti və partizanların arasındakı sülh danışıqlarında iştirakımı pisləyirlər. Düzdü, mənim səsim heç nəyi həll etmir. Necə ki, hər hansı sadə vətəndaşın səsi təklikdə heç nəyi həll edə bilmir. Bəşəriyyətin problemlərini heç kim təkbaşına həll edə bilməz.

- Gələcəyə nəsə planlarınız var?

- Mənim gələcək üçün həmişə bir planım olub - yazmaq. Yazmadan bir gün də yaşaya bilmərəm. Son altı ildə görürəm ki, yaman tələsirəm. Yaşamağa tələsirəm. Xatirələrimi yazıb qurtarmağa tələsirəm. Bir çox işimi axıra çatdırmağa tələsirəm. Bununla belə, həmişə yaşadığım kimi yaşamağa çalışıram. Arzularım əvvəlki kimi çoxdur. Bu arzulardan biri və qorxuram ki, ən uzaq olanı köhnə dostlarımı geri qaytarmaqdır. Şöhrətin zirvəsinə qalxandan sonra ətrafıma baxıb gördüm ki, heç kim yoxdur. Qorxdum. Günün 24 saatını hamının gözü qarşısında ola-ola hamıdan təcrid olunmuş bir həyat yaşamaq sizə asan gəlməsin. Bax, mənim yazıçı həyatımın böyük bir hissəsini narahat edən əsl tənhalıq budur. Romanlarım, hekayələrim, povestlərimdəki əsas mövzü budur - tənhalığın hakimiyyəti və hakimiyyətin tənhalığı. Tale mənimlə qəddar oyun oynadı, ömrümün qürubunda tənhalığa gömdü: şöhrətin tənhalığı isə hakimiyyətin tənhalığına çox oxşayır. Hakimiyyətin tənhalığına uyğun gələn ən parlaq misal, köhnə dostum və böyük hörmət bəslədiyim milli lider Fidel Kastrodur. Amma Fidel mənim bu nəzəriyyəmi yumşaq desək, qəbul etmir.

- Bəs ailəniz...

- Ailəmi, doğmalarımı, yaxınlarımı çox sevirəm. Onlara ancaq yaxşılıq arzu eləyirəm və bacardığım qədər sevindirməyə çalışıram. Ailədə hər şey yaxşıdısa, yaradıcılıqda da hər şey yaxşı olur. Ədəbi uğurlarımın çoxunu doğmalarımın sevgisinə, dəstəyinə borcluyam. Bütün qəlbimlə arzu edirəm ki, ayrılıq və dava-dalaş kimi şeylər bizim ailədən yan keçsin.

- Sehrbaz olsaydınız, nə edərdiniz? Özünüz üçün...

- İfrat bədii, ağıllı ifadələri bir qırağa qoyub, səmimi desəm: canımı boğazıma yığmış bu xəstəlikdən yaxamı qurtarardım.

- Bəs doğmalarınız üçün...

- Onların xoşbəxtliyi üçün insani gücümlə bacarmadığım şeyləri edərdim.

- Yaradıcılığınız üçün...

- "Yüz ilin tənhalığı"nın bütün nəşrlərini, nüsxələrini yığışdırardım. Ən pis halda, onu təzədən yazardım. Mən bu əsərimdən utanıram, çünki bir sıra səbəblərdən onu lazım olduğu kimi yaza bilməmişəm...

Çevirdi: Günel Mövlud


www.news.qaynar.info

SON DƏQİQƏ:
QAYNAR XƏBƏRLƏR

NEWS IN THE RUSSIAN

АЗЕРБАЙДЖАН

ПОСЛЕДНИЕ НОВОСТИНА РУССКОМ ЯЗЫКЕ

SAYTIN REKLAMLARI

AVİRTEL  MMC   ®
  

Texnologiya ilə birlikdə addımlayın

Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS 

tel: (+994 12) 434 80 88

www.avirtel.az

 

Azərbaycanda UZMANLAR CAM BALKON   ®

  

Yanlara yığılan "Şüşəbənd" sistemləri 

tel: (+994 50) 620 30 10  

www.uzmanlarcambalkon.com

 

NUR  KLİNİKASI  ®

  

Çünki sağlamlığınız dəyərlidir! 

tel/faks: (+994 12) 502 03 01, 502 03 02

e-mail: klinik@nurklinik.az

www.nurklinik.az 

 

АВИАКОМПАНИЯ  UTair   ®

  

УUTНОЕ НЕБО 

Отдел программы СТАТУС:

тел: +7 (3452) 49-24-62, 49-24-63
e-mail: status@utair.ru

Круглосуточная справочно-информационная служба авиакомпании
(звонок по России бесплатный):

тел: +7 800 100 08 08 

Круглосуточная служба бронирования авиабилетов в Москве:

тел: +7 495 228 03 80

e-mail: hotline@utair.ru  

www.utair.ru 


AZƏRBAYCANI SEVƏNLƏRİN SAYTI

www.azerbaycanliyam.comwww.azerbaycanliyam.com
IP

Saytınız üçün HTML kod

<a href="http://www.azerbaycanliyam.com" mce_href="http://www.azerbaycanliyam.com" target="_blank"><img src="http://s57.radikal.ru/i156/0905/a2/b9902514c4c4.jpg"  mce_src="http://s57.radikal.ru/i156/0905/a2/b9902514c4c4.jpg" border="0" alt="www.azerbaycanliyam.com" width="88" height="31" /></a></td>
Bu HTML kodu ilə siz öz saytınızda www.azerbaycanliyam.com saytına link qoya bilərsiniz!
Qeyd: width="88" height="31" - ölçülərini (width - eni, height - hündürlüyu) öz istəyinizə görə dəyişdirin.

İSTİ XƏBƏR

 

Fərda Qədirov: "Bakıya gəlirəm, qarşıma kim çıxsa, vuracam"

 

 

Araz Agalarov & Babak Goyush

  

 

Tələbə Savalan Cabbarov terrorçu ilə əlbəyaxa oldu...

  

 

Qan Yaddaşımız

Bunları unutma!!!  

 

2121kg - Babak Goyush

  Editor-in-chief of the "I am Azerbaijanian" journal ...

ARZULARIM

 

Çox sağ olun. Mən özümü çox sevirəm. Kainata məxsus olan hər şeyi sevirəm. Həyat gözəldir və ən yaxşı  hisslər  mənim ürəyimə axıb gəlir. Çox sağ olun. Mən indi xöşbəxtəm və Kainata minnətdaram ki, ürəyimdə tutduğum arzularımı həyata keçirir. Vizual olaraq onların hamısını görürəm, toxunub əl vururam və yenə də sənə "sağ ol!" deyirəm. Mən pulu sevirəm, pul da məni. Çox sağ olun. Mən indi o arzularımı qəbul edirəm, indi həyatımda yaxşı hər şeyi qəbul edirəm. Mən indi  qəbul edirəm. Çox sağ olun. Mən bilirəm ki, hər şey istədiyim kimi öz axarıyla gedir. Çox sağ olun.

Babək Göyüş

Çox sağ olun.

SORĞU

Azərbaycanlıların ən əziz bayramı hansıdır?
 

CALCULATOR

NEFT

ПОГОДА В БАКУ

DOST SAYTLAR

www.avirtel.az
Texnologiya ilə birlikdə addımlayın. Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS 
 
www.news.qaynar.info 
Milli xəbər portalı
www.nurklinik.az
Dəqiq diaqnoz - effektiv müalicə!
www.kultaz.com
Onlayn olaraq biz sizə son ədəbi-milli məsələlərə toxunan xəbərləri və məqalələri təqdim edirik
www.adyazar.az 
Azərbaycanın ədəbiyyat portalı
 
www.utair.ru 
Aвиакомпания  UTair
www.amor.az 
Gənclərin görüş yeri 
www.medeniyyet.az
Mədəniyyət qəzeti
  
www.serfeli.az
Əyləncə portalı
Azerbaijan Font Converter 
www.ucnoqta.com
Üç nöqtə qəzeti
  

ONLİNE VISITORS

We have 8 guests online
ONLINE Tабло авиарейсов в Баку
Graffiti Decorations(R) Studio (TM) Site Promoter

HİMN

Yuxu məni gic edib...
Günlərimi sayırsan?..

Copyright © 2009 azerbaycanliyam.com All Rights Reserved. Hazırladı: "Serfeli Studio".